TAP-da əhatə olunan absorbentlər

Mövzunun davamı:

Bu mövzuda siz absorbentlər haqqında daha çox məlumat əldə edəcəksiniz. Biz aşağıdakılar haqqında danışacağıq:

  • Yuyula bilən və birdəfəlik istifadə üçün (birdəfəlik) absorbentlər
  • Absorbentlərin təbəqələri (qatları, layları)
  • Absorbentlərdə istifadə olunan müxtəlif növ bağlayıcılar (bərkidicilər)
  • Fərqli məhsulların fərqli hopdurma qabiliyyəti necədir.

Yüngül sızmalara uyğun məhsullar TAP-a daxil deyil.

Absorbentlər yuyula və ya birdəfəlik istifadə edilə bilər.

Yuyula bilən məhsullar hər istifadədən sonra yuyulur və qurudulur. Onlar məhsul köhnələnə qədər yenidən istifadə edilə bilər.

Birdəfəlik istifadə üçün məhsullar bir dəfə geyinilib sonra atılır.

Yuyula bilən absorbetlərdən istifadə etmək üçün insanlara lazımdır:

  • Özlərini və məhsulları yumaq üçün su və sabun
  • Paltarlarını yuyub qurutmaq üçün yer
  • Məhsullarını yumaq üçün hər gün vaxt ayırmaq
  • Evdə işlənmiş məhsulları saxlamaq üçün qapaqlı vedrə və evdən kənarda işlənmiş məhsullar üçün yaş kisə.

Qurumaq üçün kənarda ipə sərilmiş dörd yuyula bilən absorbent.

Birdəfəlik absorbentlərdən istifadə etmək üçün insanlara lazımdır:

  • Özlərini yumaq üçün su və sabun
  • Birdəfəlik istifadə üçün məhsulların davamlı tədarükü
  • Birdəfəlik istifadə üçün məhsul ehtiyatını saxlamaq üçün quru yer
  • Etibarlı zibil atma və toplama sistemi.

Birdəfəlik istifadə üçün məhsul bükülərək görünən qapaqlı zibil qutusuna atılır.

Birdəfəlik istifadə üçün məhsullar təhlükəsiz şəkildə atılmalıdır. Birdəfəlik istifadə üçün məhsullardan istifadə etmək qərarına şəxsin istifadə edə biləcəyi zibil atma sistemi haqqında düşünməyi daxil etmək lazımdır.

Siz dördüncü dərsdə birdəfəlik istifadə üçün məhsulların atılması haqqında daha çox məlumat öyrənəcəksiniz.

Bəzi insanlar yuyula bilən və ya birdəfəlik istifadə üçün məhsullardan istifadə edə bilər.

Onların seçimi aşağıdakılardan asılı olacaq:

  • Onların gündəlik fəaliyyətləri
  • Onların evi, işi və digər mühitləri
  • Hansı məhsullar onların sızması üçün ən yaxşı işləyir
  • Müxtəlif məhsulların qiyməti və mövcudluğu
  • Şəxsi üstünlük.

Bəzi insanlar müxtəlif fəaliyyətlər üçün birdəfəlik istifadə üçün olan və yuyula bilən məhsulların birləşmələrindən istifadə edə bilərlər.

Müzakirə

Qadın və kişi dörd uşaqla dayanır. Qadın ən kiçik uşağı daşıyır.

Zora ilə görüş

Zora 42 yaşındadır, evlidir, 4 evladı var. Uşaq doğuşundan sonra onda inkontinensiya problemi yaranıb.

Zoranın bu yaxınlarda absorbentlər üçün qiymətləndirilməsi aparıb. O, yuyula bilən məhsulları seçib, çünki onun yaşadığı kənddə birdəfəlik istifadə üçün məhsul almaq çətindir.

Məhsullar yaxşı işlək vəziyyətdədir. Onun aşağı ətrafındakı ağrılı səpgi sağalıb.

Halbuki, Zora paltarlarını yuyub qurudarkən heç bir gizliliyi yoxdur. O, digər şəxslərin onun absorbentlərini görəndə utanır.

Zora ictimai yerdə yuyunur. Vedrə daşıyan iki qadın yaxınlıqda yeriyir.

O, dostları ilə görüşməmək üçün yuxydan çox erkən qalxmağa başlayıb.

Tibb işçisi Zoranın işini asanlaşdırmaq üçün ona nə təklif edə bilər?

