Şəxsə geyinmə vasitələrindən necə istifadə edəcəyini öyrətmək vacibdir.
Geyinmə vasitələrindən istifadə texnikasını mənimsəmək müəyyən vaxt və vərdiş tələb edir; xüsusən də bu proses tək əllə icra olunursa, daha çox məşq etmək lazımdır..
Pasiyenti fiziki imkanı çatdığı hər bir hərəkəti özünün icra etməsinə həvəsləndirin.
Həmçinin pasiyentin baxıcısına və ya ailə üzvünə vasitənin ilkin istifadəsi zamanı ona necə dəstək olacaqlarını öyrətməyiniz tələb oluna bilər.
Nəyi öyrətməli
Şəxsin geyinməyə köməkçi vasitələrdən daha rahat istifadə etməsi üçün ona aşağıdakı şəkildə dəstək olun:
- Uyğun bir geyinmə vəziyyətini seçin
- Necə geyinib-soyunmağı nəzərdən keçirin
- Müxtəlif növ geyim və ayaqqabılardan istifadə etməyi nəzərdən keçirin
- Geyinmə vasitəsindən necə istifadə edəcəyinizi öyrənin
Geyinmə vəziyyətinin dəyişdirilməsi
Pasiyent özünü təhlükəsiz hiss etdiyi və müvazinətini rahat qoruya bildiyi duruşu seçdikdə, geyinmə alətindən istifadə onun üçün daha rahat olar və az güc tələb edər.
Oturaraq
Pasiyent tez yorulursa və ya müvazinətini qorumaqda çətinlik çəkirsə, ilk növbədə ona geyinmə alətindən oturaq vəziyyətdə istifadə etməyi öyrədin.
Pasiyent geyimi əyninə geyinmək və ya soyunmaq üçün sağrı nahiyəsini oturduğu yerdən qaldırmaq qabiliyyətinə malik olmalıdır.

Uzanmaq
Pasiyent ayaqüstə durmaqda və ya oturmaqda çətinlik çəkirsə, fəaliyyəti uzanmış vəziyyətə keçirərək icra etməyi sınayın.
Pasiyent geyinmək üçün sağrısını çarpayıdan və ya döşəmədən qaldırmaq, yaxud bir tərəfdən digərinə çevrilmək qabiliyyətinə malik olmalıdır.
Əgər şəxs bunu edə bilmirsə, ona lazım ola bilər:
- Geyinmək üçün yardım
- Reabilitasiya xidmətinə yönləndirmə

Sual

Verna ilə tanış olun
Vernanın 89 yaşı var və həyat yoldaşı Leyf ilə birgə yaşayır. Verna fiziki cəhətdən zəifdir, tez yorulur və ayaqüstə durarkən tarazlığı saxlamaqda çətinlik çəkir.
Yoldaşı Vernaya özünə qulluq məsələlərində, o cümlədən geyimini geyinmək və çıxarmaqda dəstək olur.
1. Verna üçün hansı geyinmə vəziyyəti daha asan ola bilər?
Cavabları yoxlamaq üçün seçin və klikləyin.
Yanlış.
Verna tez yorulur və ayaqda durduqda müvazinətini saxlamaqda çətinlik çəkir. Vernanın geyinməsi üçün alternativ pozisiya variantlarını nəzərdən keçirin.
Doğrudur!
Oturaq vəziyyət Verna üçün daha az güc tələb edə bilər. Bu halda o, müvazinətini daha rahat qoruya və özü geyinə bilər.
Doğrudur!
Əvvəlcə Vernanın oturaraq geyinməyi daha rahat hesab edib-etmədiyini müəyyənləşdirin. Əgər o, müvazinətini qorumaqda çətinlik çəkərsə, fəaliyyəti uzanmış vəziyyətdə icra etməyi təcrübədən keçirə bilər.
Verna uzanmış vəziyyətdə geyinmək istəyir.
2. Vernanın uzanıb geyinməsi üçün hansı bacarıqlara ehtiyacı var?
İki variant seçin.
Əgər a və b-ni seçdinizsə, haqlısınız!
Əgər Verna uzanmış vəziyyətdə geyinirsə, bir tərəfdən digərinə fırlanmaq və ya sarğı nahiyəsini qaldırmaq vacib bacarıqlardır.
Həmişə şəxsin hansı geyinmə mövqeyinə üstünlük verdiyini öyrənin.
Geyinmək tərzini dəyişdirmək
Pasiyentin bədənində zəiflik və ya ağrı hiss olunan tərəf varsa, geyinmə alətindən istifadə təliminə keçməzdən öncə müxtəlif geyinmə texnikalarını nəzərdən keçirin.
Məsələn, bir qolunda və ya ayağında zəiflik olan şəxs aşağıdakıları icra etməyi daha rahat hesab edə bilər:
- Əvvəlcə paltarları zəif tərəfə geyinmək
- Paltarları əvvəlcə güclü tərəfdən çıxarmaq
Aidanı xatırlayırsınız?

