Skip to main content
Eşitmə

Eşitmə cihazlarından necə istifadə etməli

Dərs: 4 of 6
Mövzu: 1 of 2
0% Tamamlandı

Aşağıdakılar vacibdir:

  • Eşitmə cihazlarından istifadənin faydalarını izah edin
  • Pasiyentə eşitmə cihazlarından düzgün istifadə etməyi öyrədin

Pasiyentin eşitmə aparatından istifadə zamanı yardıma ehtiyacı olduqda, ailə üzvlərinin və ya ona qulluq edən şəxsin dəstəyindən yararlanmağı tövsiyə edin.

Eşitmə cihazlarından istifadənin faydaları

Eşitmə cihazlarının nitqi eşitməyə və anlamağa kömək edəcəyini izah edin.

Eşitmə cihazlarından istifadənin bir çox faydası var. Onlar aşağıdakıları edə bilər:

  • Ailə, dostlar və iş yoldaşları ilə ünsiyyət qurmağı asanlaşdırır
  • Yaxınlaşan avtomobil kimi potensial təhlükələrdən qoruyur
  • Sosial fəaliyyətlərdə iştirak etmək üçün özünəinamınızı artırır, zehni sağlamlığınızı və rifahınızı yaxşılaşdırır
  • Beyin sağlamlığınıza fayda verir və demans riskini azaldır

İstifadə edilməsi

İlk dəfə eşitmə cihazı taxmağa uyğunlaşmağın vaxt apardığını izah edin. Əvvəlcə bəzi səslər çox yüksək və ya qeyri-müəyyən ola bilər. Bu normaldır.

Eşitmə cihazlarından müntəzəm istifadə etməklə, səsinizi və digər səsləri dinləməklə onlara uyğunlaşa bilərsiniz.

Eşitmə cihazlarından istifadə

Pasiyentə eşitmə cihazlarından necə istifadə etməyi öyrətmək vacibdir, o cümlədən:

  1. Hissələri müəyyən etmək
  2. Yandırıb-söndürməyi öyrətmək
  3. Səs səviyyəsini tənzimləmək
  4. Taxıb-çıxarmağı öyrətmək
  5. Batareyanı dəyişdirmək və ona qulluq etmək

Eşitmə cihazının hissələri

Eşitmə cihazı qutusunun işçi hissələrindən ibarət olduğunu izah edin.

Eşitmə cihazının müxtəlif hissələrini göstərin:

  • Səsi toplayan mikrofon
  • Eşitmə cihazını və qulaq qəlibini birləşdirmək üçün qulaq qarmağı
  • Qulaq qəlibinin qulağın içinə keçən qulaqlıq hissəsi
  • Eşitmə aparatını enerji ilə təmin edən və onu yandırıb-söndürən batareyanı göstərmək üçün batareya yuvasının qabağını açın
  • Səs səviyyəsinə nəzarət
  • Eşitmə cihazını proqramlaşdırarkən istifadə olunan proqram açarı

Hər qulaq üçün hansı eşitmə cihazının uyğun olduğunu göstərin:

  • Qırmızı marker sağ qulaq üçündür
  • Mavi marker sol qulaq üçündür.

Məşğələ

Məntəqənizdə (və ya şöbənizdə) istifadə üçün yararlı olan eşitmə aparatlarını nəzərdən keçirin.

Sağ və sol eşitmə cihazları üçün qırmızı və mavi markerləri tapa bilərsinizmi?

Yandırmaq və söndürmək

Eşitmə cihazını batareya bölməsində yandırın və söndürün. Batareyaları batareya bölməsinə yerləşdirməlisiniz.

  • Yandırın: Batareya bölməsini bağlayın.
  • Söndürün: Batareya bölməsini tam açın. İstifadə edilmədiyi müddətcə eşitmə cihazının söndürüldüyündən əmin olun.

Behind-the-ear hearing aid with battery door open. Hearing aid battery with the sticker removed and ‘+’ side on top.

Səsin tənzimlənməsi

Bəzi eşitmə cihazları səsi avtomatik olaraq insanın olduğu mühitə uyğunlaşdırır.

Əl ilə səs tənzimləməsi üçün:

  • Səs səviyyəsini artırmaq üçün səs düyməsini yuxarıya doğru basın və ya səs tənzimləyici diski yuxarıya doğru fırladın.
  • Səsi azaltmaq üçün isə səs düyməsini aşağı doğru basın və ya səs tənzimləyici diski aşağı diyirləyin.

Səs səviyyəsinin dəyişdiyini bildirmək üçün eşitmə cihazından səsli siqnal eşidilə bilər.

A switch sits on the plastic case of a hearing aid. There is a plus (+) sign at the top of the button and a minus (-) sign at the bottom.
Səs tənzimləyici düymə
A wheel sits on the plastic case of the hearing aid. There is a plus (+) sign at the top of the and a minus (-) sign at the bottom of the wheel.
Səs tənzimləyici disk

Eşitmə cihazını taxmaq

Eşitmə cihazını qulağa taxmazdan əvvəl, batareya bölməsinin qapağı azca açılmalı və eşitmə aparatı söndürülməlidir.