Aşağıdakı təklifləri açıqlamazdan əvvəl mümkün həll yollarını düşünün və müzakirə edin.

Tibb işçisi aşağıdakılar edə bilər:

  • Zoranı digər qadınlarla onun problemləri haqqında danışmağa təşviq etmək və/yaxud dəstəkləmək. O, başqalarının da oxşar problemləri olduğunu görə bilər
  • Yerli sağlamlıq mərkəzində inkontinensiya haqqında məlumatları yerləşdirmək
  • Zoraya absorbentləri qurudarkən onun üstünə nazik parça sərməsini tövsiyyə etmək.

Zora absorbentlərini paltar ipinə sərir. Məhsulları görünütdən uzaqlaşdırmaq üçün üzərinə nazik parça örtür.

Əgər sizin və ya qrupunuzun fərqli həll yolları varsa, onları müzakirə forumunda paylaşın.

Həm yuyula bilən, həm də birdəfəlik istifadə üçün bütün absorbentlər ən azı üç təbəqədən ibarətdir.

Bunlar aşağıdakılardır:

  • Üst təbəqə
  • Hopdurucu təbəqə
  • Xarici su keçirməyən təbəqə.

Açıq mavi üst təbəqə, formalı ağ hopdurucu təbəqə və mavi su keçirməyən şalvar daxil olmaqla yuyula bilən üç hissəli məhsul.

Üst təbəqə şəxsin dərisi ilə təmasda olur. Bu, mayenin hopdurucu təbəqəyə keçməsinə imkan verir. Bu, dərini quru saxlayaraq onu qoruyur.

Hopdurucu təbəqənin üstündə oturan nazik üst təbəqə ilə birdəfəlik istifadə üçün yastıq.

Bir dəfə istifadə üçün yastıq yarıya bölünüb. Yastıqlı hopdurucu təbəqə ortadadır. Üst və alt təbəqələr yanlarda birləşərək hopdurucu təbəqəni saxlayır.

Hopdurucu təbəqə üst təbəqə ilə su keçirməyən təbəqə arasındadır. Sidiyi və nəcisdəki mayeni hopdurur və saxlayır.

Birdəfəlik istifadə üçün yastıq. Orta təbəqə kənardan görünmür.

Bir dəfə istifadə olunan yastıq yarıya bölünüb. Hopdurucu təbəqə üst və alt təbəqələr arasındadır.

Su keçirməyən təbəqə məhsulun kənarında yerləşir. O, istifadəçinin paltarını və yaxın ətrafını sızmalardan qoruyur.

Alt hissəsi su keçirməyən təbəqəni göstərən birdəfəlik istifadə üçün yastıq.

Birdəfəlik istifadə üçün yastıq yarıya bölünmüş, hopdurucu təbəqənin altındakı su keçirməyən təbəqəni göstərir. Üst və alt təbəqələr yanlarda birləşərək hopdurucu təbəqəni saxlayır.

Absorbentlərdə həmçinin aşağıdakılar var:

  • Məhsulu yerində saxlayan bağlayıcılar (bərkidicilər)
  • Uyğunluğu və rahatlığı yaxşılaşdırmaq üçün elastik (uzanan) sahələr, məsələn, bel və ayaqlar ətrafında
  • Uşaqlar və böyüklər üçün uyğun ölçülər.

Yuyula bilən parça məhsul. Ön tərəfdə bərkidicilər, qılçalar və bel ətrafında elastikdir.

Absorbentlərin digər mühüm xassəsi onların nə qədər maye qəbul edə bilməsidir.

Onlardan birinə uyğun ola bilər:

  • Yüngül sızmalar
  • Orta dərəcədə sızma
  • Ağır sızmalar.

İkinci dərsdə şəxsin yüngül, orta və ya ağır sızması olub-olmamasından asılı olaraq ən uyğun məhsulu necə seçə biləcəyiniz haqqında daha çox öyrənəcəksiniz.

Absorbentlərin çoxsaylı müxtəlif növləri var.

TAP-da biz orta və ağır səviyyədə inkontinensiya üzrə absorbetlərə fokuslanırıq.

Əvvəlcə yuyula bilən absorbentlərin bəzi nümunələrinə baxaq.

Bu bölməni keçərkən əlinizdə olan absorbetlərə baxın və hər hansı birinin təsvir edilənlərə oxşar olub-olmadığını yoxlayın.

