Düşünmə ilə bağlı çətinliklər

Əvvəlcə şəxsin düşünmə qabiliyyəti ilə bağlı hər hansı bir çətinliyinin olub-olmadığını öyrənin.
Təlimat
Sual: Planlaşdırma və yadda saxlamaqda çətinlik çəkirsiniz?
- Əgər şəxs "bəli" cavabını verirsə və ya əmin deyilsə , qarşılaşdığı çətinliklərin növü haqqında daha çox məlumat əldə etmək üçün bütün düşünmə bacarıqları suallarını verin.
- Əgər şəxs "xeyr" cavabını verirsə, düşünmə bacarıqları ilə bağlı suallar verməyə ehtiyac yoxdur. Görmə bacarıqları ilə davam edin.
Düşünmə bacarıqları ilə bağlı suallar
Təlimat
Soruşun , çətinlik çəkirsinizmi:
- nə geyinəcəyinizi planlaşdırmaqda
- paltarları düzgün qaydada və düzgün şəkildə geyinməkdə
- geyinməyi xatırlamaqda
Əgər şəxs bu sualların hər hansı birinə "bəli" cavabını verirsə, aşağıdakılar üçün yönləndirməni nəzərdən keçirin:
- Düşünmə bacarıqları üçün digər köməkçi məhsullar
- Reabilitasiya xidməti
Sual

Qabriyeli xatırlayırsınız?
Qabriel tez-tez geyinməyi unudur. O, paltarlarını görə, əlini uzada və geyinə bilir, amma onları seçmək üçün köməyə ehtiyacı var.
Anası hər səhər onun paltarlarını seçir və düzgün qaydada geyinməsi üçün onları bir-bir ona verir.
Qabriel bu bacarıqlardan hansında çətinlik çəkir?
Uyğun gələnlərin hamısını seçin.
Əgər a, c və d cavablarını vermisinizsə, haqlısınız!
Qabriel nə geyinəcəyini planlaşdırmaqda, nə vaxt geyinəcəyini və paltarlarını hansı ardıcıllıqla geyinəcəyini xatırlamaqda çətinlik çəkir.
b səhvdir
Qabriyel görməkdə çətinlik çəkmir
Təlimat
TAP İdrak köməkçi məhsulları modulunda düşünmə bacarıqları üçün köməkçi məhsullar haqqında daha çox məlumat əldə edin.
Müzakirə

Qabriel planlaşdırmaqda və geyinməyi xatırlamaqda çətinlik çəkir.
Yaxınlıqda Qabriel və anasının daha çox məsləhət ala biləcəyi hər hansı bir reabilitasiya xidmətiniz varmı?
Həmkarlarınızla müzakirə edin.