Skip to main content
Eşitmə

Eşitmə cihazının proqramlaşdırması

Dərs: 3 of 6
Mövzu: 1 of 2
0% Tamamlandı

Eşitmə cihazının düzgün işlədiyini yoxlayın

Eşitmə cihazını proqramlaşdırmadan əvvəl, eşitmə cihazını yoxlayın:

  • Hər hansı zədə olub-olmadığını
  • Düzgün işləyib-işləmədiyini

Təlimat

Eşitmə cihazının işlədiyini yoxlamaq üçün addımlar əvvəlcədən proqramlaşdırılmış və proqramlaşdırıla bilən eşitmə cihazlarında eynidir.

Qulaqlarınıza zərər verməmək üçün eşitmə cihazının səsini azaldaraq başlamağı və tədricən rahat bir səviyyəyə qədər artırmağı unutmayın.

Sual

Eşitmə aparatının funksionallığının yoxlanılması mərhələlərini 1-dən 4-ə qədər nömrələməklə ardıcıllıqla düzün.

Düzgün sıralama:

  1. Eşitmə cihazının batareyasını taxın və eşitmə cihazını yandırın
  2. Stetoklipi eşitmə cihazının qulaq qarmağına bərkidin və borunun qulaqlıq hissəsini öz qulaq keçidinizə yerləşdirin.
  3. Eşitmə aparatı ağzınızdan 30 santimetr məsafədə olmaqla, altı Linq səsini normal danışıq tonunda icra edin
  4. Ling səslərini tələffüz edərkən kiçik düzəlişlər edərək səs düyməsinin işlədiyini yoxlayın

Proqramlaşdırıla bilən eşitmə cihazlarının proqramlaşdırılması

Proqramlaşdırıla bilən eşitmə cihazı, eşitmə cihazı proqramı və ya tətbiqi ilə yüklənmiş telefon, planşet və ya kompüterə qoşulmaqla proqramlaşdırıla bilər.

Eşitmə cihazı proqramı fərdin eşitmə testinin nəticələrinə uyğun gəlməsi üçün ayrı-ayrı səslərin ucalığını tənzimləyəcəkdir.

Tövsiyə

Eşitmə cihazı kompüterə qoşulmayıbsa, onun açıq olduğundan əmin olun!

Başlamazdan əvvəl:

  • Eşitmə cihazı tətbiqinin artıq cihazınızda yükləndiyindən əmin olun
  • Eşitmə cihazının qoşulduğundan əmin olun. Bağlantı səs və ya ekranda göstərilən bildirişlə işarələnə bilər.

Proqramlaşdırmağa başlamaq üçün:

  1. Tətbiqdə bir qeyd yaradın.
  2. Audioqram seçin.
  3. Eşitmə testinin (audioqram) nəticəsini daxil edin.
  4. "Cihazı aşkar et" funksiyasını seçin (eşitmə cihazının seriya nömrəsinin ekranda əks olunub-olunmadığını yoxlayın).
  5. Uyğunlaşdırma simvolunu tapın. "İlk dəfə istifadə edən" seçimini edin.
  6. İstifadə edəcəyiniz standart qulaq qəlibinin növünü seçin.
  7. Preskriptiv formulanı seçin. Formulanın təyin edilməsi ilkin olaraq standart rejimdə təyin edilir və bu rejimdə saxlanılması tövsiyə olunur. "İlkin kökləmə" (first fit) funksiyasını aktivləşdirin.
  8. Proqramlaşdırma başa çatdıqdan sonra tətbiqi yadda saxlayın və bağlayın. Yalnız bu addım başa çatdıqdan sonra eşitmə cihazını ayırın.
Computer programmable software screenshot with “New client” highlighted to input surname, first name, date of birth.
Yeni bir qeyd yaradın
Computer programmable software screenshot with symbol of audiogram highlighted.
Audioqram seçin
Computer programmable software screenshot with audiogram screen and hearing test thresholds. Right ear (marked by red circles) and left ear (marked by blue crosses).
Eşitmə testinin nəticəsini daxil edin
Computer programmable software screenshot with symbol of a hearing aid highlighted.
"Cihazı aşkar et" funksiyasını seçin
Computer programmable software screenshot with serial number for connected hearing aid highlighted on screen. “New fitting and select performance level and “OK” selected.
Seriya nömrəsi aşkarlandı
Computer programmable software screenshot with type of earmould.
Qulaq qəlibinin növünü seçin
Computer programmable software screenshot with fitting formula and prescriptive formula automatically selected from drop down menu.
Preskriptiv formulanı seçin
Computer programmable software screenshot with save symbol highlighted.
Qeydi yadda saxla

Tövsiyə

Bəzi proqram təminatları eşitmə itkisinə əsasən hansı qulaq qəlibi növünün ən yaxşı olduğunu təklif edəcəkdir. Yerli şəraitdə təminatı mümkün olan qulaq qəlibi növünü seçin.

Preskriptiv formulanın seçilməsi təqdim olunan məlumatlar əsasında fərd üçün ən uyğun olan eşitmə aparatı parametrlərini avtomatik olaraq hesablayacaqdır.

Təlimat

Bu məşğələni mentorunuzun dəstəyi ilə tamamlayın.

Məşğələ

  • Xidmətinizdə mövcud olan proqramlaşdırıla bilən eşitmə cihazını seçin
  • Aşağıda Bəşirin nəticələrindən istifadə edin:
500 Hz1000 Hz2000 Hz4000 HzOrta hesabEşitmə itkisi
Sağ5045606053.75Ağır-mülayim
Sol6050506556.25Ağır-mülayim
  • Müəssisənizdə tətbiq olunan proqram təminatını aktivləşdirərək eşitmə cihazı ilə sinxronizasiya edin və ya proqramı demo (nümayiş) rejimində icra edin.
  • Bəşir üçün eşitmə cihazlarını proqramlaşdırmaq üçün ekrandakı təlimatları izləyin.