Köməkçi məhsullar insanların başqa cür yaxşı icra edə bilməyəcəkləri və ya ümumiyyətlə edə bilməyəcəkləri tapşırıqları icra etmək üçün istifadə etdikləri məhsullardır.
Köməkçi məhsullardan uşaqlar, yetkinlər və ahıllar istifadə edə bilərlər.
Köməkçi məhsullar həmçinin köməkçi cihazlar və ya köməkçi vasitələr də adlandırıla bilər.
Köməkçi məhsullar insanları bir çox sahələrdə dəstəkləyir. Düzgün köməkçi məhsul şəxsə dəstək ola bilər:
- İstədikləri və ya etməli olduqları işlərə qoşulmağa və iştirak etməyə
- Daha sərbəst olmağa və qulluq edən şəxsin dəstəyinə daha az ehtiyacı olmağına
- Daha yaxşı sağlamlıq və rifah əldə etməyə
Köməkçi məhsullarn insanlara gündəlik həyatlarında necə dəstək ola biləcəyini öyrənmək üçün videolara baxın.
Sual
- Videolarda insanların hansı növ köməkçi məhsullardan istifadə etdiyini gördünüz?
- Köməkçi məhsullar onların həyatlarında hansı fərqləri yarada bilər?
Bir çox müxtəlif köməkçi məhsullar mövcuddur. TAP modullarının hər biri vasitəsilə Siz ÜST-ün Prioritet Köməkçi Məhsullar Siyahısına daxil olan köməkçi məhsulların bəziləri haqqında məlumat əldə edə bilərsiniz.
Bura kömək edə biləcək köməkçi məhsullar daxildir:
- İdrak (düşüncə) – məsələn, əşyaları yadda saxlamaq üçün həb/dərman qabları və ağ lövhələr


- Ünsiyyət – məsələn, ünsiyyət lövhələri, kitablar və kartlar

- Eşitmə – məsələn, işıq, səs və titrəyişdən istifadə edən eşitmə aparatları və həyəcan siqnalları


- Hərəkətlilik (hərəkət etmək qabiliyyəti) – məsələn, yeriməyə yardımçı vasitələr, portativ rampalar və tutacaqlar




- Özünə qulluq – tualet və duş kresloları, absorbent bezlər və kateterlər




- Görmə (baxmaq) – məsələn, oxumaq üçün eynəklər, böyüdücülər, audiopleyerlər, səs və (və ya) toxunma vasitəsilə çalışan saatlar, görmə qabiliyyəti zəif və ya tam məhdud olan şəxslər üçün ağ əsa




Çox vaxt eyni köməkçi məhsulun çeşidləri çox (birdən çox növü) olur.
Məsələn:
- Yeriməyə köməkçi vasitələrə qoltuqaltı və dirsəkaltı ağaclar, hərəkət çərçivələri və əsalar daxildir.




- Böyüdücülərə əl böyüdücülər (məsələn, cib lupaları), dayaqlı böyüdücülər/lupalar və eynək böyüdücülər (lupa eynəklər) daxildir.




Müzakirə
Bu mövzuda təqdim olunan köməkçi məhsullardan hər hansı birinin sizə və ya tanıdığınız insanlara necə kömək etdiyinə dair nümunələriniz varmı?
Bəs digər köməkçi məhsullar haqqında nə deyə bilərsiz?
Qrupda olsanız, nümunələri bir-birinizlə paylaşın.
