Aşağıdakılar vacibdir:
- Eşitmə cihazlarından istifadənin faydalarını izah edin
- Uşağa və qəyyumuna eşitmə cihazlarından düzgün istifadə etməyi və onlara necə qulluq etməyi öyrədin.
Əgər uşağın eşitmə cihazlarından istifadə etmək üçün köməyə ehtiyacı varsa, qəyyumundan (valideyn, dayə və s.) xahiş edin.
Eşitmə cihazlarından istifadənin faydaları
Uşağa və valideynə eşitmə aparatının nədə kömək edəcəyini izah edin:
- Məktəbdə dərsləri daha rahat öyrənməyə və anlamağa kömək edir
- Dostlarla rahat danışmağa və oynamağa kömək edir
- Səsləri daha ayıdn edərək, aydın danışmağa və yeni sözləri öyrənməyə dəstək olur
İstifadə edilməsi
İlk dəfə eşitmə cihazı taxmağa uyğunlaşmağın vaxt apardığını izah edin.
Əvvəlcə bəzi səslər çox yüksək və ya qeyri-müəyyən ola bilər. Bu normaldır.
Eşitmə cihazlarından müntəzəm istifadə etməklə, səsinizi və digər səsləri dinləməklə onlara uyğunlaşa bilərsiniz.
Təlimat
Eşitmə cihazı istifadəçiləri üçün məsləhətlər bölməsində daha çox məlumat əldə edin.
Sözlərin anlaşılmasını necə yaxşılaşdırmaq olar
Valideynlər və müəllimlər üçün evdə və məktəbdə uşağa dəstək olmağın müxtəlif yollarını anlamaq faydalı ola bilər:
- Yaxşı işıqlandırılmış yerdə və danışarkən üzünüzü aydın görə biləcəkləri şəkildə dayanın
- Təbii danışın - səsinizi qaldırmayın və dodaq hərəkətlərini şişirtməyin
- Uşağın kimin danışdığına diqqət yetirməsini asanlaşdırmaq üçün eyni anda yalnız bir nəfərin danışmasını təmin edin
- Uşağın daha yaxşı eşitməsi və görməsi üçün onu sinifdə ən ön sırada əyləşdirin
- Sinifdəki fon səs-küyünü mümkün qədər azaldın
- Uşaqdan məktəbdəki fəaliyyətlərdə çətinlik çəkərsə, bunu bildirməsini xahiş edin
Təlimat
Bəzi uşaqlar səs-küylü sinif mühitlərində aydın eşitməkdə çətinlik çəkə bilərlər. TAP Personal uzaqdan idarəetmə mikrofon sistemləri modulunda səs-küylü mühitlərdə eşitmə cihazından istifadəni necə təkmilləşdirəcəyinizi öyrənin.
Eşitmə cihazlarından istifadə
Uşağa və valideyninə eşitmə cihazlarından necə istifadə etməyi, o cümlədən aşağıdakıları öyrətmək vacibdir:
- Hissələri müəyyən etmək
- Yandırıb-söndürməyi öyrətmək
- Səs səviyyəsini tənzimləmək
- Taxıb-çıxarmağı öyrətmək
- Batareyanı dəyişdirmək və ona qulluq etmək
Eşitmə cihazının hissələri
Eşitmə cihazının müxtəlif hissələrini göstərin və izah edin.

Hər qulaq üçün hansı eşitmə cihazının olduğunu göstərin.
Uşağı sağ eşitmə cihazı üçün qırmızı işarəni, sol eşitmə cihazı üçün isə mavi işarəni tapmağa təşviq edin.
Yandırmaq və söndürmək
İzah edin: Batareya bölməsində eşitmə cihazını yandırın və söndürün.
Sual
1. Batareyanı batareya bölməsində hansı tərəfə yerləşdirməlisiniz?
İki variant seçin.
Əgər a və c-ni seçdinizsə, doğrudur!
Plus (+) işarəsi yuxarıya doğru olmalıdır. Batareyanın bir tərəfində qabarıqlıq, digər tərəfində isə hamar səth varsa, hamar səth yuxarıda olmalıdır. Bu, batareya qapağının bağlanmasına imkan verir.
2. Eşitmə cihazını nə işə salır?
Birini seçin.
Əgər b-ni seçmisinizsə, doğrudur!
Batareyanı daxil edin və qapağı bağlayın. Qapağı açıq saxlamaq cihazın işə düşməsinə imkan vermir.
Xəbərdarlıq
Valideynə və uşağa batareyaların təhlükəli ola biləcəyini izah edin. Batareyalar udulursa, bu, tibbi təcili yardım tələb edir.
Batareyaların atılması üçün yerli təkrar emal qaydalarına əməl edin.
Səsin tənzimlənməsi
Səsi necə artırıb-azaltmağı göstərin.
Taxıb-çıxarmağı öyrətmək
Eşitmə aparatını taxmağı və çıxarmağı öyrətməzdən əvvəl, hər hansı əks-sədanın (fit səsi) yaranmaması üçün batareya qapağının açıq olduğundan əmin olun.
Qulaq qəlibinin qulaqlarının içinə yerləşdirildiyini və eşitmə cihazının qulaqlarının arxasında olduğunu izah edin.
Uşağı ağrıtmayacağına dair arxayın edin və qulaq qəlibinə daha tez alışması üçün cihaza toxunmasına şərait yaradın.
Uşağa və valideynə eşitmə cihazlarını necə düzgün taxmağı və çıxarmağı öyrədin.
Təlimat
Eşitmə cihazını necə taxmağı və çıxarmağı yadınıza salmaq üçün bu videoya baxın.
Eşitmə cihazlarından necə istifadə etmək barədə daha çox məlumat üçün TAP Əvvəlcədən Proqramlaşdırılmış Eşitmə cihazları moduluna baxın.
Tövsiyə
Eşitmə cihazı kliplərindən istifadə eşitmə cihazının düşməsinin qarşısını almağa kömək edə bilər. Bu, xüsusilə azyaşlı uşaqlar üçün faydalıdır.


Batareyanı dəyişdirin və ona qulluq edin
Təlimat
Eşitmə cihazı batareyasını necə dəyişdirəcəyinizi xatırlamaq üçün bu videoya baxın.
Aşağıdakı sualları cavablandıraraq eşitmə cihazı batareyalarına qulluq haqqında biliklərinizi sınayın.
Sual
1. Orta hesabla, eşitmə cihazının batareyası nə qədər işləyir?
Birini seçin.
2 həftə doğrudur!
Batareya, adətən, eşitmə cihazını dəyişdirilmədən əvvəl iki həftəyə qədər işlək vəziyyətdə saxlayır.
2. Batareyanın az olmasının əlamətləri hansılardır?
Üçünü seçin.
Əgər a, b və e seçmisinizsə, doğrudur!
Batareya az olduqda eşitmə cihazı xəbərdarlıq siqnalı verə və ya əvvəlki kimi yüksək səslənməyə bilər. Həmçinin, o işləməyə də bilər.
Tövsiyə
Ehtiyat batareyaları sərin yerdə saxlayın. Həmişə ehtiyat batareyalar dəstini yanınızda gəzdirin.
