Təlimat
Bu modulda istifadə olunan terminlərin bəziləri aşağıda izah olunur. Bunları çap edərək modulu öyrənərkən istifadə edə bilərsiz.
Artrit - insanın oynaqlarında sərtlik, şişkinlik və/və ya hərəkət zamanı ağrı ilə xaraxterizə olunan sağlamlıq problemi.
Koordinasiya - hərəkətləri ahəngdar, dəqiq və nəzarət altında icra etmək bacarığı
Daun sindromu – anadangəlmə xarakter daşıyan bir vəziyyət. Bu sindrom müəyyən sağlamlıq, inkişaf və idrak çətinliklərinə yol aça bilər. Daun sindromlu insanların xüsusi fiziki əlamətləri ola bilər.
Frail/frailty – Weak, fragile and with little energy. Often occurs as people grow older and their health declines.
Özünə qulluq – insanın öz qeydinə qalması deməkdir. TAP insanın əsas şəxsi ehtiyaclarını ödəmək üçün hər gün həyata keçirdiyi özünəqulluq fəaliyyətlərinə diqqət yetirir. Məsələn: yuyunmaq, tualet ehtiyacını ödəmək, geyinmək, yemək və içmək.
Onurğa beyni zədələnməsi – Adətən qəza və ya xəstəlik nəticəsində yaranan onurğa beyni zədələnməsi. Zədədən sonra bədənlə baş beyin arasında siqnal mübadiləsi onurğa beyni boyunca həyata keçirilə bilmir. Əksər hallarda şəxs zədə nahiyəsindən aşağı hissəni hərəkət etdirə bilmir və heç nə hiss etmir.
İnsult – Beyində qan axınının tıxanması. Bu, bədənin bir tərəfinin zəifləməsinə və ya iflic olmasına, eləcə də danışma, hiss etmə, düşünmə və görmə ilə bağlı problemlərə səbəb ola bilər.
Görmə - Görmə qabiliyyəti.
Təlimat
Tanış olmadığınız başqa sözlərlə qarşılaşsanız, həmkarınızdan və ya rəhbərinizdən soruşun.