Təlimat
Bu mövzuda uşaqlar üçün eşitmə cihazı ilə bağlı təkrar müayinəni necə tamamlayacağınızı öyrənəcəksiniz.
Uşaqlar üçün TAP Eşitmə cihazlarının əlavə formasını yükləyin və surətini çap edin.
Təkrar müayinə nə vaxt edilməli?
Uşağın proqramlaşdırıla bilən eşitmə cihazlarına uyğunlaşması və maksimum fayda əldə etməsi üçün iki həftə və iki aylıq dövrdə erkən müşahidə tövsiyə olunur. Uşaqlar hər il yenidən qiymətləndirilməlidir.
Təkrar baxış üçün yer
Təkrar baxış həyata keçirilə bilər:
- Uzaqdan telefon və ya video zəng vasitəsilə
- Üzbəüz formada
Üzbəüz formada
Ümumiyyətlə, uzaqdan və ya üzbəüz müayinə qərarı uşağın vəziyyəti üçün ən uyğun olana əsasən verilir. Lakin bəzi müayinə görüşləri əyani şəkildə keçirilməlidir.
Uşaq üçün bu aşağıdakıları əhatə edir:
- İlk təkrar baxış qəbulu
- İllik yenidən qiymətləndirmə qəbulları
Təkrar baxış nə üçün lazımdır?
Eşitmə cihazlarına dair təkrar baxış aşağıdakıları müəyyən etməyə kömək edəcək:
- Eşitmə cihazları uşağın ehtiyaclarını ödəyirmi
- Eşitmə cihazlarının təmirə və ya dəyişdirilməyə ehtiyacı varmı
- Eşitmə cihazları qulaqda hələ də yaxşı otururmu
- Uşağın təhlükəsiz və düzgün istifadə üçün hər hansı bir problemin həllinə ehtiyacı varmı
Uşaqlar üçün təkrar baxış
Bu modulda uşaqlar üçün təkrar müayinə 5-17 yaş arası uşaqları əhatə edir.
Beş yaşdan kiçik uşaqların təkrar müayinəsi qulaq və eşitmə mütəxəssisi tərəfindən həyata keçirilməlidir.
Uşaq haqqında məlumat
Təlimat
İşə uşaq haqqında ümumi məlumat toplamaqla başlayın və onun valideyni üçün əlaqə məlumatlarını qeyd edin.
Təkrar qəbul müsahibəsi

Eyni təkrar baxış forması bu müddətlərdəki qəbullar üçün istifadə olunur:
- İki həftə
- İki ay
- Altı ay
- Bir il
Təlimat
Növbəti görüşə uyğun gələn sütundakı hissəni işarələyin.
Uşaqlar böyüdükcə ehtiyacları böyüklərdən daha tez dəyişə bilər. Hər il yenidən qiymətləndirmə aparmaq tövsiyə olunur.
Uşağın öyrənmə və sosial fəaliyyətlərini dəstəkləmək üçün eşitmə cihazlarından tam faydalandığını yoxlamaq vacibdir.
Eşitmə cihazlarından faydalanmaq
Uşağın eşitmə cihazından tam şəkildə faydalandığını yoxlamaq üçün 3 əsas mərhələ mövcuddur:
- Eşitmə cihazının rahatlığı
- Eşitmə cihazından istifadə
- Eşitmənin yoxlanması
1. Eşitmə cihazının rahatlığı
Uşağı və valideyni prosesə cəlb edin.
Uşağın eşitmə cihazlarından istifadə rahatlığından və təcrübəsindən məmnun olub-olmadığını öyrənmək üçün suallar verin.
Təlimat
Soruşun:
- Eşitmə cihazlarınız rahatdırmı?
- Eşitmə cihazları ilə təcrübəniz necə gedir?
- Əgər uşaq eşitmə cihazlarının rahat olduğunu təsdiqləyirsə və təcrübədən məmnundursa, davam edin.
- Əgər uşaq "xeyr" cavabını verirsə və ya hər hansı bir problem yaşayırsa, cavabı qeyd edin.
2. Eşitmə cihazından istifadə
Təlimat
Sual verin: Son iki həftə ərzində eşitmə cihazlarınızdan nə qədər istifadə etmisiz? Normal bir gündə eşitmə cihazlarınızdan neçə saat istifadə edirsiniz?
- Əgər uşaq adətən eşitmə cihazlarından gündə dörd saatdan az istifadə edirsə, deməli, eşitmə cihazlarından kifayət qədər faydalanmır. Niyə olduğunu soruşun və cavabı qeydlərə yazın.
- Əgər uşaq eşitmə cihazlarından dörd saat və ya daha çox müddətdə istifadə edirsə, davam edin.
3. Eşitmənin yoxlanması
İlk təkrar görüş üzbəüz olmalıdır.
Uşağın eşitmə cihazlarının nə dərəcədə yaxşı işlədiyini yoxlamaq üçün evdə istifadə edə bilməsi üçün valideynə Ling səsləri testini öyrətmək vacibdir.
Uşağı ilə birlikdə testi yoxlamazdan əvvəl onlara səsləri göstərin və birlikdə məşq edin.
Təlimat
Valideynə hər gün eşitmə cihazını uşağa taxdıqdan sonra gündəlik dinləmə yoxlaması aparmağı tövsiyə edin.

