Skip to main content
Eşitmə

Eşitmə cihazlarını yoxlayın

Dərs: 3 of 6
Mövzu: 1 of 3
0% Tamamlandı

Həm əvvəlcədən proqramlaşdırılmış, həm də proqramlaşdırıla bilən eşitmə cihazlarını quraşdırmadan əvvəl eşitmə cihazlarının yoxlanılması vacibdir.

Eşitmə cihazını taxmazdan əvvəl, eşitmə cihazını yoxlayın:

  • Hər hansı zədə olub-olmadığını
  • Düzgün işləyib-işləmədiyini

Eşitmə cihazında zədə olub-olmadığını yoxlayın

Eşitmə cihazını yoxlayın:

  • Zədəsi və ya çatı varmı
  • Batareya hissəsində hər hansı zədə və ya nəmlik əlaməti varmı

Behind-the-ear hearing aid with battery door open. Hearing aid battery with the sticker removed and ‘+’ side on top.

Behind-the-ear hearing aid showing a close up of the volume control button which is positioned halfway up the main body of the hearing aid. The upper button has a plus (+) sign, the lower button has a minus (-) sign.

Eşitmə cihazının düzgün işlədiyini yoxlayın

Ling səsləri tibb işçisi tərəfindən eşitmə cihazının düzgün işlədiyini yoxlamaq üçün istifadə olunur.

Eşitmə cihazını dinləmə borusu ilə yoxlayarkən altı Ling səsinin hamısı aydın olmalıdır.

Təlimat

İstifadə olunan səslər aşağı, orta və yüksək tezliklərdəki nitq səslərini təmsil edir.

Altı Ling səsini dinləyin və məşq edin.

Eşitmə cihazını stetofon vasitəsilə yoxlayın

Hazırlaşın:

  • Eşitmə cihazının batareyasını batareya bölməsinə yerləşdirin
  • Eşitmə cihazını yandırın
  • Əvvəlcə səsin aşağı olduğundan əmin olun
  • Stetofonu eşitmə cihazının qulaq qarmağına qoşun
  • Stetofonun qulaqcığını qulağınıza daxil edin
  • Səs səviyyəsi rahat olana qədər səs səviyyəsini tədricən artırın

Eşitmə cihazını yoxlayın:

  • Eşitmə cihazını ağzınızdan 30 santimetr məsafədə saxlayın
  • Altı Ling səsini normal danışıq səsi ilə tələffüz edin
  • Ling səslərini tələffüz edərkən kiçik düzəlişlər edərək səs düyməsinin işlədiyini yoxlayın

Əgər altı Ling səsinin hamısını heç bir əks-səda (fit səsi) olmadan aydın eşidə bilirsinizsə, eşitmə cihazı düzgün işləyir.

Əgər altı Ling səsinin hamısını aydın eşidə bilmirsinizsə, eşitmə cihazını təchizatçıya ger qaytarın və başqa bir eşitmə cihazı alın.

Təlimat

Eşitmə cihazının stetofon vasitəsi ilə yoxlanılması videosuna baxın.

Məşğələ

Eşitmə yoxlaması addımlarını 1-dən 4-ə qədər nömrələyərək düzgün ardıcıllıqla sıralayın.

Düzgün sıralama:

  1. Zədə olub-olmadığını yoxlayın
  2. Batareyanı daxil edin
  3. Stetofonu qoşun
  4. Ling səslərini yoxlayın

Tövsiyə

Eşitmə cihazını yoxlayan şəxsin normal eşitməsi vacibdir.

Məşğələ

Eşitmə cihazı, batareya, stetofon və Linq səslərinin siyahısını toplayın.

Eşitmə cihazını növbə ilə yoxlayın. Diqqət etməlisiz:

  • Altı Linq səsinin hamısını eşidə bilirsinizmi?
  • Səslər əks-səda vermir və aydın eşidilirmi?