Həm əvvəlcədən proqramlaşdırılmış, həm də proqramlaşdırıla bilən eşitmə cihazları üçün texniki xidmət və təmir işlərini öyrətmək vacibdir.
Təlimat
Tez-tez təmirə və ya dəyişdirilməyə ehtiyacı olan hissələr haqqında məlumat əldə etmək üçün oxumağa davam edin.
Ümumi texniki qulluq problemləri
Eşitmə cihazındakı kir, nəm və ya qulaq kirləri problemlərə səbəb ola bilər.
- Kir və ya nəmi təmizləyin:
- Batareyanı çıxarın və nəmi çıxarmaq üçün bir parça ilə qurulayın
- Eşitmə cihazını və batareya yuvasını təmizləmək üçün bir parça və ya fırça istifadə edin
- Qulaq kirini təmizləyin: Tıxanmış qulaq kirini təmizləmək üçün mil və fırçadan istifadə edin.
Xəbərdarlıq
Təmizləyərkən su istifadə etməyin. Eşitmə cihazına zərər verə bilər.
Təlimat
Eşitmə cihazını necə təmizləmək barədə videoya yenidən baxın.
Ümumi əvəzedici hissələr
Adətən dəyişdirilməsi lazım olan hissələrə aşağıdakılar daxildir:
- Batareya
- Qulaq qarmağı
- Qulaq qəlibini
- Qulaq qəlibi borusu
Batareyalar
Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş batareyalar adətən hər iki həftədən bir dəyişdirilməlidir. Bir-iki ay bəs edəcək qədər ehtiyat batareyanın olması işinizə yarayacaqdır.
Doldurula bilən batareyaların tez-tez dəyişdirilməsinə ehtiyac yoxdur. Ən azı bir ehtiyat doldurula bilən batareyanın olması işinizə yarayacaqdır.

Qulaq qəlibi, qulaq qəlib borusu və qulaq qarmaqları
Zədə əlamətlərini yoxlayın və zəruri hallarda dəyişdirin.
Qulaqcığı qulaq qəlibindən ayıraraq bütün qulaq qəlibini və ya ayrı-ayrı hissələrini dəyişdirin.

Qulaq qəlibləri və ya qulaq qarmaqları çatlayıbsa, onları dəyişdirin.
- Qulaqcığa taxarkən borunu fırlatmayın
- Eşitmə aparatından çıxarmaq üçn qulaq qarmağını buraraq açın


Delroyu xatırlayırsınız?

Delroy iki ildən sonra yenidən müayinəyə gəlib. Səhiyyə işçisi eşitmə cihazlarını təmizləyir və dinləmə borusu ilə eşitmə testi həyata keçirir. Eşitmə cihazları yaxşı işləyir.
Səhiyyə işçisi qulaq qəlibi borusunun sərtləşdiyini və çatlama riski olduğunu görür. Boru dəyişdirilir.
Eşitmə cihazını dəyişdirin
Eşitmə cihazını aşağıdakı hallarda dəyişdirin:
- Böyük çatları varsa
- Suyun təsiri ilə zədələnibsə
Eşitmə cihazı fasilələrlə işləyirsə və ya işləmirsə, problem həll yollarını sınayın və zəruri hallarda dəyişdirin.
Tövsiyə
Məhsul təmir olunarsa və ya dəyişdirilərsə, pasiyent üçün uyğun olduğundan əmin olmaq üçün yenidən quraşdırılmalı və tənzimlənməlidir.