Əsas məzmuna keçin
Mobillik

Çıxarıla bilən sərt çəkmələrin xüsusiyyətləri

Dərs: 1 of 5
Mövzu: 3 of 3
0% Tamamlandı

Bu mövzuda TAP-da əhatə olunan çıxarıla bilən sərt çəkmələr haqqında daha ətraflı məlumat əldə edəcəksiz.

Çıxarıla bilən sərt çəkmə insanın ayaq biləyini 90 dərəcə sabit vəziyyətdə saxlayır.

Çəkmədə şəxsin ayaq biləyinin yerləşdiyi yerdə göstərilən 90 dərəcə bucaqlı çıxarıla bilən sərt çəkmə

Gəlin, çıxarıla bilən sərt çəkmələrin xüsusiyyətlərinə baxaq.

Vacib xassələr

  • Böyüklər və uşaqlar üçün müxtəlif ölçülər
  • Rahatlıq və dərini qorumaq üçün daxili astar
  • Nizamlanan qaytanlar- çəkmənin uyğunluğunu tənzimləmək üçün
  • Rahat yeriməyə kömək etmək üçün yuvarlaq formalı altlıq
  • Plastik və ya alüminiumdan hazırlanan yüngül çəkili sabitləşdirici dayaqlar (dəstəklər).

Bəzi çıxarıla bilən sərt çəkmələrdə əlavə dəstək üçün ayaq biləyinin önündən keçən plastik də yerləşdirilə bilər.

Daxili astar, yüngül çəkili sabitləşdirici dayaqlar, nizamlanan qaytanlar və yuvarlaq formalı altlıq hissələrinin adları ayrılıqda göstərilmiş çıxarıla bilən sərt çəkmə

Fəaliyyət

Ərazinizdə mövcud olan çıxarıla bilən sərt çəkmələrə diqqətlə baxın.

Onların neçə vacib xüsusiyyətləri var?

Yuvarlaq formalı altlıq

Bu, o deməkdir ki, ayaq biləyini sabit vəziyyətdə saxlayaraq yeriməyi asanlaşdırmaq üçün ayaqqabının altı əyri (qövs) formadadır.

Çıxarıla bilən sərt çəkmənin altındakı ox işarəsi onun altlığının əyri olduğunu göstərir.

Sual

Sizcə, yuvarlaq formalı altlıq yeriməyi necə asanlaşdırır?

Uyğun gələnlərin hamısını seçin.




Əgər a və b-ni seçmisinizsə, haqlısınız.

Bu forma yuvarlaq olmayan altlıq ilə müqayisədə əzələlərin çox işləməsinə ehtiyac qalmadan yeriməyi daha da asanlaşdırmağa imkan yaradır.

c doğru deyil. Yuvarlaq formalı altlıq yeriməyi asanlaşdırır.

Digər xassələri

Bəzi çıxarıla bilən sərt çəkmələrin xüsusi xassələri aşağıdakı kimidir. Məsələn:

  • Əlavə qoruma
  • Ayaq biləyinin müxtəlif mövqelərdə saxlama qabiliyyəti.

Həmçinin müxtəlif hündürlüklü çıxarıla bilən sərt çəkmələr da mövcuddur.

Bu modula xüsusi xassələri olan və ya müxtəlif hündürlükdə olan qəliblərin və ya çıxarıla bilən sərt çəkmələrin hazırlanması haqqında məlumat daxil deyil.

Qəliblər və çıxarıla bilən sərt çəkmələr arasında seçim etmək

Qəliblər həmçinin çıxarıla bilən sərt çəkmənin istifadə etdiyi bəzi xəsarətlər üçün də istifadə edilə bilər.

Material dizin altından ayaq barmaqlarının başlanğıcına qədər möhkəm bükülür və ayaq barmaqlarının ucları açıqda qalır. İçərisində yumşaq astar olur

Qəlib (gips, sarıq)

Yumşaq astarlı və çölü sərt plastikdən hazırlanmış, 5 tənzimlənən qayışlı hündür çəkmə

Çıxarıla bilən sərt çəkmə

Gəlin, onların hər birinin üstünlüklərinə nəzər salaq.

Çıxarıla bilən sərt çəkmələrin üstünlükləri

  • Yuvarlaq formalı altlığı olduğuna görə yeriməyi asanlaşdırır
  • Şəxsin yuyunması və dərisini yoxlaması üçün çıxarıla bilər
  • Ayaq/qılçanın şişmə səbəbi ilə ölçüsü və ya forması dəyişirsə, onu nizamlamaq mümkündür
  • Daha tez müddətdə uyğunlaşdırmaq mükündür
  • Daha davamlıdır.

Cess  uşağının əlindən tutub və çıxarıla bilən sərt çəkməsı ilə yeriyir

Cesi xatırlayırsınız?

Cessin çıxarıla bilən sərt çəkməsı onun uşaqlarına baxmağı və onlarla birlikdə məktəbə getməyini asanlaşdırmışdır.

Cess görür ki, axşam onun ayağı və qılçası şişir. Bu isə ona çəkmədə ayağının çox sıxıldığını hiss etdirir. Bu baş verdikdə, Cess daha rahat hiss etmək üçün qaytanları nizamlayır və qılçasını dincəldir.

Cess yuyunarkən çəkməsini çıxartmağa icazə verilib. Bu həm də onun dərisini yoxlamaq imkanıdır.

Qəliblərin üstünlükləri

  • Onları qılça/ayaq istənilən formasına uyğun hazırlamaq olar
  • Qılçada/ayaqda hərəkəti azaltmaqda daha effektiv olurlar
  • Onlar ayaq biləyini/ayağı istənilən vəziyyətdə saxlaya bilər
  • Ağır xəsarətlər üçün saxlanılması vacib olduğuna görə istifadəçi onu özü çıxara bilməz

Şəxsin ayaq biləyini və ayağını 90 dərəcə dəstəkləyən astarlı qəlib

Qəlib və ya çıxarıla bilən sərt çəkmədən istifadə etmək seçimi hər zaman həkim tərəfindən təqdim edilir.

Birinci dərsi tamamladınız!.