Yuyula bilən bir hissədən ibarət parça

Bunlar bütün təbəqələri bir məhsulda birləşdirir. Onlar aşağıdakılardan ibarət ola bilər:

  • Şəxsin ətrafına sarınır və bərkidici düymələr ilə bağlanır.
  • Elastik beli və qılçaları var və tipik bir "alt şalvarı" kimi yuxarı çəkilir.

Bağlayıcıları bağlanmış yuyula bilən bir hissədən ibarət məhsul. Beldə və ayaqlarda elastik etiketlidir.

Bərkidici düymələrin açıq olduğunu göstərən açıq yuyula bilən parça məhsulun bir hissəsi.

Üstünlükləri:

  • Bütün parçalar bir yerdədir.

Çatışmazlıqları:

  • Daha uzun qurutma müddəti.

Yuyula bilən iki parça

Bunlar təbəqələri düzəltmək üçün ayrı-ayrı hissələrdən istifadə edirlər.

Mayenin keçməsinə və dərinin quru qalmasına imkan verən üst təbəqəaşağıdakı kimi ola bilər:

  • Daimi olaraq hopdurucu təbəqəyə yapışdırılır və ya
  • Məhsul qoyulduqda hopdurucu təbəqənin üstünə qoyulmuş ayrıca bir hissə.

Yuyula bilən hopdurucu yastığın nazik üst təbəqəsi.

Daha böyük, qatlanmış hopdurucu təbəqənin üstündə nazik üst təbəqə.

Hopdurucu təbəqəaşağıdakılardan ibarət ola bilər:

  • Qatlanmış və sancaqlar ilə bərkidilmiş kvadrat parça

Şəxsin ombasına bükülmüş və sancaqlar ilə yerində bərkidilmiş bir hissəli parça.

  • Bərkidici düymələr, yapışqanlar və ya başqa bir bərkidici ilə bağlanır

Yapışqan ilə yerində bərkidilmiş formalı hopdurucu təbəqə.

  • Bir və ya bir neçə yuyula bilən arxalıqsız ara qatlar (döşəkcələr) (su keçirməyən arxalıqsız) formalı su keçirməyən təbəqədə cib vasitəsilə  yerində saxlanılır.

Arxalıqsız ara qatı (döşəkcəni)  yerində saxlamaq üçün iki torlu cibli su keçirməyən xarici təbəqə.

Şəxs eyni xarici su keçirməyən təbəqə ilə müxtəlif növ hopdurucu yastıqlardan istifadə edə bilər.

Lusiyana stolun arxasında oturub, krassvord həll edir. Xose isə onun yanında kitabla oturub. O, saatını yoxlayır.

Lusiyananı xatırlayırsınız?

Lusiyana və Xose, Xosenin köməyi ilə çəkə biləcəyi yuyula bilən iki parça məhsul seçdilər.

Gündüzlər o, torlu ciblərin içərisində orta dərəcədə hopdurma qabiliyyətli arxalıqsız ara qatlardan (döşəkcələrdən) istifadə edir.

Gecələr dəyişməmək üçün Lusiyana ağır hopdurma qabiliyyətli arxalıqsız ara qatlardan (döşəkcələrdən) istifadə edir.

Üçüncü dərsdə hopduruculuğu artırmaq üçün arxalıqsız ara qatların (döşəkcələrin) yerləşdirilməsi haqqında ətraflı məlumat əldə edin.

Su keçirməyən təbəqə aşağıdakı kimi ola bilər:

  • Bərkidici düymələr və ya başqa bir bərkidici ilə formalaşdılır və ya bağlanır
  • Elastik beli var və yuxarı çəkilir.

Elastik bel və ayaqları olan su keçirməyən xarici təbəqə. Bərkidici düymə ilə bağlanır

Üstünlükləri

  • Parçalar ayrıla bildiyi üçün daha qısa qurutma müddəti
  • Bir hissə köhnəlirsə, bütün məhsulu deyil, yalnız həmin hissəni dəyişdirmək lazımdır.

Çatışmazlıqları:

  • İdarə etmək, taxmaq və dəyişdirmək üçün daha çox parçalar.

Sual

Zora və onun tibb işçisi otağın özəl guşəsində eyni skamyada üzbəüz otururlar.

Zoranı xatırlayırsınız?

Zora yuyula bilən absorbentlərdən istifadə edir. O, bütün il boyu isti və rütubətli bir ölkədə yaşayır. O, həmçinin paltarlarını qurutmaq üçün yeri və məxfiliyi məhdduddur.

