Absorbentlərin müşahidəsi

Mövzunun davamı:

Şəxsə yeni absorbetlərdən istifadə etməyə başladıqdan qısa müddət sonra ilk müşahidə görüşünün keçirilməsi tövsiyə olunur.

Bu, telefonla edilə bilər.

Ağ saçlı ahıl qadın və qara saçlı cavan qadın bir-birinə söykənərək kameraya gülümsəyirlər.

Marinanı xatırlayırsınız?

Marina yuyula bilən iki jissəli məhsulu seçdi. O, gecə-gündüz üçün orta dərəcədə hopdurma qabiliyyəti ilə yuyula bilən yastıqdan istifadə edir.

O, xüsusilə gecə, hopduruculuğun düzgünlüyünü yoxlamaq üçün erkən müşahidədədən faydalanacaq.

Absorbentlərin şəxsin ehtiyaclarına cavab verdiyini yoxlayın

Müşahidə zamanı absorbentlərin şəxsin  ehtiyaclarına cavab verib-vermədiyini öyrənmək üçün suallar verin:

  • Onlar absorbentlərindən istifadə edirlərmi?
  • Absorbentini istifadə edərkən problemlərlə qarşılaşırmı?
  • Sidik kisəsi, bağırsaqları və ya dəriləri ilə bağlı hər hansı bir çətinlik varmı?
  • Onun hər hansı sualı varmı?

Əgər şəxs absorbentindən istifadə etmirsə və ya ondan istifadə etməkdə problemlə üzləşirsə, bunun səbəbini öyrənin.

Sonra bir həll tapmaq üçün şəxslə işləyin. Məsələn, oun fərqli məhsula və ya məhsullarından necə istifadə edəcəyini öyrənmək üçün daha çox dəstəyə ehtiyacı ola bilər.

Sual

Sakura gənc qızdır.

Sakuranı xatırlayırsınız?

Sakura serebral iflic xəstəliyindən əziyyət çəkir və ailəsi ilə birlikdə yaşayır. Sakura məktəbdə olarkən və yatarkən hopdurucu bezlərdən istifadə edir.

O, valideynləri ilə birlikdə xidmətə qayıdır, çünki onun hopdurucu bezi gecələr sızırdı.

Sakura ünsiyyət qurmaqda çətinlik çəkir və valideynləri izah edirlər ki, o, yanı üstə yatmağa üstünlük verir və gecələr ombasının ətrafında sidik sızır.

1. Sakura və onun ailəsi hansı problemləri müəyyənləşdirdilər?

Xeyr, Sakura sızma olmaması üçün daha az maye qəbul etməməlidir. Daha az içmək həll yolu deyil və sidik kisəsi problemlərinə səbəb ola bilər və Sakuranı xəstə edə bilər.

Doğrudur, hopdurucu bez omba ətrafında o qədər çox hopdurma qabiliyyətinə malik deyil. Bu, şəxsin bir tərəfi üzərində yatarkən sızma ehtimalını artırır.

Sakuranın ailəsi Sakura məktəbdə olarkən çətinlikləri təsvir etməyib. Sakura məktəbdə olarkən sızma olub-olmadığını öyrənmək üçün müəllimlərlə danışıb-danışmadıqlarını yoxlayın. Fərqli bir məhsul növü seçməzdən əvvəl daha çox məlumat əldə edin.

2. Hansı tədbirləri tövsiyə edərdiniz?
(Uyğun gələnlərin hamısını seçin)





a), b), c), d) cavablarının hamısı doğrudur. Sakura hələ də sızma ilə bağlı çətinlik çəkirsə, Sakuranı fərqli bir absorbent növü üçün qiymətləndirməyi təşkil edin.

Absorbentin vəziyyətini yoxlayın

Əgər şəxsin yuyula bilən absorbentləri varsa, onun vəziyyətini və dəyişdirilməsinə ehtiyac olub olmadığını yoxlayın.

Yoxlayın:

  • Üst təbəqə bir parçadan ibarətdir
  • Bağlayıcılar işlək vəziyyətdədir
  • Xarici su keçirməyən təbəqədə yarıqlar və çatlar yoxdur.

Sual

Zora və onun tibb işçisi otağın özəl guşəsində eyni skamyada üzbəüz otururlar.

Zoranı xatırlayırsınız?

Tibb işçisi Zoranı müşahidə etmək üçün evinə gəlir. 

Zora absorbentlərindən çox razıdır. Onlar yaxşı işləyirlər.

Müşahidə zamanı tibb işçisi absorbentlərin vəziyyətini yoxlayır. Hopdurucu təbəqə və bərkidicilər yaxşı vəziyyətdədir, lakin su keçirməyən xarici təbəqələrdən birində kiçik çat var. Zora paltarlarını yığarkən onu tikanlı kolun üstündə tutduğunu izah edir.

Hansı tədbiri tövsiyə edərdiniz?

Su keçirməyən təbəqədəki yarıqlar təmir edilmədikdə və ya dəyişdirilmədikdə sızmaların yayılmasına imkan verəcəkdir.

Yadda saxlayın

Şəxs üçün düzgün məhsulu hazırlamaq üçün vaxt lazım ola bilər. Erkən müşahidə məhsulun yaxşı işlədiyini yoxlamaq üçün vacib ola bilər.

Şəxs oun üçün işləyən bir həll tapdıqdan sonra digər sağlamlıq yoxlamalarına müşahidə daxil edilə bilər.

Beşinci dərsi tamamladınız!

Hər hansı sualınız və ya şərhiniz varsa, onu müzakirə forumunda yeni tabulyasiyada/pəncərədə açılır yerləşdirin.

Müzakirə forumu yeni tabulyasiyada/pəncərədə açılır