Ukrayna MENTORLARI üçün qəbul forması

Köməkçi məhsullar (TAP) üzrə təlimə xoş gəlmisiniz. Zəhmət olmasa, təlimə başlamazdan əvvəl aşağıdakı məlumatları oxuyun və bu formanın A və B hissəsini doldurun.

İştirakçının məlumat vərəqəsi

 Köməkçi məhsullar (TAP) üzrə təlimlə xoş gəlmisiniz. Bu təlim layihənin ilk addımıdır (mərhələsidir),

Ukraynanın Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi ilə 'Ukraynada daxili məcburi köçkünlər üçün zəruri köməkçi avadanlığa (AT10) sürətli giriş imkanının yaradılması'. Bu layihə müharibə nəticəsində məcburi köçkün düşmüş ukraynalılar üçün zəruri köməkçi avadanlığa (AT) mobillik və özünə qulluq ehtiyaclarını qarşılamaq məqsədilə sürətli girişin asanlaşdırılması məqsədi daşıyır.

Zəhmət olmasa, təlimə başlamazdan əvvəl aşağıdakı məlumatları oxuyun və A (razılaşma) və B hissələrini(qəbul sorğusu) doldurun

 TAP haqqında məlumat: TAP - mövcud və ya gələcək işçilər üçün onlayn öyrənmə proqramıdır:

  • Köməkçi məhsullara ehtiyacı olan insanların müəyyən edilməsi və/və ya
  • Köməkçi məhsulların sadə növləri ilə təmin etmək.

TAP-a kompüter, planşet və ya smartfon vasitəsilə daxil olmaq mümkündür. TAP öyrənənləri həmçinin mentorların üz-üzə dəstəyindən istifadə edə biləcəklər. Mentor kimi rolunuza hazırlaşmaq üçün TAP modullarını keçəcəksiniz.

İndi və ya bu təlimdən keçərkən hər hansı bir sualınız olarsa, siz:

  • Layihə nəzarətçisi ilə müzakirə
  • Suallarınızı mentor brifinqinə gətirin

 Sizin rəyləriniz vacibdir: Təlimin sonunda sizdən müsahibə yolu ilə (30 dəqiqəyə qədər) rəy bildirməyiniz xahiş oluna bilər. Rəy bildirmə fəaliyyətlərində iştirakınız könüllüdür. Onlar iş saatlarında, özünüz və xidmət meneceriniz / nəzarətçiniz üçün əlverişli bir vaxtda həyata keçiriləcəkdir.

 TAP məlumatlarının toplanması: TAP qəbul sorğusu (20 dəqiqəyə qədər) və rəy sorğusu (yalnız öyrənənlər) vasitəsilə TAP-ın öyrənənləri və mentorları (siz də daxil olmaqla) haqqında məlumat toplayır. Test sorğusu balları və digər məlumatlar, məsələn, neçə və hansı modulları tamamladığınıza dair məlumatlar da toplanır. Öyrənənlər və ya mentorlar rəy bildirmək üçün müzakirə qruplarında iştirak etdikləri zaman bu müzakirələrin audioyazısı aparıla bilər və bu audioyazılar daha sonra yazılı hesabatı tərtib etmək üçün istifadə oluna bilər. Budan sonra audioyazılar silinəcəkdir.

 Bu məlumat istifadə edilməzdən əvvəl anonimləşdiriləcəkdir. Bu, o deməkdir ki, adlar və şəxsi məlumatlar silinəcəkdir. Bu yolla məlumatlara baxan heç kəs onun kimin məlumatı olduğunu bilməyəcəkdir. Anonimləşdirilmiş məlumatlar sonra bu TAP təlimi haqqında hesabat hazırlamağa və aşağıdakıları anlamağa kömək etmək məqsədilə araşdırmalar aparmaq üçün istifadə olunur:

  • TAP öyrənənlər və mentorlar üçün nə dərəcədə işləkdir və onu necə təkmilləşdirmək olar?
  • Öyrənənlərin və mentorların köməkçi məhsullarn təmin edilməsi haqqında fikirləri
  • Köməkçi avadanlığa çıxış imkanlarının yaxşılaşdırılması üçün daha hansı tədbirlər görmək olar?

Anonimləşdirilmiş məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təhlükəsiz şəraitdə saxlanır. Bu, TAP-ın digər layihələrinin məlumatları ilə birləşdirilə bilər və bu, layihə tərəfdaşları, donorlar, tədqiqatçılar ilə paylaşıla bilər.