Skip to main content

ŞQ Suriya

İştirakçının məlumat vərəqəsi

 Köməkçi məhsullar üzrə təlimə (TAP) xoş gəlmisiniz. Bu təlim XXXXXXXXX və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi ilə həyata keçirilən ŞQ Suriya layihəsinin ilk mərhələsidir. Bu layihənin məqsədi ŞQ Suriyada sağlamlıq və ya sosial rifah xidmətlərinə daxil olan insanlar üçün yeriməyə yardımçı vasitələr, oxumaq üçün eynəklər və tualet kresloları kimi köməkçi məhsulların daha əlçatan olmasına kömək etməkdir.

Zəhmət olmasa, təlimə başlamazdan əvvəl aşağıdakı məlumatları oxuyun və A (razılaşma) və B hissələrini(qəbul sorğusu) doldurun

 TAP haqqında məlumat: TAP - mövcud və ya gələcək işçilər üçün onlayn öyrənmə proqramıdır:

  • Köməkçi məhsullara ehtiyacı olan insanları müəyyən etmək, onları düzgün xidmətə və ya şəxsə yönəltmək və/və ya
  • Köməkçi məhsulların sadə növləri ilə təmin etmək.

Keçdiyiniz TAP modullarına kompüter, planşet və ya smartfon vasitəsilə daxil olmaq mümkündür. TAP-ın öyrənilməsi zamanı siz də mentorların üz-üzə dəstəyindən istifadə edə biləcəksiniz.

İndi və ya bu təlimdən keçərkən hər hansı bir sualınız olarsa, siz:

  • Mentorunuz və ya layihə koordinatorunuzla müzakirə edin
  • İş yoldaşlarınızla müzakirə edin
  • Sualınızı mentorunuzun təşkil edəcəyi ünsiyyət qrupunda yerləşdirin (mentorunuzla yoxlayın)

 Sizin rəyiniz vacibdir. Təlimin sonunda sizdən  qısa (20 dəqiqə) onlayn rəy sorğusunu doldurmaq xahiş olunacaqdır. Həmçinin sizdən qrup müzakirəsi (90 dəqiqəyə qədər) kimi digər üsullarla da rəy bildirməyiniz xahiş oluna bilər. Sizin bu rəy bildirmə fəaliyyətlərində iştirakınız könüllüdür və onlar iş saatlarında, özünüz və xidmət meneceriniz / nəzarətçiniz üçün əlverişli bir vaxtda həyata keçiriləcəkdir.   

 TAP məlumatlarının toplanması: TAP bu qəbul sorğusu (20 dəqiqəyə qədər) vasitəsilə TAP-nin öyrənənləri (siz də daxil olmaqla) haqqında məlumat toplayır və daha sonra sizdən rəy sorğusunu (20 dəqiqəyə qədər) doldurmaq xahiş olunacaqdır. Test sorğusunun balları və digər məlumatlar, məsələn, neçə və hansı modulları tamamladığınıza dair məlumatlar da toplanır. Öyrənənlər təcrübələrini bölüşmək və rəy bildirmək üçün müsahibələrdə iştirak etdikləri zaman bu müzakirələrin audioyazısı aparıla bilər və bu audioyazılar daha sonra yazılı hesabatı tərtib etmək üçün istifadə oluna bilər. Budan sonra audioyazılar silinəcəkdir.

 Bu məlumat istifadə edilməzdən əvvəl  anonimləşdiriləcəkdir. Bu, o deməkdir ki, adlar və şəxsi məlumatlar silinəcəkdir. Bu yolla məlumatlara baxan heç kəs onun kimin məlumatı olduğunu bilməyəcəkdir.

Anonimləşdirilmiş məlumatlar sonra bu TAP təlimi haqqında hesabat hazırlamağa və aşağıdakıları anlamağa kömək etmək məqsədilə araşdırmalar aparmaq üçün istifadə olunur:

  • TAP öyrənənlər üçün nə dərəcədə yaxşı işləyir və onu necə təkmilləşdirmək olar?
  • Öyrənənlərin iş yerlərində köməkçi məhsullarla təmin olunması barədə fikirləri
  • Köməkçi avadanlığa çıxış imkanlarının yaxşılaşdırılması üçün daha hansı tədbirlər görmək olar?

