Eşitmə testi eşitmə itkisini yoxlamaq üçün sağ və sol qulaqların hər ikisini ölçür. Nəticələr eşitmə cihazlarının kömək edib-etməyəcəyinə qərar verməyə kömək edəcək.
Təlimat
Şəxsin eşitmə itkisinin olub-olmadığını öyrənmək üçün qiymətləndirmə formasının eşitmə testi bölməsindən istifadə edin və eşitmə itkisinin dərəcələri qeyd olunan cədvələ baxın.

Tövsiyə
Aşağıdakı məsləhətlər eşitmə qabiliyyəti zəif olan biri ilə danışmağı asanlaşdıracaq:
- Aydın və yavaş danışın. Qışqırmayın.
- Yaxşı işıqlandırılmış yerdə dayanın/oturun və danışarkən üzünüzü həmin şəxsə çevirin ki, onlar sizin üzünüzü görə bilsinlər.
- Do not exaggerate your lip movements. This may make it harder for the person to follow what is being said.
- Eşitmə cihazları ilə belə, insanın eşitməsini çətinləşdirdiyi üçün fon səs-küyünü minimum səviyyədə saxlamağa çalışın.
- Otaqda birdən çox adam varsa, eyni vaxtda yox, tək-tək danışın. Bu, həmin şəxsin söhbətlərə qoşulmasını asanlaşdırır.
Sual

Maliçkanı xatırlayırsınız?
Maliçkanın 70 yaşı var və eşitmə qabiliyyəti zəifdir.
Eşitmə testi zamanı o, tibb işçisindən dediklərini təkrarlamasını daim xahiş edir.
Səhiyyə işçisi Maliçkanın vəziyyətini asanlaşdırmaq üçün nə edə bilər?
İki variant seçin.
Əgər c və d-ni seçdinizsə, doğrudur!
Maliçkaya yaxşı işıqda baxmaq, aydın və yavaş danışmaq onun nə dediyinizi daha asan başa düşməsinə kömək edəcək.
Eşitmə testindən əvvəl həmişə qulaqları yoxlamaq üçün qulaq sağlamlığı skrininqini həyata keçirin.
Əgər pasiyentin qulaq sağlamlığı problemi varsa, bu testin nəticəsinin yanlış çıxmasına səbəb ola bilər.
Qulaq sağlamlığı problemini əvvəlcə müalicə etmək daha dəqiq eşitmə testi nəticəsi verəcəkdir.
Eşitmə testinin aparılması
Pasiyentlə eşitmə testi apararkən:
- Eşitmə testinin nə olduğunu izah edin
- Testin cavabını təcrübədən keçirin
- Eşitmə testini həyata keçirin
- Orta eşitmə həddini hesablayın
- Hər qulaq üçün nəticəni qeyd edin

1. Testi izah edin
İzah edin ki, eşitmə qabiliyyətini pasiyentin eşidə biləcəyi ən alçaq səsi (eşitmə həddini) ölçməklə yoxlayacaqsınız.
2. Testin cavabını təcrübədən keçirin
İzah edin:
- Səsi eşidən kimi cavab düyməsini basın və ya əlinizi qaldırın
- Səsi eşitmədiyiniz anda düyməni buraxın və ya əlinizi aşağı salın

Əvvəlcə pasiyentlə 1000 Hz və 40 dB tezliyində məşq edin:
- Səs eşidəndə əlini qaldırmasını və səs kəsildikdə əlini aşağı salmasını xahiş edin
- Hər qulaqda iki dəfə təkrarlayın
- Əgər pasiyent sınaq səsini eşidə bilmirsə, səsi 10 dB artırın və təkrarlayın.
Təlimat
Əgər pasiyent təcrübədən keçməzsə, eşitmə testinə davam etməyin. Qulaq və eşitmə mütəxəssisinə yönləndirin.
Testə başlamazdan əvvəl, pasiyentdən bir qulağının daha yaxşı eşidib-eşitmədiyini soruşun.
- Daha yaxşı eşidən qulaqdan başlayın
- Əgər bir qulaqda daha yaxşı eşitmə yoxdursa, sağ qulaqdan başlayın.
Sual

