Bu mövzuda siz müalicəvi ayaqqabılardan təhlükəsiz və lazımi şəkildə istifadə etməyi öyrənəcəksiniz.
Müalicəvi ayaqqabını necə geyinmək lazımdır?
- Ayaqqabının qayışlarını açın.
- Əvvəlcə barmaqları, sonra isə dabanı sürüşdürüb ayaqqabıya salın
- Ayaqqabının arxasında qırışların olmadığından əmin olun.
- Ayaqqabının dili varsa, düz olduğundan əmin olmaq üçün onu çəkin.
- Qayışları bərkidin.
Müalicəvi ayaqqabıları düzgün geyinmək qaydalarını öyrənmək üçün bu videolara baxın.
Ailə üzvü və ya dayəni cəlb edin
Əgər şəxsin ayaqqabı geymək üçün köməyə ehtiyacı olarsa və ya yadda saxlamaqda çətinlik çəkirsə, o halda ailə üzvünə və ya dayəyə ayaqqabılarını necə geyinməyi öyrədin.
Ayaqyalın gəzən şəxslər
Adətən, ayaqyalın gəzən şəxslərə müalicəvi ayaqqabı geyinmək rahat gəlmir. Onlara öyrəşmək üçün vaxt lazım olur.
Düzgün istifadə etməyi öyrətmək xəsarət almamaq üçün təhlükəsiz istifadəni dəstəkləyəcəkdir.
Ayağa qulluq və qoruma
Ayaqlara qulluq etmək və onu qorumaq üçün 5 mərhələ var.
Şəxs ayaq yarası almaq riskini azaltmaq üçün bu ərhələləri necə izləməyi bilməlidir.
1. Tam uyğunlaşdırılmış ayaqqabı geyinin
Uyğun olmayan ayaqqabılar xəsarətə səbəb olur və ayaq yarasının inkişafına gətirib çıxarır.

2. Dəyişikliklər və ya xəsarətlər üzrə hər gün ayaqları yoxlayın
Erkən müəyyən edilən problemləri daha da pisləməzdən əvvəl aradan qaldırmaq olar. Bu isə daha yaxşı nəticələrə gətirib çıxarır.

3. Hər hansı bir narahatlıq və ya sualınız varsa, əlaqə saxlayın
Narahatlıq yarandıqda kiminlə və necə əlaqə saxlamalı olacağı barədə məlumatı şəxsə verin.
Ayaqqabıların uyğunluğunda hər hansı problem varsa və ya ayaqqabıdan xəsarətlər yaranıbsa, müşahidə üçün dərhal xidmətlə əlaqə saxlayın.
Əgər şəxsdə ayaq yarası əmələ gələrsə, 24 saat ərzində tibbi yardıma yönəltmək lazımdır.

4. Gündəlik yuyulan və dəyişdirilən müvafiq corablar geyinin
Müvafiq corablar tam uyğun olan təmiz corablardır.
Müalicəvi ayaqqabını həmişə corabla geyinmək lazımdır.
Corablar mütləq:
- Ayağa tam uyğun yerləşməlidir: Boş corablar ayaqqabının içində qırışa bilər
- Nazik olmalıdır: Qalın corablar ayaqqabıda çox yer aparır
- Tikişsiz: Tikişlər ayağın üzərinə sürtlüb dəriyə zərər verə bilər
- Açıq rəngli: Ayaq qanayıasa, diqqət etmək daha asan olur
- Hava keçirən: Ən çox istifadə edilən materiallar nəmişliyi və bakteriyaları azaltmaq üçün yun və ya pambıqdır.

5. Mümkün qədər tez-tez qapalı və açıq havada müalicəvi ayaqqabı geyinin

Qapalı və açıq havada müalicəvi ayaqqabı geyinmək
Ayağın zədələnməsi istənilən mühitdə baş verə bilər. Ayaqlar yalnız ayaqabılar geyinildikdə qorunur.
Şəxsi mümkün qədər tez-tez içəridə və bayırda ayaqqabılarını geyinməyə təşviq edin. Bu, onun ayaqlarını qoruyacaq və yaranın inkişaf riskini azaldacaqdır.
Əgər şəxs çöl ayaqqabılarını içəridə geyinmək istəmirsə, ona iki cüt ayaqqabı lazım ola bilər. Bir cüt bayırda, bir cüt içəridə istifadə etmək üçün.
Sual
Aşağıdakı nümunələri oxuyun və suallara cavab verin.
1. Gündəlik ayaq yoxlamasıi zamanı şəxs ayağının altından yara tapıb. O, adətən çölə çıxanda ayaqqabı və qara rəngli corab geyinir. O, yaranın nə vaxt baş verdiyini bilmir.
Ona hansı hərəkət yaranı daha tez görməyə kömək edərdi?
Uyğun gələnlərin hamısını seçin.
Əgər a və b-ni seçmisinizsə, haqlısınız.
Yüngül corab geyinmək qanı görməyi asanlaşdırır. Ayaqqabılarını içəridə və bayırda geyinmək onu daha çox qoruyur.
c səhvdir.
Şəxsdə hiss (hissiyyat) ilə bağlı problemlər yarana bilər ki, bu isə yaralansa belə, onun ağrı hissini dayandıracaqdır.
2.Şəxs evdən çıxarkən müalicəvi ayaqqabısından istifadə edir. Onun fikrincə, ayaqqabılarını evdə geyinmək lazım deyil.
Bu, ayaq yarası riskini artırırmı?
Bəli, insanlar çox vaxt bayırdan daha çox içəridə addımlayırlar.
İçəridə və bayırda müalicəvi ayaqqabı geyinmək ayaqları zədə və təzyiqdən daha çox qoruyur və dəstək verir.
Ayaqlarında hiss (hissiyyat) ilə bağlı problemləri olan şəxslərdə ayaq yaraları riski daha yüksəkdir. Onlar müntəzəm olaraq ayaqlarını yoxlayıb, mümkün qədər tez-tez müalicəvi ayaqqabı geyinməlidir.