Absorbentlərə qulluq etməyin öyrədilməsi

Mövzunun davamı:

Absorbentlər düzgün qulluq edildikdə daha yaxşı işləyir və daha uzun müddət istifadə edilir.

Buraya daxildir:

  • Yuyula bilən məhsulların yuyulması və qurudulması
  • Birdəfəlik istifadə üçün məhsulları quru yerdə  saxlayın.

Şəxsə əvəzedici ləvazimatlar və ya absorbentini istifadə edərkən sızma ilə üzləşdiyini bildirməklə əlaqədar kiminlə əlaqə saxlaya biləcəyini bildirin

Yuyula bilən məhsulların hazırlanması

Bütün yuyula bilən məhsulların hopdurucu təbəqəsi ilk dəfə istifadə etməzdən əvvəl ən azı bir dəfə yuyulmalıdır.

Bu məhsullar bir neçə dəfə yuyulmadan sonra hopduruculuğu artır.

Ön qapısı bağlanan avtomat paltaryuyan maşın.

Yuyula bilən məhsulların yuyulması və qurudulması

Yuyula bilən məhsulların yuyulmasını gözləyərkən soyuq suda saxlanması ləkələri azaltmağa kömək edir.

Vedrədə 24 saatdan çox saxlamayın.

Yumşaq sabunla yuyun. Yuma zamanı ağardıcı və ya parça kondisionerləri olan təmizləyici məhsullardan istifadə etməyin.

Yuyulduqdan sonra saxlama və/və ya istifadə etməzdən əvvəl məhsulların tamamilə quruduğundan əmin olun.

Zora absorbentlərini paltar ipinə sərir. Məhsulları görünütdən uzaqlaşdırmaq üçün üzərinə nazik parça örtür.

Birdəfəlik istifadə üçün məhsulları quru yerdə  saxlayın

Birdəfəlik istifadə üçün məhsullar içərisində olduqları paket açılan kimi ətraf mühitdən nəm çəkməyə başlayır. Bu səbəbdən:

  • İstifadəyə hazır olana qədər paketləri açmaqdan çəkinin
  • Hər bir məhsulu çıxardıqdan sonra paketləri bağlayın.

Müzakirə forumu