Zora bir və ya iki parça absorbentlərdən istifadə etməyi təklif edərdiniz?



Zoranın seçimindən asılı olaraq hər ikisi uyğun ola bilər . Onunla variantları müzakirə edərdim.

Bir hissənin hamısı birlikdədir və qurutmaq üçün daha az yer tutacaq. Bununla belə, quruması daha uzun sürəcək.

İki hissə daha sürətlə quruyacaqdır. Bununla belə, qurutma üçün daha çox yer tutacaq.

Hər iki variant varsa, yaxşı olar ki, üstünlükləri və mənfi cəhətləri izah edin və Zora qərar versin. Mümkünsə, qərar verməyə kömək etmək üçün o, hər birini bir neçə sınaqdan keçirə bilər.

İndi birdəfəlik istifadə üçün absorbetlərə nəzər salaq.

Birdəfəlik istifadə üçün bir parça

Yuyula bilən tək hissədən ibarət məhsullar kimi, birdəfəlik istifadə üçüntək hissədən ibarət məhsullar da bütün təbəqələri bir məhsulda birləşdirir.

Hopdurucu təbəqə adətən sidiklə təmasda olduqda gelə çevrilən ağac yonqarı və super hopdurucu tozdan ibarətdir.

Birdəfəlik istifadə üçün məhsulların əksəriyyətində məhsul sızıntıları udduğu üçün rəngini dəyişən bir zolaq var. Bu, nə vaxt dəyişdiriləcəyini müəyyənləşdirməyə kömək edir.

Üstünlükləri:

  • Çox hopdurucu ola bilər
  • Yuyula bilən məhsullardan daha az həcmlidir.

Çatışmazlıqları:

  • Utilizasiya tələb edir.

Müxtəlif növlərə aşağıdakılar daxildir:

Ətrafa sarınan yastıq

Bu bel və omba ətrafına sarılır və yapışqan lentlərlə bərkidilir.

Yan tərəfləri belə sarınan və hər tərəfdən yapışqan lentlə ön tərəfdən bərkidilmiş yastıq.

Üstünlükləri:

  • Böyük hopdurucu təbəqə və dizaynın ətrafına sarma onları çox hopdurucu edir
  • Onlar həm sidik kisəsi, həm də bağırsaq sızması olan insanlar üçün yaxşıdır.

Çatışmazlıqları:

  • Bədəni saran kimi geyinmək üçün daha isti məhsuldur.

Qısa tuman formalı hopdurucu məhsullar

Bunlar elastik belə malikdir və tipik “alt şalvarı” kimi yuxarı çəkilir.

Elastik olan beldən yuxarı çəkilən ayaq dəlikləri və hündür yan tərəfləri olan yastıq.

Üstünlükləri:

  • Bunları şalyan kimi geyinmək və çıxarmaq olur.

Bu, uşaqlar və yaddaş problemi olan insanlar üçün faydalı ola bilər, çünki bu, tanış geyinmə fəaliyyətidir.

Çatışmazlıqları:

  • Geyinmək üçün paltarın alt qatını çıxarmaq lazım ola bilər.

Kəmərli yastıqlar

Onların geniş elastik kəmərlə yerində saxlanılan hopdurucu yastığı var.

Qarşı tərəfdən kəmərə bərkidilmiş yastıqla bel ətrafına bərkidilmə.

Üstünlükləri:

  • Əllərindən istifadə etmək qabiliyyəti az olan insanlar üçün sadə kəmər və yastıq bağlayıcıları
  • Digər məhsullara nisbətən ayaq üstə taxmaq daha asandır.

Birdəfəlik istifadə üçün iki hissəli

Bu məhsul su keçirməyən arxalıqlı ara qatları (döşəkcələri) kip oturan alt paltarları ilə birləşdirir.

Yastığı yerində tutmaq üçün alt şalvar yaxşı oturmalıdır. Onlar belə ola bilər:

  • Xüsusi uzanan şalvarlar və ya
  • Şəxsin öz paltarı özünə kip oturur

Yastıq kip oturan uzanan şalvarla yerində saxlanılır.

Üstünlükləri:

  • Alt şalvarın içərisinə oturur.

Çatışmazlıqları:

  • Xüsusi uzanan alt şalvarları əllərindən istifadə etməkdə çətinlik çəkən insanlar üçün geyinib-çıxarmaq çətin ola bilər.