Conu xatırlayırsınız?
Conun eşitmə qabiliyyəti zəifdir. O, qulaq sağlamlığı müayinəsi və eşitmə testi üçün yerli səhiyyə xidmətinə baş çəkir.
Səhiyyə işçisi Condan hansı qulağının daha yaxşı eşitdiyini soruşur? Con əmin deyil.
Səhiyyə işçisi əvvəlcə hansı qulağı yoxlamalıdır?
Birini seçin.
Əgər b-ni seçmisinizsə, doğrudur!
Con hansı qulağının daha yaxşı eşitdiyindən əmin deyil. Sağ qulağından başlayın.
a, c və d səhvdir.
Müayinəyə daha yaxşı eşidən qulaqdan başlamaq (əgər məlumdursa), pasiyentin test prosesinə qarşı özünəinamını artıra bilər, çünki test səsini eçitmək onun üçün daha asan olacaqdır.
3. Eşitmə testini həyata keçirin
- Pasiyentdən səsboğucu qulaqlıqları taxmasını xahiş edin. Onların düzgün vəziyyətdə olduğundan əmin olun.
- Testi pasiyentin daha yaxşı eşidən qulağında başlayın. Əgər daha yaxşı eşidən qulağı məlum deyilsə, sağ qulağından başlayın.
- Tezlik yığımını 1000 Hz, intensivliyi isə 40 dB olaraq təyin edin
Tövsiyə
Daha dəqiq test üçün:
- Elə yerdə əyləşin ki, pasiyent sizin səsi verdiyinizi görə bilməsin
- Səsləri vermə ritmini mütəmadi olaraq dəyişin. Bu, pasiyentin növbəti səsin nə vaxt veriləcəyini əvvəlcədən təxmin etməsinin qarşısını almaq məqsədi daşıyır.

1000 Hz tezliyindəki daha yüksək səsləri eşitmək adətən daha asandır və bu, eşitmə testinin başlanğıcında pasiyentə özünəinam verir.
- Düyməni 2-3 saniyə basın və pasiyentin əlini qaldırıb-qaldırmadığına diqqət yetirin:
- Əgər əlini qaldırırsa, intensivlik səviyyəsini 10 dB azaldın
- Əgər reaksiya vermirsə, intensivlik səviyyəsini 5 dB artırın
- Pasiyentin eşidə biləcəyi ən alçaq səsi təyin edənə qədər davam edin:
- Eşitmə həddini təsdiqləmək üçün səsi üç dəfə təkrarlayın
- Pasiyent yoxlanılan tezlikdə ən azı üç dəfədən ikisində düzgün cavab verərsə, eşitmə həddini protokola qeyd edin.
- 2000 Hz, 4000 Hz və 500 Hz tezliklərində sınaq üçün təkrarlayın
- Eyni formada prosesi sol qulaqda təkrarlayın
Təlimat
Smartfonda audiometr proqramından istifadə edərək eşitmə testinin aparılmasını göstərən bu videonu izləyin.
Sual
1. Eşitmə testi üçün uyğun fon səsi səviyyəsi nədir?
Birini seçin.
40 dB-dən az səs düzgündür!
Səs səviyyəsi 40 dB-dən az olmalıdır. Səs səviyyəsi 40 dB-dən yuxarıdırsa, eşitmə testinin mühitini və ya yerini dəyişdirin.
2. Əgər eşitmə testi zamanı pasiyent səsə reaksiya vermirsə, bundan sonra nə etməlisiniz?
Cavabları yoxlamaq üçün seçin və klikləyin.
Yanlış.
Pasiyent səs siqnalını yenə də eşidə bilməyəcəyi üçün siz intensivlik dərəcəsini azaltmamalısız.
Doğrudur!