Anonimləşdirilmiş məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təhlükəsiz şəraitdə saxlanır. Bu, TAP-ın digər layihələrinin məlumatları ilə birləşdirilə bilər və bu, layihə tərəfdaşları, donorlar, tədqiqatçılar ilə paylaşıla bilər.

TAP-ın məlumat toplusu ilə bağlı hər hansı sualınız yaranarsa, layihə koordinatoruna, yaxud e-poçt vasitəsilə müraciət edə bilərsiniz: assistivetechnology@who.int

...ilə nişanlanmış sahələr * tələb olunur

A HİSSƏSİ: Məlumatlardan istifadəyə razılıq

 Zəhmət olmasa bu təlim zamanı toplanmış məlumatların yuxarıda göstərildiyi kimi istifadə edilməsinə razılıq verdiyinizi bizə bildirin. Aşağıdakı hər bir suala bəli və ya xeyr cavabını seçin.   Əgər Xeyr cavabını seçsəniz, siz yenə də TAP layihəsində iştirakınızı məmnuniyyətlə davam etdirə bilərsiniz. 

1. Yuxarıdakı məlumatları oxudum və təlim və TAP məlumat toplusu ilə bağlı suallar vermək imkanım oldu. *
2. Mən başa düşürəm və razılığımı bildirirəm ki, bu təlim zamanı toplanmış anonim məlumatlardan (o cümlədən bu qeydiyyat anketi, onlayn rəy sorğusu, test sorğusunun nəticələri və müzakirə qrupları) TAP-ın təkmilləşdirilməsi və köməkçi avadanlığa çıxış imkanlarının yaxşılaşdırılmasına kömək etmək üçün hesabat və araşdırmalarda istifadə olunacaqdır.  *

B HİSSƏSİ: qəbul sorğusu

1. Xidmətin/təşkilatın adı  *
2. Tarix *
5. Yaşınız *

6. Hər hansı köməkçi məhsuldan istifadə edirsinizmi? *
7. Rolunuzun (vəzifənizin) və ya işinizin adı nədir? *
8. Peşənizdə neçə illik təcrübəniz var? *
9. Formal təhsilin ən yüksək pilləsi hansıdır? *
10. Ağıllı telefondan gündəlik  istifadə edirsinizmi və ona çıxışınız varmı? *
11. Planşetdən həftədə ən azı 2-3 dəfə istifadə edirsinizmi və ona çıxışınız varmı? *
12.  Kompüterdən həftədə ən azı 2-3 dəfə istifadə edirsinizmi və ona çıxışınız varmı? *
13. Gündəlik (maliyyələşdirilən və etibarlı) internetə çıxış imkanınız varmı? *
14. Əvvəllər hər hansı onlayn kurs keçmisiniz? *
15. Yardlmçl məhsullar və ya köməkçi avadanlıq xidmətləri mövzusunda əvvəllər sizə hər hansı təlim keçilibmi? *
16. İş yeriniz (xidməti sahəniz) köməkçi məhsullara ehtiyacı olan insanların müəyyən edilməsi ilə məşğul olurmu? *
17. İş yerinizdə insanlara birbaşa hər hansı köməkçi məhsul təmin edilirmi? *
Əgər cavab bəli olarsa, hansı məhsul növləri:
18. İş yerinizdə köməkçi avadanlıq ilə əlaqədar hər hansı vəzifə öhdəliyiniz varmı? Məsələn, müayinə etmək və müəyyən etmək, yönləndirmə, məhsullarla təmin etmək, texniki qulluq göstərmək və təmir etmək, idarə etmək, işçilərə təlim keçmək. *

MonTueWedThuFriSatSun
301234567891011121314151617181920212223242526272829303112345678910