Skip to main content
Özünə qulluq

Geyinmə vasitələrinin seçilməsi

Dərs: 2 of 6
Mövzu: 5 of 5
0% Tamamlandı

Qiymətləndirmə zamanı toplanan məlumatlardan istifadə edərək şəxslə bir plan qurun.

Plan section of the TAP Dressing aids assessment form.

Şəxslə birlikdə aşağıdakılardan faydalanıb-faydalanmayacığına birlikdə qərar verin:

  • Geyinmə köməkçi məhsullar və növləri
  • Geyinmə vəziyyətlərini və ya necə geyindiklərini/soyunduqlarını dəyişdirmək
  • Fərqli paltar və ya ayaqqabı
  • Başqa bir köməkçi məhsul və/və ya xidmət üçün yönləndirmə

Həmçinin növbəti görüş tarixi barədə razılığa gəlməlisiniz.

Geyinmə köməkçi vasitəni seçmək

Təlimat

Şəxsin ehtiyaclarını və qabiliyyətlərini mövcud məhsullarla uyğunlaşdırmaq üçün qiymətləndirmə formasının son səhifəsindəki TAP Geyinmə vasitələri seçim cədvəlindən istifadə edin.

Yönləndirmək lazım gəldikdə

Şəxs digər köməkçi məhsullardan və ya səhiyyə xidmətlərindən faydalana bilər.

Sual

Nə vaxt yönləndirməyə ehtiyac yarana bilər?

Uyğun gələnlərin hamısını seçin.




Hamısı doğrudur!

Bunların hamısı şəxsin yönləndirməyə ehtiyac duymasının səbəbləridir. Başqalarını da düşünə bilərsiniz.

Plan

Təlimat

Vaysinia üçün qiymətləndirmə aparmağı və plan qurmağı məşq edin.

 Məşğələ

Vaisinia uses a wheelchair suited for an active lifestyle.

Vaysinia ilə tanış olun

Vaysinia 25 yaşındadır. Valideynlərinin evinin arxasındakı mənzildə tək yaşayır. Yerli xəstəxanada resepşnda işləyir.

Vaysinia avtomobil qəzasında onurğasından aldığı zədədən sonra ayaqlarında zəiflik hiss edir. O, ayaqlarını yavaş-yavaş hərəkət etdirə bilir, amma bu çətindir. Vaysinia hərəkət etmək üçün əlil arabasından istifadə edir.

Anası ona hər gün geyinib-soyunmağa kömək edir.

Vaysinia ayaqlarının üstündən paltar çəkmək və corablarını və ayaqqabılarını geyinmək üçün önə əyilərkən tarazlığını qorumaqda çətinlik çəkir. O, həmçinin paltar və ayaqqabılara əl uzatmaqda və onları götürməkdə çətinlik çəkir.

Vaysinia müstəqil geyinmək istəyir.

1. Vaysinia hansı bacarıqlarda çətinlik çəkir?

Birini seçin.



Fiziki bacarıqlar düzgündür!

Vaysinia fiziki geyim fəaliyyətləri ilə bağlı çətinlikləri təsvir etmişdir.

Vaysinia planlaşdırma, xatırlama və ya görməkdə çətinlik çəkmir.

2. Vaysinia hansı fiziki fəaliyyətlərdə çətinlik çəkir?

Dörd variantı seçin.







Əgər a, e, f və g seçmisinizsə, haqlısınız!

Vaysinia paltar və ayaqqabıları çəkmək və ya çıxarmaq üçün irəli əyilərkən ayaqlarını qaldırmaqda və hərəkət etdirməkdə, eləcə də tarazlığını saxlamaqda çətinlik çəkir.

b, c və d səhvdir.

Vaysinia qollarını və əllərini qaldırmaqda və ya istifadə etməkdə çətinlik çəkmir.

Vaysinianın tamamlanmış qiymətləndirmə müsahibəsinə baxın.

TAP Dressing aids assessment interview section of form. It shows Vaisinia does not have difficulty with thinking or vision. She has physical difficulties moving her legs, reaching and picking up, leaning forward and balance when dressing and undressing.

