İnsanlar eşitmə itkisini müxtəlif səbəblərdən yaşayırlar. Bəzi ümumi səbəblərə aşağıdakılar daxildir:
- Doğuşdan əvvəl, doğuş zamanı və ya dərhal sonra yaranan problemlər
- Qulaq xəstəlikləri, məsələn:
- Qızılca, parotit və meningitdən qaynaqlanan infeksiyalar
- Qulaq infeksiyaları
- Qulaq kirindən tıxanmış qulaq kimi qulaq problemləri
- Yaşla əlaqəli eşitmə itkisi
- Səs-küylü mühitlərdə işləməkdən yaranan eşitmə zədələnməsi
- Bəzi dərmanlar və ya kimyəvi maddələr səbəbindən eşitmə zədələnməsi.
Eşitmə itkisinin təsiri
Eşitmə itkisi insanlara bir çox cəhətdən təsir edir.
Eşitmə itkisi olan uşaqlar
Körpələr və uşaqlar dinləmə və danışıq dil bacarıqlarını inkişaf etdirmək üçün nitq səslərini eşitməlidirlər.
Uşaqlarda eşitmə itkisinin olub-olmadığını valideynlər bu hallarda başa düşə bilərlər:
- Səslərə cavab vermir
- Nitq inkişafında gecikmə və ya zəiflik var.
Eşitmə itkisi erkən mərhələdə müəyyən edilməli və müalicə olunmalıdır. Erkən mərhələdə müəyyən edilmədikdə, uşaqlar çətinliklərlə qarşılaşa bilərlər:
- Evdə
- Məktəbdə
- Dostları ilə
- Öyrənmədə
Sual

Süheyla ilə tanış olun
Süheylanın iki yaşı var və anası, atası ilə yaşayır və onların bir iti var.
Süheyla anadangəlmə kardır və hər iki qulağında ciddi eşitmə itkisi var.
İti hürməsinə heç bir reaksiya vermir. Hələ də heç bir sözü demir.

Süheylanın eşitmə itkisi yaşamağında səbəb nə ola bilər?
Birini seçin.
Əgər a-nı seçmisinizsə, doğrudur!
Süheyla anadangəlmə kardır.
Tövsiyə
Kəskin eşitmə məhdudiyyəti olan şəxslər ünsiyyətlərini fərqli yollarla dəstəkləmək məqsədilə digər reabilitasiya xidmətlərindən də faydalana bilərlər. Bura dodaqdan oxuma və jest dilindən istifadə kimi nümunələr daxildir.
Eşitmə qüsurlu uşaqlar məktəbdə öyrənməkdə çətinlik çəkə bilərlər.
Övladının eşitmə məhdudiyyətli olmasəndan xəbərsiz olan valideynlər uşağın məktəbdə yetərincə çalışmadığından və ya diqqət çatışmazlığı olmasından şikayətlənə bilərlər.
Sual

Patriklə tanış olun
Patrikin altı yaşı var və məktəbə gedir. Patrikin dəfələrlə qulaq infeksiyası olub.
O, eşidə bilir, amma sözləri və ya bəzi hissələrini qaçırır. O, çox vaxt müəllimin dərsdə dediklərini başa düşmür. Patrik sinif otağının sonunda oturanda və ya müəllim üzünü çevirdikdə eşitməkdə xüsusilə çətinlik çəkir.
Patrik öyrənməkdə çətinlik çəkir və məktəbdə geri qalır.
1. Patrik kardırmı?
Birini seçin.
Xeyr cavabı doğrudur!
Patrikin eşitməsi zəifdir və söhbətləri izləməkdə çətinlik çəkir.
2. Patrik niyə eşitmə itkisi yaşayır?
Birini seçin.
Əgər b-ni seçmisinizsə, doğrudur!
Patrik dəfələrlə qulaq infeksiyaları keçirib. Qulaq problemləri eşitmə itkisinə səbəb ola bilər.
3. Eşitmə itkisi məktəbdə Patrikə necə təsir edir?
Uyğun gələnlərin hamısını seçin.
Hamısı doğrudur!
Eşitmə itkisi Patrikin öyrənməsinə və dərslərdə iştirakına təsir göstərir.
Sosial təcrid
Eşitmə itkisi olan bir insan söhbətləri izləməkdə çətinlik çəkə bilər və ailə və ya sosial məclislərdən qaçmağa başlaya bilər.
Eşitmə itkisi olan insanlar sosial cəhətdən təcrid oluna bilərlər.
Eşitmə itkisini erkən mərhələdə müəyyən etmək və nəzarətdə saxlamaq üçün müntəzəm eşitmə testləri vacibdir.
Sual

Malikça ilə tanış olun
Malicka 70 yaşındadır və ailəsi ilə birlikdə yaşayır. Eşitmə qabiliyyətini itirib və ailəsinin nə dediyini anlamaqda çətinlik çəkir. Ailədə hər kəs eyni vaxtda danışanda və ya musiqi çalanda eşitmək, xüsusislə, çətinləşir.
Bəzən ailəsi birlikdə "əylənəndə" o öz otağında qalır. Bu, onun özünü tənha hiss etməsinə səbəb ola bilər.
Malika niyə eşitmə itkisi yaşaya bilər?
Birini seçin.
Əgər c-ni seçdinizsə, doğrudur!
Maliçkanın eşitmə qabiliyyəti zəifdir. Bu, çox güman ki, yaşla bağlı eşitmə itkisi ilə əlaqədardır.
Tədricən yaranan eşitmə itkisi
İnsan zamanla eşitmə qabiliyyətini yavaş-yavaş itirə bilər. Buna tədricən yaranan eşitmə itkisi deyilir.
Əgər bir şəxs tədricən eşitmə itkisi yaşayırsa, onun yaxşı eşitmədiyini və ya adi haldan daha yüksək səslə danışdığını qohumları və ya dostları hiss edə bilir.
Sual

Conla tanış olun
Con 34 il səs-küylü bir fabrikdə işlədikdən sonra təqaüdə çıxdı. Evdə tez-tez televizorun səsini qaldırır. Arvadı Meri ondan bir sual soruşanda çox vaxt onu eşitmir.
Con insanların səs-küylü mühitlərdə alçaq səslə danışmalarından şikayətlənir. Bu, onların danışdığını eşitməsini çətinləşdirir.

Con niyə eşitmə itkisi yaşaya bilər?
Birini seçin.
Əgər d seçmisinizsə, doğrudur!
Con uzun müddət səs-küylü bir fabrikdə işləyib. Çox güman ki, Conun eşitmə qabiliyyəti zədələnib.
Xəbərdarlıq
Yüksək səs eşitməyə zərər verə bilər. Bu, eşitmə itkisinə və qulaqlarınızda vızıldama və ya zəng səsinə bənzər küyə səbəb ola bilər. Qulaqlarınızı həmişə yüksək səslərdən qulaq tıxacları və ya digər qulaq qoruyucuları ilə qoruyun.
Məntiqi sual
Kimisə tanıyırsınızmı ki:
- Söhbət əsnasında tez-tez təkrarlanan sözlərə və ya cümlələrə ehtiyac duyur
- Sakit otaqlarda belə söhbəti izləməkdə çətinlik çəkir
- Televizor və ya radioya yüksək səslə qulaq asır
- Söhbət zamanı əlaqəsiz cavablar verir.
Yuxarıda göstərilənlərdən hər hansı birinin cavabı bəlidirsə, bunlar mümkün eşitmə itkisinin əlamətləridir.