Aida insult keçirdikdən sonra bədəninin sol tərəfində zəiflik yaranıb. O, köynəyi ilk növbədə sol qolundan keçirməklə daha rahat geyinir.
Məşğələ
Bir qol istifadə etmədən geyinmə:
1. Bir qolunuz dizinizin üstündə olmaqla stulda əyləşin (icra etdiyiniz tapşırıq boyunca bu qolunuzu tərpətməyin).
2. Tək qolunuzla köynəyi (paltarınızın üzərindən) əyninizə geyinməyə və soyunmağa çalışın.
3. Düşünün:
- Sizə nə çətin gəldi?
- Asanlaşdırmağa nə kömək etdi?
4. Həmkarlarınızla mümkün həll yollarını müzakirə edin. Sonra köynəyi yenidən geyinməyə çalışın.
- Bu dəfə daha asan oldu?
- Niyə və ya niyə yox?
- Əvvəlcə köynəyin qolunu hərəkət etməyən qolunuza keçirin
- Köynəyi kürəyinizə keçirməyi asanlaşdırmaq üçün onun qolunu çiyninizə qədər tam yuxarı çəkin
- Arxanızdakı köynəyə çatmaq üçün önə əyilin
- Ən sonda isə hərəkət edən qolunuzu köynəyin digər qoluna keçirin
Müxtəlif növ geyim və ayaqqabıların seçilməsi
Bəzi paltar və ayaqqabıları geyinmək və çıxarmaq daha asandır. Məsələn:
- Uzanan və ya bol paltarlar
- Zəncirbənd çəkmə halqası olan geyimlər və ya düyməsiz və zəncirbəndsiz geyimlə
- Bağsız ayaqqabılar, məsələn ayağa rahat keçirilən və ya cırt-cırt bərkidicisi olan ayaqqabı modelləri


Samueli xatırlayırsınız?

Samuel Daun sindromu olan gənc bir oğlandır. O, geyinərkən barmaqlarının hərəkətlərini koordinasiya etməkdə çətinlik çəkir. Bu da düymələri ilikləmək və ayaqqabı bağlarını bağlamaq kimi tapşırıqları çətinləşdirir.

Samuel köynəyinin düymələrini bağlamaq üçün düymə ilgəkləyici və zəncirbənd çəkən alətdən istifadə edir.
Samuel qaytanları düzəltmək və açmaqda çətinlik çəkir.
Səhiyyə işçisi Samuelə müxtəlif ayaqqabı modellərini təcrübədən keçirməyi məsləhət görür. Samuel tənzimlənən cırt-cırt bərkidicili ayaqqabıları bağlamalı modelləri daha rahat hesab edir.

Müzakirə
- Paltarını və ya ayaqqabısını daha rahat geyinib-soyunmaq üçün üzərində dəyişiklik etmiş tanıdığınız kimisə varmı?
- Paltarı geyinməyi və ya soyunmağı asanlaşdırmaq üçün hər hansı bir fikriniz varmı?
Bu sualları həmkarlarınızla müzakirə edin.
Geyinmə vasitələrinin istifadəsi
Uzunan qrabber aləti (əşyagötürmə tutacağı)
Fərqli qrabber alətlərinin fərqli xüsusiyyətləri ola bilər.


