Bu mövzuda şəxsin müalicəvi ayaqqabılarına necə qulluq göstərəcəyi barədə məlumat əldə edəcəksiz.
Ayaqqabıya qulluq etmək
Yaxşı qulluq edilərsə, müalicəvi ayaqqabılardan daha uzun müddət istifadə etmək mümkün olacaqdır.
Saxlanc
Müalicəvi ayaqqabıların zədələnməsinin qarşısını almaq üçün onları aşağıdakı şəraitlərdə saxlamaq lazımdır:
- Quru olan qapalı yerdə
- Birbaşa günəş işığından kənarda
- Yaxşı hava axını olan yerdə.
Kif yaranmasının qarşısnı almaq üçün rütubətli və nəmişli mühitdən uzaq tutun.
Təmizləmək
Müalicəvi ayaqqabılar gündəlik istifadə nticəsində çirklənəcəkdir.
Nəm əskidən istifadə etməklə onları təmizləyin. Bütün ayaqqabıları islanmaqdan və ya ayaqqabının içini nəmişlikdən qoruyun.
Nəmişlik
Nəmli ayaqqabılar geyinmək üçün təhlükəsiz deyil və o, dəri infeksiyası riskini artıracaqdır.
Əgər ayaqqabılar islanarsa, onları mümkün qədər tez çıxarıb qurudun.
Şəxs yeriməkdən çəkinməlidir və ayaqqabıları quruyana qədər bir daha geyinməməlidir.
Sual

Cospehinanı xatırlayırsınız?
Cospehina bir cüt müalicəvi ayaqqabı ilə təmin edilib. Onları evin içində və bayırda geyinir. Bir gün geyindikdən sonra onlar bir az çirklənirlər.
O, müalicəvi ayaqqabısını harada saxlamalıdır?
Əgər c-ni seçmisinizsə, haqlısınız. Cospehina nəm əsgidən istifadə etməklə ayaqqabısını təmizləməli, sonra isə onları içəridə saxlamalıdır.