Səs səviyyəsini 5 dB artırın və pasiyentin reaksiya verib-vermədiyini yoxlayın. Əgər cavab verərsə, eşitmə həddini müəyyən etdiyinizi təsdiqləmək üçün səsi üç dəfə təkrarlayın.
Yanlış.
Pasiyentin eşitmə həddini tapana qədər testi dayandırmayın.
Tövsiyə
Test səsini verərkən düyməni çox tez buraxmayın. Pasiyentin səsi eşitməsi üçün 2-3 saniyə vaxt vermək lazımdır.
Məşğələ
Qruplarla işləyərkən növbə ilə sınaqdan keçirən və sınaqdan keçirilən şəxs olun.
Hazırlaşın:
- Münasib bir məkan müəyyənləşdirin və səs səviyyəsi ölçən cihazdan və ya yüklənmiş proqramdan istifadə edərək səs səviyyəsinin uyğun olub-olmadığını yoxlayın. hearWHO app:
- Səs səviyyəsi ölçən cihaza daxil olmaq üçün "eşitmənizi yoxlayın" düyməsini basın
- Səsi ölçməyə icazə verin
- Testi elə qurun ki, test edilən şəxs sizi görə bilməsin.
Test:
- Testi izah edin
- Testi 1000, 2000, 4000 və 500 Hz tezliklərdə pasiyentin daha yaxşı eşidən qulağında və ya sağ qulağında aparın.
- Eşitmə həddinə çatdıqda, üç dəfə təkrarlayın
- Pasiyentin üç dəfədən ikisində düzgün cavab verdiyini təsdiqləyin
- Pasiyentin eşidə biləcəyi ən alçaq səsi qeydə alın
- Digər qulaqda təkrarlayın
Doğruluq testi
Eşitmə testinin nəticələrinə nə dərəcədə əmin olduğunuza diqqət yetirin.
Əgər pasiyent aşağıdakıları edərsə, testin doğruluğuna güvənə bilərsiniz:
- Təqdim olunan səslərə ardıcıl olaraq cavab verirsə
- Hər bir tezlik üçün eşitmə həddi müəyyən edilirsə
Əgər pasiyent aşağıdakıları edərsə, testin doğruluğuna inamınız az ola bilər və ya heç olmaya bilər:
- Təqdim olunan səslərə təsadüfi cavab verirsə
- Səs təqdim olunmasa belə cavab verirsə
- Yalnız test cihazının hərəkət etdiyini gördükdə cavab verirsə
Əgər:
- Testin doğruluğuna inanırsızsa, testin icrasına davam edin.
- Testə tam güvənmirsinizsə, mentorunuzla məsləhətləşin. Lazım gələrsə, pasiyenti qulaq və eşitmə mütəxəssisinə yönləndirin.
Xəbərdarlıq
Eşitmə cihazlarının düzgün proqramlaşdırılması üçün dəqiq test nəticələri vacibdir.
4. Orta eşitmə həddini hesablayın
- 500 Hz, 1000 Hz, 2000 Hz və 4000 Hz tezlikləri toplayaraq və sonra dördə bölməklə orta dB-ni tapın.
- Sağ və sol qulağın orta hədlərini müqayisə edin:
- İki qulaq arasındakı fərq 15 dB-dən azdırsa, davam edin
- 15 dB və ya daha çox fərq varsa, qulaq və eşitmə mütəxəssisinə yönləndirin.
15 dB və ya daha çox fərq
Sağ və sol qulağın orta eşitmə həddi arasında 15 dB və ya daha yüksək fərq olan şəxslər birtərəfli və ya asimmetrik eşitmə itkisi qrupuna aid edilir. Bu cür hallarda daha kompleks yanaşma tələb olunur. Pasiyenti ixtisaslaşmış qulaq və eşitmə mütəxəssisinə yönləndirin.