Uşağın faydalanması üçün 5-6 Linq səsi eşitməlidir. Uşağın eşitdiyi hər Linq səsini işarələyin.
Qeydlərdə işarələnmiş Ling səslərinin sayını qeyd edin.
Təkrar baxış planı

Formanın bu hissəsindən sizə, uşağa və onun valideyninə növbəti addımlar barədə qərar verməyə kömək etmək üçün istifadə edin.
Növbəti planı formalaşdırmaq üçün pasiyentlə görüşdəki cavablardan istifadə edin.
Uşağın eşitmə və ya eşitmə cihazları ilə bağlı hər hansı bir çətinlik yaşadığı təqdirdə, valideynə dərhal və istənilən vaxt xidmət mərkəzinə təkrar müraciət etməyi tövsiyə edin.
İki həftə və iki ay ərzində təkrar müayinə
Uşağın və ya valideynin hər hansı bir problemlə qarşılaşıb-qarşılaşmadıqlarını müəyyən etmək üçün ilk öncə suallara verilən cavabları nəzərdən keçirin.
Uşaq eşitmə cihazlarından tam şəkildə faydalanır, əgər:
- Eşitmə cihazlarının rahatlığından və təcrübəsindən məmnundursa
- Eşitmə cihazlarından gündə dörd saatdan çox istifadə edirsə
- 5-6 Ling səsini eşidə bilirsə
Təlimat
- Əgər hər birində müsbətdirsə, uşaq cihazdan tam faydalanır . Növbəti dəfə görüş təyin edin.
- Əgər hansısa birində mənfi cavab alırsızsa, uşaq tam faydalanmır . Qeydləri yoxlayın və problem həllini həyata keçirin. Əgər bu kömək etmirsə, qulaq sağlamlığını və məhsul yoxlamasını həyata keçirmək üçün əyani şəkildə müayinə həyata keçirin.
- Əgər həll mümkün deyilsə, mentorla müzakirə edin və lazım gələrsə qulaq və eşitmə mütəxəssisinə yönləndirin.
Bəşiri xatırlayırsınızmı?

Bəşir proqramlaşdırıla bilən eşitmə cihazları ilə təmin olunmuş bir məktəblidir.
Bəşir atası ilə iki həftəlik təkrar görüşdə iştirak edir. Bəşir gündə iki saat eşitmə cihazından istifadə edir.
Səhiyyə işçisi səbəbini öyrənmək üçün suallar verir. Bəşir eşitmə cihazı taxmağa öyrəşmədiyini və dostları ilə oynayarkən onları çıxardığını bildirir.
Səhiyyə işçisi eşitmə cihazlarını taxsa, dostları ilə oynamağın daha asan olacağını izah edir və onu hər gün daha çox cihazdan istifadəyə təşviq edir.
Adaptasiya prosesinin necə getdiyini öyrənmək üçün iki həftə sonra üçün növbəti müayinə zəngini planlaşdırırlar.
Altı aylıq müddətdə təkrar baxış – yalnız eşitmə cihazları
Uşaqlar eşitmə aparatlarının daha tez köhnəlməsinə və ya zədələnməsinə səbəb ola bilərlər. Bu baxımdan, onların eşitmə cihazlarının mütəmadi olaraq yoxlanılması tövsiyə olunur.
Valideyndən eşitmə cihazlarını altı aydan sonra yoxlama üçün xidmətə gətirməsini xahiş edin.
Daşınma zamanı eşitmə aparatlarını qorumaq üçün onları xüsusi qutusunda gətirməyi onlara xatırladın.
Məhsul yoxlanması
Dinləmə borusu istifadə edərək hər bir eşitmə cihazının işlədiyini təsdiqləyin. Siz aşağıdakıları etməlisiniz:
- Hər bir eşitmə cihazını təmizləyin və yoxlayın
- Köhnəlmiş və ya zədələnmiş hissələri dəyişdirin. Ehtiyac varsa, problemlərin həlli cədvəlinə baxın. Bu kömək etməsə, mentorunuzla məsləhətləşin. Zərurət yarandıqda isə eşitmə cihazını istehsalçıya göndərin.
- Bir il sonra üçün təkrar müayinə planlaşdırın

