Köməkçi məhsullar (TAP) üzrə təlimə xoş gəlmisiniz. Zəhmət olmasa, təlimə başlamazdan əvvəl aşağıdakı məlumatları oxuyun və bu formanın A və B hissəsini doldurun.
İştirakçının məlumat vərəqəsi
Köməkçi məhsullar üzrə təlimə (TAP) xoş gəlmisiniz. Bu təlim Tanzaniya Səhiyyə Nazirliyi, Ümumdünya Səhiyyə Təşkilatı və Tanzaniya HelpAge International təşkilatının rəhbərliyi ilə həyata keçirilən "Köməkçi məhsullar üzrə təlim (TAP) layihəsinin ilk mərhələsidir. Bu layihə ilkin tibbi yardım mərkəzlərində və iki qəsəbə xəstəxanasında köməkçi avadanlıq üçün icma səviyyəli yönləndirmə sisteminin yaradılması, seçilmiş köməkçi məhsulların sadə növlərinin təmin edilməsi məqsədi daşıyır.
Zəhmət olmasa, təlimə başlamazdan əvvəl aşağıdakı məlumatları oxuyun və A (razılaşma) və B hissələrini(qəbul sorğusu) doldurun
TAP haqqında məlumat: TAP - mövcud və ya gələcək işçilər üçün onlayn öyrənmə proqramıdır:
- Köməkçi məhsullara ehtiyacı olan insanların müəyyən edilməsi və/və ya
- Köməkçi məhsulların sadə növləri ilə təmin etmək.
TAP-a kompüter, planşet və ya smartfon vasitəsilə daxil olmaq mümkündür. TAP öyrənənləri həmçinin mentorların üz-üzə dəstəyindən istifadə edə biləcəklər. Mentor kimi rolunuza hazırlaşmaq üçün TAP modullarını keçəcəksiniz.
İndi və ya bu təlimdən keçərkən hər hansı bir sualınız olarsa, siz:
- Layihə nəzarətçisi ilə müzakirə
- Suallarınızı mentor brifinqinə gətirin
Sizin rəyləriniz vacibdir: Təlimin sonunda sizdən 90 dəqiqəyə qədər qrup müzakirəsi (fokus qrupu) vasitəsilə rəyverməyiniz xahiş oluna bilər . Qrup müzakirəsində iştirakınız könüllüdür. Onlar iş saatlarında, özünüz və xidmət meneceriniz / nəzarətçiniz üçün əlverişli bir vaxtda həyata keçiriləcəkdir.
TAP məlumatlarının toplanması: TAP bu qəbul sorğusu vasitəsilə TAP-nin öyrənənləri (siz də daxil olmaqla) haqqında məlumat toplayır və daha sonra sizdən rəy sorğusunu doldurmaq xahiş olunacaqdır. Test sorğusunun balları və digər məlumatlar, məsələn, neçə və hansı modulları tamamladığınıza dair məlumatlar da toplanır. Öyrənənlər təcrübələrini bölüşmək və rəy bildirmək üçün müzakirə qruplarında iştirak etdikləri zaman bu müzakirələrin audioyazısı aparıla bilər və bu audioyazılar daha sonra yazılı hesabatı tərtib etmək üçün istifadə oluna bilər. Budan sonra audioyazılar silinəcəkdir.
Bu məlumat istifadə edilməzdən əvvəl anonimləşdiriləcəkdir. Bu, o deməkdir ki, adlar və şəxsi məlumatlar silinəcəkdir. Bu yolla məlumatlara baxan heç kəs onun kimin məlumatı olduğunu bilməyəcəkdir. Anonimləşdirilmiş məlumatlar sonra bu TAP təlimi haqqında hesabat hazırlamağa və aşağıdakıları anlamağa kömək etmək məqsədilə araşdırmalar aparmaq üçün istifadə olunur:
- TAP öyrənənlər və mentorlar üçün nə dərəcədə işləkdir və onu necə təkmilləşdirmək olar?
- Öyrənənlərin və mentorların köməkçi məhsullarn təmin edilməsi haqqında fikirləri
- Köməkçi avadanlığa çıxış imkanlarının yaxşılaşdırılması üçün daha hansı tədbirlər görmək olar?
Anonimləşdirilmiş məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təhlükəsiz şəraitdə saxlanır. Bu, TAP-ın digər layihələrinin məlumatları ilə birləşdirilə bilər və bu, layihə tərəfdaşları, donorlar, tədqiqatçılar ilə paylaşıla bilər.
TAP-ın məlumat toplusu ilə bağlı hər hansı sualınız yaranarsa, layihə koordinatoruna, yaxud e-poçt vasitəsilə müraciət edə bilərsiniz: [email protected]