Skip to main content
Özünə qulluq

TAP-a daxil olmayan özünə qulluq üzrə köməkçi məhsullar

Dərs: 2 of 4
Mövzu: 2 of 2
0% Tamamlandı

Bəzi özünə qulluq üzrə köməkçi məhsullar TAP məhsul modullarında əhatə olunmur.Bunun səbəbi onların təmin etmək üçün daha çox təlimə ehtiyacın olmasıdır.

Bu tip özünə qulluq üzrə köməkçi məhsulların bir nümunəsi haqqında öyrənmək üçün oxumağa davam edin.

Yataq yaralarının qarşısını almaq üçün özünə qulluq üzrə köməkçi məhsullar

Yataq yarası təzyiqin səbəb olduğu dəri parçalanmasıdır. O, əsasən sümüklər olan nahiyədə olur və hiss etməkdə (hissiyyat) və ya hərəkət etməkdə çətinlik çəkən və mövqeyini dəyişən insanlar üçün ümumi bir problemdir.

Yataq yaraları hissiyyatı və ya hərəkəti azalmış, təkərli oturacaqdan istifadə edən və ya uzun müddət uzanmış vəziyyətdə qalan insanlar üçün ümumi bir problemdir.

Yataq yaralarının qarşısını almaq üçün özünə qulluq üzrə müxtəlif köməkçi məhsullardan istifadə etmək olar.

Təkərli oturacaqdan istifadə edən və yataq yarası təhlükəsi ilə üzləşən insanlar həmişə təkərli oturacaqda onlar üçün nəzərdə tutulmuş təzyiq yüngülləşdirici yastıqdan istifadə etməlidirlər.

Oturacağında təzyiqi paylamaq üçün qəliblənmiş qalın yastığı olan əlil arabası.

Yataq yarası inkişaf riski olan insanlar çarpayılarında onlar üçün nəzərdə tutulmuş təzyiqi azaldan döşəkdən də istifadə etməlidirlər.

Üstündə əlavə köpük təbəqəsi olan qalın döşək. Döşəkağı ilə döşəyin yarısı örtülüb

Sağalmayan yataq yarası sağlamlıq üçün ciddi təhlükədir. Yataq yaralarının inkişafının qarşısını almaq üçün erkən idarəetmə vacibdir.

Yataq yarası olan hər kəsə tibbi yardım lazımdır.

Yataq yaraları haqqında daha ətraflı məlumat almaq üçün TAP Hərəkət etməyə köməkçi məhsullar moduluna baxın.

İkinci dərsi tamamlamısınız!