Əvvəlcə qulaq qəlibini taxın:

  • Eşitmə cihazını qulaq qəlibinin alt hissəsindən tutun
  • Sağ qulaq üçün sağ əlinizdən, sol qulaq üçün isə sol əlinizdən istifadə edin
  • Digər əlinizlə qulağı yavaşca yuxarı və geri çəkin - bu, qulaqcığı taxmağı asanlaşdıracaq
  • Qulaq qəlibini xarici qulaq keçəcəyinə ehtiyatla daxil edin - yerinə tam oturması üçün yüngülcə fırladın.

Daha sonra, eşitmə cihazını qulağınızın üstündən keçirmək üçün digər əlinizdən istifadə edin.

A person’s left hand is placing an earmould of a hearing aid inside the left ear canal. The hearing aid body is not hooked over the ear.

A person’s left hand is placing a hearing aid behind the left ear. The earmould is inserted in the ear canal.

Tövsiyə

Pasiyentə eşitmə aparatını taxmaq və çıxarmaq qaydalarını öyrətmək məqsədilə nümayiş üçün nəzərdə tutulmuş eşitmə aparatından istifadə edin.

Pasiyent eşitmə cihazı taxmağı öyrənərkən güzgü də kömək edə bilər.

Eşitmə cihazını çıxarmaq

  • Əvvəlcə eşitmə cihazını qaldırın və qulağınızın üstündən sürüşdürün
  • Sonra borunu qulaq qəlibinə yaxın tutun və yavaşca çəkin.

Təlimat

Eşitmə cihazını necə taxmaq və çıxarmaq barədə məlumat əldə etmək üçün bu videoya baxın.

Məşğələ

Eşitmə cihazının hissələrini izah etməyi və eşitmə cihazlarını necə taxıb çıxarmağı öyrətməyi məşq edin.

Batareya ömrü

İzah edin: Orta hesabla, batareya eşitmə cihazını dəyişdirilmədən iki həftə ərzində işlək vəziyyətdə saxlayır. Təkrar şarj edilən batareyanın gündəlik olaraq enerji ilə doldurulması lazım gələ bilər.

Pasiyentə öyrədin:

  • Batareya istifadə müddətini artırmağı
  • Batareyanı dəyişdirməyi

Batareyanın işləmə müddətini yoxlayın və batareyanı saxlayın

Batareya az olduqda səs zəifləyir və ya xəbərdarlıq siqnalı eşidə bilərsiz.

Batareya istifadə müddətini artırmaq üçün:

  • Gecə batareyanı cihazdan çıxarın və eşitmə cihazı qutusunda saxlayın
  • Eşitmə cihazından bir neçə gün istifadə etməyəcəksinizsə, batareyanı çıxarın.

Tövsiyə

Batareyanı dəyişdiyiniz gün təqvimə batareyanın etiketini yapışdırın və ya bir qeyd yazın. Batareya bitdikdə onun nə qədər müddət bəs etdiyini yoxlaya bilərsiniz.

Batareyanı dəyişdirin

Köhnə batareyanı çıxarmaq üçün:

  • Batareya yuvasını açın
  • Batareyanı alt hissədən itələyərək çıxarın və ya qaldırmaq üçün maqnitli batareya alətindən istifadə edin.

Yeni batareya ilə əvəz etmək üçün:

  • Əvəzedici batareyanın üst tərəfindəki, yəni plyus işarəsi(+) olan tərəfindəki qoruyucu etiketi çıxarın
  • Batareyanı, plyus işarəsi yuxarıya doğru baxacaq şəkildə batareya yuvasına daxil edin.

Bəzi batareyalar xüsusi formaya malikdir. Onları bu formada yerləşdirin:

  • Yastı səthi yuxarıda
  • Kiçik qabarıqlıq olan səth isə alt tərəfdə

Batareyanı yerləşdirdikdən sonra səs eşidilir. Eşitmə cihazını taxmazdan əvvəl səsi azaldın.

Təlimat

Eşitmə cihazı batareyasını necə dəyişdirmək barədə bu videoya baxın.

Tövsiyə

Batareya yuvasının qabağı bağlanmazsa, batareyanın düzgün yerləşdirilib-yerləşdirilmədiyini yoxlayın.

Tövsiyə

Ehtiyat batareyaları sərin yerdə saxlayın. Həmişə ehtiyat batareyalar dəstini yanınızda gəzdirin.

Xəbərdarlıq

Batareyaları udmaq təhlükəlidir. Batareyaları körpə uşaqlardan və heyvanlardan uzaq saxlayın. Batareyalar udulduqda, bu, təcili tibbi yardım tələb edir.

Batareyaların atılması üçün yerli təkrar emal qaydalarına əməl edin.