Fəaliyyət

Əlinizdə olan hər bir absorbentin xülasəsini tamamlayın. Absorbent məhsulun təsviri formasından istifadə edin.

Absorbentlərin təsvir forması.

Hər səhifədə iki məhsul təsvir edə bilərsiniz.

Məhsulda aşağıdakıların olub-olmadığını müəyyən etməlisiniz:

  • Yuyulur və ya birdəfəlik istifadə olunur
  • Bir və ya daha çox hissəli
  • Elastikliyi var
  • Bağlayıcıları var
  • Bu dərsdə təsvir olunan üç məhsul təbəqəsi var.

Siz həmçinin qeyd edə bilərsiniz:

  • İstehsalçı və müştərilər məhsulun hopdurma qabiliyyəti haqqında nə deyirlər
  • Hansı ölçülərdə mövcuddur.

Əmin deyilsinizsə, mentorunuzla müzakirə edin.

Arxalıqsız ara qatlar (döşəkcələr)

Arxalıqsız ara qatlar (döşəkcələr) su keçirməyən xarici təbəqəsi olmayan hopdurucu yastıqlardır.

  • Onlar yuyula bilən və ya bir dəfə istifadə edilə bilən növlərdə ola bilər
  • Bir və ya bir neçə yastiq ən çox ehtiyac olan yerdə hopduruculuğu artırmaq üçün istifadə edilə bilər.

Birdəfəlik istifadə üçün absorbentin üstünə birdəfəlik arxalıqsız ara qat (döşəkcə)  əlavə edilir.

Lusiyana stolun arxasında oturub, krassvord həll edir. Xose isə onun yanında kitabla oturub. O, saatını yoxlayır.

Lusiyananı xatırlayırsınız?

Evdə Lusiyana yuyula bilən iki hissəli absorbentdən istifadə edir. İki parça orta dərəcəli hopdurma qabiliyyətinə uyğun bir yastıq və yastığı saxlayan torlu cibləri olan xarici təbəqədir.

Lusiyana və Xoze müntəzəm olaraq qızlarına baş çəkirlər. Onlar maşında səyahət edirlər və onlara yol boyu dayanmaq asan deyil.

Səyahət üçün Lusiana adi yuyula bilən hopdurucu yastıqların əvəzinə iki ədəd birdəfəlik istifadə üçün arxalıqsız ara qatlardan (döşəkcələrdən) istifadə edir. Bu, absorbsiyanı artırır və qızlarının evində onların tullantıya atılmasını asanlaşdırır.

Siz 3-cü dərsdə hopduruculuğun artırılması haqqında daha çox öyrənəcəksiniz.

Aralıq qatı materialları

Astarlar yuyula və ya birdəfəlik istifadə edilə bilər. Onlar yuyula bilən və ya birdəfəlik absorbentlər ilə istifadə edilə bilər.

Yuyula bilən aralıq qatı materialları dərini qorumaq üçün üst qatdır.

Yuyula bilən və birdəfəlik istifadə üçün aralıq qatı materialları də aşağıdakılar üçün istifadə edilə bilər:

  • Qatı (bərk) nəcisin toplanması və atılmasını daha da asanlaşdırır
  • Absorbentdəkı ləkələri azaldır (maye nəcis üçün daha az təsirli).
Düzbucaqlı formada yuyula bilən parçanın tək qatı.

Yuyula bilən astar (yun)

Kvadratların yırtıla biləcəyi nazik birdəfəlik material rulonu.

Birdəfəlik aralıq qatı materialları (toplu rulon)

Ayaqların arasına sığdırılmış formada bir qat yuyula bilən parça.

Yuyula bilən astar (flis)

Sidik sızması üçün TAP-a daxil olan digər köməkçi məhsul sidik toplama çantası ilə birləşdirilmiş xarici (qılıf) kateterdir.

Bu məhsul penisə yapışır və kişilər üçün münasibdir.

Əgər bu məhsul sizin xidmətinizdədirsə, bəzi insanlar gündüz və ya gecə istifadəsi üçün bu seçimə üstünlük verə bilər.

Şəxsin qılçasına bağlamaq üçün qayışları olan nazik torbaya aparan qısa boru və altında krana bənzər dəliyi var.

TAP Kateterləri modulunda xarici (qılıf) kateterlər haqqında ətraflı məlumat əldə edin.

Müzakirə forumu