Paltarlara uzanmaq və onları geyinib/soyunmaq
Əksər qrabber alətlərindən istifadə etməyin ümumi yolu:
- Tutma mexanizmini bağlamaq üçün tətik sapını basın
- Geyimlərinizi özünüzə doğru gətirin
- Paltarı ayağın üzərinə çəkin və tətiyi buraxın



Geyinərkən və soyunarkən:
- Əvvəlcə paltarı daha zəif və ya az hərəkətli ayağınıza keçirin
- Ən sonda paltarı daha zəif və ya az hərəkətli ayağınızdan çıxarın
Geyinmə çubuğu
Paltarları geyinmək
Paltarı çiyninizin üstündən keçirmək üçün S-şəkilli qarmaqdan istifadə edin:
- Geyimlərinizi qolunuza doğru yönəldin
- Arxaya çatmaq üçün geyinmə çubuğunu çiyninizə söykəyin
- Geyimi çiyindən aşırmaq üçün qarmaqla tutub çəkin



Paltarları çıxarmaq
S şəkilli qarmaqdan istifadə edərək:
- İlk növbədə paltarı qarmaqla tutaraq çiyninizdən çıxarın
- Sonra qolunuzu çıxarın
- Digər tərəfdə də təkrarlayın
S şəkilli qarmaq, asılmış geyimləri asılqandan çıxarmaq üçün də istifadə oluna bilər.
C şəkilli qarmaq zəncirbəndi yuxarı qaldırmaq və ya aşağı çəkmək üçün istifadə edilə bilər.

Düymə ilgəkləyici
Düymə ilgəkləyici alətdən istifadə edərkən şəxs bir və ya hər iki əlindən istifadə edə bilər. Bu, onun fiziki imkanlarından asılıdır.
Düymələri bağlamaq
Romb şəkilli qarmaqdan istifadə edərək:




Düymələri açmaq
Romb şəkilli qarmaqdan istifadə edərək:



2. Qolunuzu çarpazlaşdırın


Zəncirbənd çəkən

Zəncirbəndləri açmaq və bağlamaq
Düyməli qarmağın əks ucunda C şəkilli qarmaq yerləşir. Bu, zəncirbəndi tutub yuxarı çəkmək və ya aşağı endirmək üçün istifadə oluna bilər.
Corab geyinmək üçün köməkçi vasitə
Corab geyinmək
Siz oturmalısınız:





Tövsiyə
Əgər şəxs yalnız bir əldən istifadə edə bilirsə, corabları bir-birinə bağlayaraq aşağı endirin və corab geyinmə alətindən istifadə edin.
Corabları çıxarmaq
Corabı soyunmaq üçün başqa bir adaptiv geyinmə vasitəsindən də yararlanmaq olar. Məsələn, corabı pəncədən sürüşdürüb çıxarmaq üçün dabankeşdən və ya geyinmə çubuğundan istifadə edilə bilər.
Uzun dəstəkli dabankeş
Ayaqqabı geyinmək
- Dabankeşi ayaqqabınızın daban hissəsinə dayayın
- Dabanınızı dabankeşə söykəyin
- Dabanınızı aşağı itələyin
- Ayağınızı ayaqqabınızın daxilinə sürüşdürərək keçirin və dabankeşi çıxarın

Təlimat
Uzun saplı dabankeşdən necə istifadə edəcəyinizi öyrənmək üçün bu videoya baxın.
Ayaqqabını çıxarmaq
- Dabankeşi dabanınıza söykəyərək ayaqqabının arxa hissəsinə yerləşdirin
- Ayaqqabını ayaqdan çıxarmaq üçün dabanınızı dabankeşə dayayıb yuxarıya doğru sürüşdürün
Məşğələ
Cütlərlə işləyərək, növbə ilə aşağıdakılardan necə istifadə edəcəyinizi izah edin:
- Uzunan qrabber aləti (əşyagötürmə tutacağı)
- Geyinmə çubuğu
- Düymə ilgəkləyici və zəncirbənd çəkən
- Corab geyinmək üçün köməkçi vasitə
- Uzun saplı dabankeş
Daha sonra addımları izləyərək hər geyinmə vasitəsini növbə ilə istifadə etməyi məşq edin.
Təlimat
Geyinməyə köməkçi alətlərdən istifadəyə baxmayaraq, şəxsin geyinməsində və ya soyunmasında çətinlik qalarsa, pasiyenti reabilitasiya xidmətinə yönləndirin.