Skip to main content
Eşitmə

Açar sözlər

Dərs: 1 of 5
Mövzu: 1 of 5
0% Tamamlandı

Təlimat

Bu modulda istifadə olunan terminlərin bəziləri aşağıda izah olunur. Bunları çap edərək modulu öyrənərkən istifadə edə bilərsiz.

Qulaqarxası (BTE) eşitmə cihazı - Qulağınarxasına yerləşdirilən eşitmə cihazı növü.

Plastic case and ear hook attached to earmould.

Koxlear implantAğırdərin eşitmə itkisi olan bir şəxsə (kar şəxs) kömək edən elektron eşitmə cihazı. Daxili hissədən (implantasiya edilmiş) və xarici prosessordan ibarətdir.

An outside piece sits behind the person’s ear and connects to a round head piece which attaches to the implant on their head.

An inside piece picks up signals and passes them along a wire to the cochlea in the inner ear.

KarHər iki qulağında ağır və ya dərin eşitmə itkisi olan bir şəxs üçün istifadə olunan termin, bu cür şəxlər yalnız çox yüksək səslər eşidə bilirlər və ya heç nə eşitmirlər. Kar insanlara tez-tez koklear implantlar taxılır və ya ünsiyyət üçün işarət dilindən istifadə edirlər.

Axıntı – Bədənin bir hissəsindən çıxan maye. Çox vaxt infeksiya əlamətidir.

Person has coloured discharge coming out of their ear.

Qulaq və eşitmə mütəxəssisi – Qulaq və eşitmə problemlərini müayinə edən, nəzarətdə saxlayan və müalicə edən mütəxəssislər.

Xarici qulaq keçəcəyi — Xarici qulağın qulaq seyvanını təbil pərdəsi ilə birləşdirən hissəsidir. 

Qulaq pərdəsi (timpanik membran) – Xarici və orta qulağı ayıran və orta qulağı infeksiyadan qoruyan nazik bir toxuma təbəqəsi.

Yad cisim – Bədənin bir hissəsində ilişib qalmış, lakin orada olmamalı olan, istənməyən bir cisim. Məsələn, göz qapağının altındakı qum dənəciyi və ya xarici qulaq keçəcəyindəki bir həşərat.

Insect inside person's ear canal.

Eşitmə çətinliyiYüngülağır eşitmə itkisi olan, normal eşitmə qabiliyyətinə malik insan qədər yaxşı eşidə bilməyən şəxs üçün istifadə olunan termin.

Otoskop – İnsan qulağını vizual olaraq yoxlamaq üçün istifadə edilən işıqlı böyüdücü alət.

Otoscope with handle at one end and pointed speculum and torch at the other end.

Qulaq seyvanı - Xarici qulağın görünən hissəsi.

Əvvəlcədən proqramlaşdırılmış eşitmə cihazı – Ümumi eşitmə itkisi növlərinə uyğun olaraq proqramlaşdırılmış seçimləri olan bir eşitmə cihazı növü.

Proqramlaşdırıla bilən eşitmə cihazı – Fərdin spesifik eşitmə itkisinə uyğun olaraq proqramlaşdırıla bilən eşitmə cihazı növü.

İrin – Bədəniniz infeksiya ilə mübarizə apararkən əmələ gələn qatı maye. Qeyri-adi rəngə və ya qoxuya malik ola bilər.

Spekulum – otoskopun çıxarıla bilən başlığı, qulağın içinə yerləşdirilir.

Three plastic cones. The wide end attaches to the otoscope. The narrow end has a hole in three different sizes to fit inside a person’s ear canal.

Traqus - Qulaq seyvanının xarici qulaq keçəcəyinin girişini örtən və qoruyan hissəsi.

Fitil - Axıntını xaric etmək üçün istifadə olunan uducu parça

A rolled up tissue with a flat end.

Təlimat

Sizə tanış olmayan başqa sözlərlə rastlaşsanız, həmkarınızdan və ya mentorunuzdan soruşun.