Skrininq ilə bağlı sualları tamamladıqdan sonra, siz:
- Pasiyentin digər köməkçi məhsullara ehtiyacının olub-olmadığını yoxlamalısız
- Növbəti addımlar barədə pasiyentlə bir plan hazırlamalısız
Digər köməkçi məhsullar

Bir şəxs digər sahələrdə də yardımdan faydalana bilər.
Təlimat
Soruşun: Hər hansı çətinliyiniz varmı:
- Görmədə
- Hərəkət etməkdə
- Özünə qulluq
- Ünsiyyətdə
- İdrak ilə bağlı (düşünmə/xatırlama).
Pasiyent bu istiqamətlərin hər hansı birində çətinlik çəkdiyini qeyd edərsə, vəziyyəti daha dərindən qiymətləndirmək məqsədilə əlavə suallar ünvanlamaq istədiyinizi bildirin.
Planlaşdırma

Təlimat
Planı skrininq formasının alt hissəsinə qeyd edin.
Skrininq
Pasiyentin digər funksional sahələrdə məhdudiyyətlərinin mövcudluğunu qiymətləndirin və digər köməkçi texnologiya ehtiyaclarının müəyyən edilməsi üçün əlavə skrininqə ehtiyac olub-olmadığını müəyyənləşdirin.
Təlimat
Qiymətləndirmə prosesində sizə köməkçi olması üçün digər TAP giriş modullarındakı skrininq cihazlarından və/və ya suallarından istifadə edin.
Maliçkanı xatırlayırsınız?

Maliçkanın 70 yaşı var. O, ailəsi ilə birlikdə yaşayır.
Qulaq sağlamlığı müayinəsi zamanı Maliçkadan başqa sahələrdə hər hansı bir çətinliyi olub-olmadığını soruşursunuz. O, oxumaqda və tikməkdə çətinlik çəkdiyini izah edir. Artıq tikmək üçün kifayət qədər yaxşı görə bilmir.
Əlavə suallar ünvanladıqdan sonra, görmə qabiliyyətini yaxşılaşdıran köməkçi vasitələrin və ya digər ixtisaslaşdırılmış xidmətlərə yönləndirmənin faydalı olub-olmayacağını qiymətləndirmək məqsədilə pasiyentlə birlikdə görmə skrininqinin aparılması barədə qarşılıqlı razılıq əldə edirsiniz.
Qiymətləndirmə
Əgər pasiyentin hər iki qulağı sağlamdırsa, eşitmə testinə davam etmək üçün onunla birlikdə bir plan qurun.
Sual

Conu xatırlayırsınız?
Conun qulaq müayinəsi vərəqəsində doldurulmuş qulaq sağlamlığı yoxlanışı hissəsinə baxın.