3. Vaysinia üçün hansı geyinmə vasitələri uyğun ola bilər?

Cavabları yoxlamaq üçün seçin və klikləyin

Yanlış.

Vaysinia barmaqları və əlləri ilə çətinlik çəkmir. Düymə ilgəkləyici və zəncirbənd çəkmə alətinə ehtiyac yoxdur.

Doğrudur!

Uzanan qrabber aləti Vaysiniaya paltarları ayaqlarının üstündən çəkməyə kömək edə bilər.

Geyinmə çubuğu da uyğundur və istifadəsi daha asan ola bilər. Vaysinianın hansını daha çox bəyəndiyini görmək üçün hər birini sınaması vacibdir.

Doğrudur!

Geyinmə çubuğu Vaysiniaya paltarları ayaqlarının üstündən çəkməyə kömək edə bilər.

Uzanan qrabber alət də uyğundur və istifadəsi daha asan ola bilər. Vaysinianın hansını daha çox bəyəndiyini görmək üçün hər birini sınaması vacibdir.

Doğrudur!

Vaysinia corablarını geyinməkdə çətinlik çəkir. Corab geyinmək üçün vasitə Vaysiniaya önə əyilmədən corablarını geyinməyə kömək edə bilər.

Doğrudur!

Vaysinia ayaqqabılarını geyinməkdə çətinlik çəkir. Uzun dəstəkli dabankeş Vaysiniaya ayaqqabılarını geyinməyə kömək edə bilər.

Seçim cədvəlindəki təlimatlara baxın.

Geyinmə vəziyyətiNecə geyinməli və soyunmalıMüxtəlif növ geyim və ayaqqabılar
Şəxs geyinməkdən yorulursa və ya tarazlığını qorumaqda çətinlik çəkirsə, geyinmə vəziyyətini dəyişdirməyi düşünün. Oturarkən və ya uzanarkən özlərini daha təhlükəsiz hiss edə bilərlər.Əgər şəxs bədəninin hansısa hissəsində zəiflik hiss edirsə, əvvəlcə paltarları zəif tərəfinə geyinmək və güclü tərəfini çıxarmaq daha asan ola bilər.Əgər şəxs müəyyən növ paltar və ya ayaqqabıları geyinməkdə və ya çıxarmaqda çətinlik çəkirsə, elastik, bol və ya düyməsiz, fermuarsız paltarlar və ya bağcıqsız və ya yapışqan bağlı ayaqqabılar seçməyi məsləhət görün.

4. Vaisiniyaya geyinib-soyunmağı asanlaşdırmaq üçün başqa nə öyrədə bilərsiniz?

İki variant seçin.



Əgər a və c-ni seçdinizsə, doğrudur!

Vaysinia oturub geyinib-soyunmaqda çətinlik çəkirsə, uzanaraq bunu etmək daha asan ola bilər. Müxtəlif variantları müzakirə etmək və Vaysiniaya onun üçün ən yaxşı variantı seçməkdə kömək etmək vacibdir.

Vaysinia geyinmək üçün daha asan olan geyim və ayaqqabıları seçə bilər.

b səhvdir

Vaysinianın hər iki tərəfində zəiflik var. Əgər Vaysinianın zəif tərəfi varsa, geyinib-soyunma tərzini dəyişdirmək ona kömək edə bilər.

5. Əgər geyinmə vasitələri Vaysinanın geyinib-soyunmasını asanlaşdırmırsa, nəyi tövsiyə edərdiniz?

Birini seçin.




Əgər a-nı seçmisinizsə, doğrudur!

Vaysinaya izah edin ki, geyinmə vasitəsinə öyrəşmək üçün vaxt lazımdır.

Vaysinanı məşq etməyə təşviq edin. Seçilmiş geyinmə vasitələrinin və məsləhətlərin kömək edib-etmədiyini yoxlamaq üçün təkrar baxış təyin edin. Əgər kömək etmirsə, Vaysinanın razılığı ilə reabilitasiya xidmətinə yönləndirin.

Təlimat

Tədris və təkrar baxış haqqında modulun davamında daah çox öyrənəcəksiniz.

İkinci dərsi tamamlamısınız!