Əsas məzmuna keçin
Mobillik

Çıxarıla bilən sərt çəkmələrdən kim istifadə edir?

Dərs: 1 of 5
Mövzu: 2 of 3
0% Tamamlandı

Çıxarıla bilən sərt çəkmələr ayağın üzərinə və qılçanın aşağısına və dizdən aşağı hissəyə uyğunlaşdırılır.

Çıxarıla bilən sərt çəkmələr ayağı və ya ayaq biləyi xəsarət almış şəxslər tərəfindən istifadə olunur. Onlar ayağı və ya ayaq biləyinin hərəkətini azaltmaqla xəsarətlərin sağaldılmasına kömək edirlər.

Bəzi insanların xəsarət aldıqları nahiyələr sağaldığı halda belə, çıxarıla bilən sərt çəkmənin köməyi ilə yeriməyə davam edə bilərlər.

Çıxarıla bilən sərt çəkmələri həmçinin Nəzarət olunan Ayaq Biləyi Hərəkəti (CAM) üçün yeriməyə yardımçı vasitələr adlandırmaq olar.

Mario çıxarıla bilən sərt çəkmə geyinib

Şəxsin çıxarıla bilən sərt çəkmədən istifadəsinə ehtiyac yaradan bəzi geniş yayılmış xəsarətlər haqqında öyrənmək üçün oxumağa davam edin.

Qırılmış (sınmış) sümüklər

Qırılmış sümüyü sınıq da adlandırmaq olar. Sümüklərdə baş verə biləcək bir çox müxtəlif növ qırılmalar var.

Çıxarıla bilən sərt çəkmələr sümük qırılmalarının bəzi növləri üçün faydalıdır.

Cess  uşağının əlindən tutub və çıxarıla bilən sərt çəkməsı ilə yeriyir

Cess ilə görüş

Cessin 40 yaşı var. O, əri və üç uşağı ilə birlikdə yaşayır.

Cess uşaqları ilə birlikdə məktəbə gedərkən ayağı büdrəyib yıxılıb. Onun çox ağrıları olub. Cеss həkim tərəfindən qiymətləndirilib və nəticədə, ayağında sınmış sümüyün olduğu məlum olub.

Cessin sınmış sümüyünü yerində saxlamaq üçün o, çıxarıla bilən sərt çəkmə üçün yönəldilib. O, sağaldığı müddətdə çəkmə ilə ayağının üzərində təhlükəsiz şəkildə yeriyə bilir.

Yumşaq toxumaların zədələnməsi

Əzələlər, vətərlər və bağlar sümüklərimizi və oynaqlarımızı birləşdirən və dəstəkləyən yumşaq toxumalardır.

Çıxarıla bilən sərt çəkmə ayaq və ayaq biləyinin hərəkətini azaldaraq yumşaq toxumaların sağala bilmələrinə kömək edir.

Sual

Yumşaq toxumaların zədələnməsini nə hesab etmək olar?

Uyğun gələnlərin hamısını seçin.





B, c və d-ni seçdinizsə, haqlısınız. Bunların hamısı yumşaq toxumaların zədələnməsinin növləridir.

a doğru deyil. Sümüklər yumşaq toxuma deyil.

Veyin əlində basketbol topu var və çıxarıla bilən sərt çəkmə geyinib.

Vey ilə görüş

Vey 22 yaşındadır və həftəsonları dostları ilə basketbol oynamaqdan zövq alır.

Veyin basketbol oynayarkən ayağı burxulub. O, oynamağı dayandırmalı oldu və yeriyə bilmədi. Həkim onun ayaq biləyinin ətrafındakı yumşaq toxumaların zədələdiyini bildirib.

Vey ayaq biləyini sabit vəziyyətdə saxlamaq üçün çıxarıla bilən sərt çəkmə üçün yönəldilib. Çəkmədə onun ağrısı azalır və yaraları sağaldığı müddətdə yeriyə bilir.

Cərrahiyyə əməliyyatından sonra

Ayaq və ya ayaq biləyində sınmış sümükləri və ya yumşaq toxumaları bərpa etmək üçün əməliyyat olunan insanlar üçün çıxarıla bilən sərt çəkmə sağaldığı müddətdə ayaq və ayaq biləyini qoruya bilər.

Mario çıxarıla bilən sərt çəkmə geyinib.

Mario ilə görüş

Mario 60 yaşındadır və inşaatçıdır. Mario şəkər xəstəsidir və ayaqlarında hiss (hissiyyat) problemləri var.

Bu yaxınlarda Mario işləyərkən ayaq biləyinin ətrafındakı bağların yaralanması nəticəsində əməliyyat olunub. İndi isə o, zədə və cərrahi yarası sağaldığı müddətdə ayaq biləyini sabit vəziyyətdə saxlayan çıxarıla bilən sərt çəkmə geyinir.

Stabil (sabit) xəsarət

Həkim şəxsin xəsarətinin stabil  olub-olmadığını müəyyən edəcəkdir. Stabil xəsarətləri çıxarıla bilən sərt çəkmə ilə təhlükəsiz şəkildə yerində saxlamaq mümkündür.

Əgər onun xəsarəti stabil deyilsə, onu çıxarıla bilən
sərt çəkmə üçün yönəltmək olmaz.

Bu modulda həkim tərəfindən yönləndirmədən sonra çıxarıla bilən sərt çəkməni təmin etmək qaydaları öyrədilir.

Ayaq yaraları

Diabetik ayaq yaraları olan insanlar da çıxarıla bilən sərt çəkmə geyinməkdən faydalana bilərlər.

Bu, yaraya qulluq etməklə və tibbi müalicə ilə bir yerdə olmalıdır.

Ayaq yarası olan şəxs üçün çıxarıla bilən sərt çəkmənin təmin edilməsi bu TAP modulunda əhatə olunmur.

Diabetik ayaq yarası olan, müvafiq yara və tibbi müalicə olmadan çıxarıla bilən sərt çəkməni təmin etmək yaranı daha da ağırlaşdıra bilər.