Skip to main content

Tajikistan learners enrolment survey

Köməkçi məhsullar (TAP) üzrə təlimə xoş gəlmisiniz. Zəhmət olmasa, təlimə başlamazdan əvvəl aşağıdakı məlumatları oxuyun və bu formanın A və B hissəsini doldurun.

İştirakçının məlumat vərəqəsi

Welcome to Training in Assistive Products (TAP).This training is the first step of the TAP Tajikistan project. This project is intended to help make assistive products such as walking aids and toilet chairs more accessible for people accessing health or social welfare services in Tajikistan.

Zəhmət olmasa, təlimə başlamazdan əvvəl aşağıdakı məlumatları oxuyun və A (razılaşma) hissəsini və B hissəsini (qəbul sorğusunu) doldurun

TAP haqqında məlumat: TAP - mövcud və ya gələcək işçilər üçün onlayn öyrənmə proqramıdır:

  • Köməkçi məhsullara ehtiyacı olan insanları müəyyən etmək, onları düzgün xidmətə və ya şəxsə yönəltmək və/və ya
  • Köməkçi məhsulların sadə növləri ilə təmin etmək.

Keçdiyiniz TAP modullarına kompüter, planşet və ya smartfon vasitəsilə daxil olmaq mümkündür. TAP-ın öyrənilməsi zamanı siz də mentorların üz-üzə dəstəyindən istifadə edə biləcəksiniz.

İndi və ya bu təlimdən keçərkən hər hansı bir sualınız olarsa, siz:

  • Mentorunuz və ya layihə koordinatorunuzla müzakirə edin
  • İş yoldaşlarınızla müzakirə edin
  • Sualınızı mentorunuzun təşkil edəcəyi ünsiyyət qrupunda yerləşdirin (mentorunuzla yoxlayın)

Sizin rəyiniz vacibdir. Təlim sonunda, sizdən  qısa (20 dəqiqə) onlayn rəy sorğusunu doldurmaq xahiş olunacaqdır. Həmçinin sizdən qrup müzakirəsi (90 dəqiqəyə qədər) kimi digər üsullarla da rəy bildirməyiniz xahiş oluna bilər . Sizin bu rəy bildirmə fəaliyyətlərində iştirakınız könüllüdür və onlar iş saatlarında, özünüz və xidmət meneceriniz / nəzarətçiniz üçün əlverişli bir vaxtda həyata keçiriləcəkdir.   

TAP məlumatlarının toplanması: TAP bu qəbul sorğusu (20 dəqiqəyə qədər) vasitəsilə TAP-nin öyrənənləri (siz də daxil olmaqla) haqqında məlumat toplayır və daha sonra sizdən rəy sorğusunu (20 dəqiqəyə qədər) doldurmaq xahiş olunacaqdır. Test sorğusunun balları və digər məlumatlar, məsələn, neçə və hansı modulları tamamladığınıza dair məlumatlar da toplanır. Öyrənənlər təcrübələrini bölüşmək və rəy bildirmək üçün müzakirə qruplarında iştirak etdikləri zaman bu müzakirələrin audioyazısı aparıla bilər və bu audioyazılar daha sonra yazılı hesabatı tərtib etmək üçün istifadə oluna bilər. Budan sonra audioyazılar silinəcəkdir.

Bu məlumat istifadə edilməzdən əvvəl anonimləşdiriləcəkdir. Bu, o deməkdir ki, adlar və şəxsi məlumatlar silinəcəkdir. Bu yolla məlumatlara baxan heç kəs onun kimin məlumatı olduğunu bilməyəcəkdir.

Anonimləşdirilmiş məlumatlar sonra bu TAP təlimi haqqında hesabat hazırlamağa və aşağıdakıları anlamağa kömək etmək məqsədilə araşdırmalar aparmaq üçün istifadə olunur:

  • TAP öyrənənlər üçün nə dərəcədə yaxşı işləyir və onu necə təkmilləşdirmək olar?
  • Öyrənənlərin iş yerlərində və ya gələcək iş yerlərində köməkçi məhsullarla təmin olunması barədə fikirləri
  • Köməkçi avadanlığa çıxış imkanlarının yaxşılaşdırılması üçün daha hansı tədbirlər görmək olar?

Anonimləşdirilmiş məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təhlükəsiz şəraitdə saxlanır. Bu, TAP-ın digər layihələrinin məlumatları ilə birləşdirilə bilər və bu, nəşrlər və hesabatlar vasitəsilə layihə tərəfdaşları, donorlar, tədqiqatçılar və marağı olan daha geniş icma ilə paylaşıla bilər.

TAP-ın məlumat toplusu ilə bağlı hər hansı sualınız yaranarsa, layihə koordinatoruna, yaxud e-poçt vasitəsilə müraciət edə bilərsiniz: [email protected]

Tajikistan learners enrolment survey
A hissəsi. İnformasiyadan istifadə haqqında razılıq

Zəhmət olmasa, bu təlimin bir hissəsi kimi toplanan məlumatların yuxarıda təsvir edildiyi kimi istifadə edilməsi üçün razılıq versəniz, bizə bildirin. Aşağıda verilən hər bir suala «bəli» və ya «xeyr» cavabını işarələyin. Yadda saxlayın ki, verəcəyiniz cavab şəxsi işinizdir. Əgər siz təlimdə iştirak etməməyi seçsəniz, yenə də məmnuniyyətlə təlimə davam edə bilər və öyrənmə zamanı istənilən vaxt geri çəkilə bilərsiniz. Belə hallarda sizin məlumatlarınız istifadə olunmayacaqdır.

1. Yuxarıdakı məlumatları oxudum və təlim və TAP məlumat toplusu ilə bağlı suallar vermək imkanım oldu.
2. Mən başa düşürəm və razılığımı bildirirəm ki, bu təlim zamanı toplanmış anonim məlumatlardan (o cümlədən bu qəbul sorğusu, onlayn rəy sorğusu, test sorğusunun nəticələri və müzakirə qrupları) TAP-ın təkmilləşdirilməsi və köməkçi avadanlığa çıxış imkanlarının yaxşılaşdırılmasına kömək etmək üçün hesabat və araşdırmalarda istifadə olunacaqdır.

B hissəsi: qəbul sorğusu

1. Adınız
1. Adınız
Birinci
Sonuncu
2. Xidmətiniz / təşkilatınız
4. Yaşınız
5. Hər hansı köməkçi məhsullardan istifadə edirsinizmi?
6. Vəzifənizin və ya işinizin adı nədir?
7. Peşənizdə neçə illik təcrübəniz var?
8. Formal təhsilin ən yüksək pilləsi hansıdır?
9. Ağıllı telefondan istifadə edir və gündəlik çıxış imkanınız olurmu?
10. Planşetdən həftədə ən azı 2-3 dəfə istifadə edirsinizmi və ona çıxışınız varmı?
11. Həftədə ən azı 2-3 dəfə kompüterdən istifadə edir və mütəmadi çıxış imkanınız varmı?
12. İnternetə gündəlik (maliyyələşdirilmiş və etibarlı) çıxış imkanınız varmı?
13. Əvvəllər hər hansı onlayn kurs keçmisiniz?
14. Əvvəllər köməkçi məhsullar və ya köməkçi avadanlıq xidmətləri mövzusunda hər hansı təlim almısınız?
15. Is your workplace (service) involved in identifying people who need assistive products?
16. Does your workplace directly provide any assistive products to people?
Əgər cavab bəli olarsa, hansı məhsul növləri:
17. Do you have a role in assistive technology in your current workplace? For example screening and identification, referral, providing products, maintenance and repair, management, training personnel.