Görmə ilə bağlı çətinliklər

Təlimat
Sual: Görmə ilə bağlı çətinlikləriniz varmı?
- Əgər şəxs "bəli" cavabını verirsə və ya əmin deyilsə , qarşılaşdığı çətinliklərin növü haqqında daha çox məlumat əldə etmək üçün bütün görmə bacarıqları ilə bağlı sualları verin.
- Əgər şəxs "xeyr" cavabını verirsə, görmə bacarıqları ilə bağlı suallar verməyə ehtiyac yoxdur. Fiziki bacarıqlar ilə davam edin.
Görmə bacarıqları ilə bağlı suallar
Təlimat
Soruşun , çətinlik çəkirsinizmi:
- geyinmək üçün paltar tapmaq və seçməkdə
- paltarları geyinmək üçün düzgün formanı görməkdə
Əgər şəxs hər hansı bir suala "bəli" cavabını verirsə, göz sağlamlığı və ya reabilitasiya xidmətinə yönləndirməni nəzərdən keçirin.
Mayklı xatırlayırsınız?

Maykl anadangəlmə kordur. Anası ona səhərlər məktəbə geyinməyə kömək edir, amma o, bunu özü etmək istəyir.
Maykl geyinmək istədiyi paltarları tapmaqda və seçməkdə çətinlik çəkir. Bu o deməkdir ki, paltarları səhv geyinə bilər.
Səhiyyə işçisi Maykl və valideynlərinə görmə qabiliyyəti zəif və kor insanları dəstəkləyən bir icma təşkilatı haqqında danışır.
Onlar təşkilatla əlaqə saxladılar və əməkdaş yardım üçün yaxınlaşıb aşağıdakıları təklif etdi:
- Mayklın paltarlarının rəngini müəyyən etməsinə kömək etmək üçün etiketlərə formalar və ya kiçik düymələr tikmək
- Maykl ilə birlikdə paltar və ayaqqabı seçmək və hər gecə onları eyni yerə düzmək, ertəsi gün geyinməyə hazırlamaq