Con üçün eşitmə testi etməyi planlaşdırırsınızmı?
Birini seçin.
Bəli cavabı doğrudur!
Conun qulaqları yoxlanıldıqda, hər iki tərəfdən sağlam görünürdülər. Otoskopla baxıldıqda qulaqları da içəridən sağlam idi. Con üçün eşitmə testi ilə davam edə bilərsiniz.
Yönləndirmək
Pasiyentin skrininq suallarına verdiyi cavablar, yönləndirmənin faydalı olub-olmayacağına qərar verməyinizə kömək edəcək.
Pasiyenti nə vaxt və hara yönləndirməyi bilmək vacibdir.
- Müəyyən pasiyentlərin qulaq patologiyalarının müalicəsi üçün daha genişmiqyaslı tibbi müdaxiləyə və ya sizin struktur bölmənizin səlahiyyətlərini aşan ixtisaslaşdırılmış tibbi yardıma ehtiyacı yarana bilər. Bu cür hallarda pasiyent qulaq və eşitmə mütəxəssisinə yönləndirilməlidir.
- Pasiyent artıq eşitmə aparatı istifadəçidirsə, onun öz mövcud xidmət təminatçısına yönləndirilməsi faydalı olacaqdır. Eşitmə aparatlarına xidmət mərkəzinə yönləndirin.
- Pasiyentin başqa ehtiyacları da ola bilər və bu halda başqa bir xidmət növünə yönləndirmək faydalı ola bilər. Bunu vərəqədə qeyd edin.
Yönləndirmələr həmişə pasiyentlə müzakirə olunmalı və razılaşdırılmalıdır.
Sual
Skrininq suallarına baxın və aşağıdakı şəxslər haqqında oxuyun. Onlardan hansının qulaq və eşitmə mütəxəssisinə yönləndirilməli olduğunu müəyyənləşdirin.
1. Ari 4 yaşındadır və anası ilə birlikdə qulaq sağlamlığı müayinəsindən keçir.
Ari mütəxəssisə yönləndirilməlidirmi?
Birini seçin.
Bəli cavabı doğrudur!
5 yaşdan kiçik bütün uşaqlar müayinə üçün qulaq və eşitmə mütəxəssisinə yönləndirilməlidir
2. Ce atası ilə birlikdə qulaq sağlamlığı müayinəsindən keçən 7 yaşlı məktəbli oğlandır. Son bir ildə qulağından üç dəfə axıntı olub.
Ce mütəxəssisə yönləndirilməlidirmi?
Birini seçin.
Bəli cavabı doğrudur!
Ceyin yaşı 5-dən yuxarıdı. Lakin onun qulağından birində təkrarlanan axıntı müşahidə olunur və o, müalicə olunmalıdır. O, qulaq və eşitmə mütəxəssisinə yönləndirilməlidir.
3. Əhmədin 25 yaşı var və baxıcısı ilə birlikdə qulaq sağlamlığı müayinəsindən keçir. O, danışa və ünsiyyət qura bilmir.
Əhməd mütəxəssisə yönləndirilməlidirmi?
Birini seçin.
Bəli cavabı doğrudur!
Əhməd ünsiyyət qurmaq üçün nitqdən istifadə etmir. Onun daha mürəkkəb ehtiyacları var, buna görə də, qulaq və eşitmə mütəxəssisinə yönləndirilməlidir.
4. Fərəh 65 yaşlı bir nənədir. O, ailə söhbət edən zaman onları eşitməkdə çətinlik çəkdiyini deyir. Qulağından axıntı və ya maye gəldiyini hiss etməyib.
Fərəh mütəxəssisə yönləndirilməlidirmi?
Birini seçin.
Xeyr cavabı doğrudur!
Fərəh tibb işçisi ilə qulaq sağlamlığı skrininqinə davam edə bilər.
Növbəti müayinə üçün görüş
Qulaq sağlamlığı müayinəsini təkrarlayın
- Əgər pasiyent qulaq sağlamlığı problemi ilə bağlı müalicəyə yönləndirilərsə, müalicəsindən sonra təkrar qulaq sağlamlığı skrininqi təyin edin.
- Pasiyentin qulağı sağlamdırsa, eşitmə testini həyata keçirməyə davam edin.
- Əgər müalicədən sonra qulaq sağlam deyilsə, pasiyenti yenidən qulaq və eşitmə mütəxəssisinə yönləndirin.
Sual

Patriki xatırlayırsınız?
Patrikin 6 yaşı var və məktəbdə eşitməsində çətinlik çəkir.
O, atası ilə birlikdə qulaq sağlamlığı müayinəsindən keçməyə gəlib. O, müayinə suallarını cavablandıra bilər. Atası təsdiqləyir ki, onun təkrarlanan qulaq infeksiyaları və axıntısı olur.
Patrikin qulaq sağlamlığı müayinəsinə davam edərdinizmi?
Birini seçin.
Xeyr cavabı doğrudur!
Müayinəni dayandırmalısınız. Patrikə və atasına izah edin ki, o, təkrarlanan qulaq infeksiyaları keçirdiyindən, qulaq və eşitmə mütəxəssisinə yönləndirilməlidir.