Bir qulaq normal eşitmə diapazonunda, digər qulaqda isə yüngül və dərin eşitmə itkisi var.

Sağ və sol qulaq arasında 15 dB-dən çox fərqlə müxtəlif dərəcəli eşitmə itkisi.
Sual

Conu xatırlayırsınız?
Con təqaüdə çıxıb və həyat yoldaşı Meri ilə yaşayır.
Con qulaq sağlamlığı müayinəsi və eşitmə testi üçün yerli səhiyyə xidmətinə getdi. Test zamanı o, inamla cavab verdi.
Hər tezlik üçün onun eşitmə hədlərinə baxın:

1. Conun sağ qulağı üçün düzgün orta eşitmə həddi nə qədərdir?
Birini seçin.
65 dB doğrudur!
Bu, bütün ədədlərin toplanması və dördə bölünməsinin ortalamasıdır.
2. Conun sol qulağı üçün düzgün orta eşitmə həddi nə qədərdir?
Birini seçin.
70 dB doğrudur!
Bu, bütün ədədlərin toplanması və dördə bölünməsinin ortalamasıdır.
3. Conun sağ və sol qulaqları arasında 15 dB-dən az fərq varmı?
Birini seçin.
Bəli cavabı doğrudur!
Fərq 15 dB-dən azdır. Səhiyyə işçisi davam edə bilər.
Aşağıdakı və ya qiymətləndirmə formasındakı "Eşitmə itkisinin dərəcəsi" cədvəlinə nəzər yetirin.
| Dərəcə | Orta hesab |
| Normal diapazonda | Orta hesabla 20 dB-dən az |
| Yüngül eşitmə itkisi | Orta hesabla 20-34 dB |
| Orta dərəcədə eşitmə itkisi | Orta hesabla 35-49 dB |
| Ağır-mülayim eşitmə itkisi | Orta hesabla 50-64 dB |
| Ağır eşitmə itkisi | Orta hesabla 65-79 dB |
| Dərin eşitmə itkisi | Orta hesabla 80 dB-dən çox |
4. Conun sağ qulağının eşitmə itkisinin dərəcəsi nədir?
Birini seçin.
Ağır eşitmə itkisi cavabı doğrudur!
65 dB ağır eşitmə itkisi diapazonu hesab olunur.
5. Conun sol qulağının eşitmə itkisinin dərəcəsi nədir?
Birini seçin.
Ağır eşitmə itkisi cavabı doğrudur!
70 dB ağır eşitmə itkisi diapazonu hesab olunur.
5. Hər qulaq üçün nəticəni qeyd edin
- Orta eşitmə dərəcələrini formanın eşitmə testi bölməsinə yazın
- Testin doğruluq dərəcəsini qeyd edin
- Sağ və sol qulaq üçün eşitmə dərəcəsini qeyd edin
Eşitmə itkisi dərəcəsi cədvəlində tapılan eşitmə itkisi səviyyəsi üçün tövsiyə olunan addımı həyata keçirin.
Conu xatırlayırsınız?

Səhiyyə işçisi eşitmə itkisinin dərəcəsi cədvəlinə istinad edir.
Con hər iki qulağında ağır eşitmə itkisi olan yetkin bir şəxsdir. Onun eşitmə cihazı ilə təmin edilməsinə davam edilə bilər.
Sual

Maliçkanı xatırlayırsınız?
Maliçkanın eşitmə testinin nəticələrinə baxın.

Maliçkanın sağ və sol qulağı üçün orta eşitmə itkisini hesablayın.
1. Maliçkanın sağ və sol qulağı arasındakı fərq 15 dB-dən azdırmı?
Birini seçin.
Bəli cavabı doğrudur!

Səhiyyə işçisi davam edə bilər.
Eşitmə itkisi dərəcəsi cədvəlinə baxın.
| Dərəcə | Orta hesab |
| Normal diapazonda | Orta hesabla 20 dB-dən az |
| Yüngül eşitmə itkisi | Orta hesabla 20-34 dB |
| Orta dərəcədə eşitmə itkisi | Orta hesabla 35-49 dB |
| Ağır-mülayim eşitmə itkisi | Orta hesabla 50-64 dB |
| Ağır eşitmə itkisi | Orta hesabla 65-79 dB |
| Dərin eşitmə itkisi | Orta hesabla 80 dB-dən çox |
2. Maliçkanın sağ qulağında eşitmə itkisinin dərəcəsi nədir?
Birini seçin.
Ağır-mülayim eşitmə itkisi doğrudur!
Maliçkanın sağ qulağında eşitmə həddi orta hesabla 50.00 dB-dir. Ağır-mülayim eşitmə itkisi orta hesabla 50-64 dB arasındadır.
3. Maliçkanın sol qulağında eşitmə itkisinin dərəcəsi nədir?
Birini seçin.
Ağır-mülayim eşitmə itkisi doğrudur!
Maliçkanın sol qulağında eşitmə həddi orta hesabla 51,25 dB-dir. Ağır-mülayim eşitmə itkisi 50-64 dB arasındadır.
Test nəticələrini izah edin
Eşitmə testini tamamladıqdan və eşitmə itkisinin dərəcəsini müəyyən etdikdən sonra nəticələrini pasiyentə izah edin və eşitmə cihazlarından faydalana biləcəyini qeyd edin.
Maliçkanı xatırlayırsınız?

Maliçkanın eşitmə testindən sonra tibb işçisi onun ağır-mülayim eşitmə itkisi olduğunu izah edir. Bu isə Maliçkanın hətta sakit mühitlərdə belə sözləri anlamaqda çətinlik çəkə biləcəyi deməkdir.
Eşitmə cihazlarından istifadə, xüsusən də sosial fəaliyyətlərdə ailəsi ilə ünsiyyət qurmağı asanlaşdıra bilər.
Maliçka eşitmə cihazlarının kömək edib-etməyəcəyini yoxlamaq üçün müayinədən keçmək istədiyini təsdiqləyir.