Bir il sonra üçün təkrar müayinə
Bu görüş yenidən qiymətləndirmədir. Bu, əyani şəkildə olmalıdır.
Sizə skrininq forması, uşağın ilkin qiymətləndirmə forması və təkrar baxış forması lazım olacaq.
Hər bir eşitmə cihazının təmiz və işlək olduğunu yoxlamaq da vacibdir.
Təlimat
Yenidən həyata keçirin:
- Qulaq sağlamlığı skrininqi
- Eşitmə testi
Eşitmə testinin nəticələri dəyişibsə, eşitmə cihazının parametrlərini tənzimləyin.
Təlimat
Qulaq sağlamlığı yoxlamaları haqqında daha çox məlumat üçün TAP Eşitmə köməkçi məhsulları moduluna baxın.
Bir illik təkrar baxış planı
Uşağın eşitmə cihazlarından necə faydalandığını yoxlamaq üçün aşağıdakılar da daxil olmaqla suallar verin:
- Eşitmə cihazının rahatlığı
- Eşitmə cihazından istifadə
- Eşitmənin yoxlanması
Təlimat
- Əgər hər birinə müsbət cavab alırsızsa, uşaq cihazdan tam faydalanır. Bir ildən sonra yenidən qiymətləndirin (qulaq sağlamlığı müayinəsini və eşitmə testini təkrarlayın).
- Əgər hansısa birinə mənfi cavab alırsızsa, uşaq tam faydalanmır. Qeydləri və problem həlli cədvəlini yoxlayın.
- Əgər həll mümkün deyilsə, mentorla müzakirə edin və lazım gələrsə qulaq və eşitmə mütəxəssisinə yönləndirin.
Sual
Uşağın eşitmə testinin nəticələri əhəmiyyətli dərəcədə dəyişibsə, nə etməlisiniz? Məsələn, eşitmə itkisinin birdən çox dərəcəsi?
Birini seçin.
Mentorunuzla müzakirə etmək düzgündür!
Əgər uşağın bir və ya hər iki qulağında eşitmədə əhəmiyyətli bir dəyişiklik varsa, həmişə mentorunuzla müzakirə edin və zəruri hallarda qulaq və eşitmə mütəxəssisinə yönləndirin.
Məhsul yoxlanması
Stetoskopun köməyi ilə eşitmə cihazının funksional yoxlanılmasını icra edin.
Hər bir eşitmə cihazını təmizləyin və yoxlayın. Köhnəlmiş və ya zədələnmiş hissələri dəyişdirin.
Əgər uşaq və ya valideyn eşitmə cihazlarının işləməsi ilə bağlı hər hansı bir problemin olduğunu qeyd edirsə, problem həlli cədvəlinə baxın.
Sual
Məhsul yoxlamasını tamamlamaq üçün nə lazımdır?
Cavabları yoxlamaq üçün seçin və klikləyin.
Doğrudur!
Eşitmə cihazının bütün hissələrini yoxlamaq və təmizləmək vacibdir.
Doğrudur!
Qulaq qarmağı, qulaq qəlibi, qulaq qəlibi boruları və batareyalar kimi ehtiyat hissələri adətən dəyişdirilməlidir.
Yanlış.
Bu, uşağın eşitmə cihazları ilə nə dərəcədə yaxşı eşitdiyini yoxlayarkən istifadə olunur.
Bəşiri xatırlayırsınızmı?

Bəşir proqramlaşdırıla bilən eşitmə cihazları ilə təmin olunmuş bir məktəblidir.
O, bir illik yenidən qiymətləndirmə üçün valideynləri ilə birlikdə xidmətə qayıdıb. Məktəbdə öyrənməyin daha asan olduğunu hiss edir. Bəşir və valideynləri eşitmə cihazlarından məmnundurlar.
Səhiyyə işçisi qulaq sağlamlığı müayinəsi aparır. Bəşirin qulaqları sağlamdır.
Səhiyyə işçisi eşitmə testini təkrarlayır. Testin nəticəsində bir qədər dəyişiklər var. Eşitmə cihazının parametrlərində düzəlişlər edilir. Onun eşitmə cihazları yaxşı işləyir.
Səhiyyə işçisi Bəşirin valideynlərindən bir il ərzində yenidən müayinə üçün Bəşir ilə birlikdə qayıtmalarını və ya eşitmə və ya eşitmə cihazları ilə bağlı hər hansı bir çətinlik yaşayarsa, daha tez qayıtmalarını xahiş edir.
Baxım, təmir və problemlərin həlli
Baxım, təmir və problemlərin həlli təkrar müayinənin vacib hissəsidir.
Uşağın eşitməsi və ya cihazla bağlı hər hansı bir çətinlik yaranarsa, valideyndən istənilən vaxt xidmət mərkəzinə təkrar müraciət etməsini xahiş edin.
Təlimat
Texniki xidmət, təmir və problemlərin həlli haqqında daha çox məlumat üçün TAP Əvvəlcədən Proqramlaşdırılmış Eşitmə Cihazları moduluna baxın.