Təlimat
Əgər hələ etməmisinizsə, TAP Qulaq Sağlamlığı Skrininqi faylını yeni bir tabda və ya pəncərədə yükləyin və surətini çap edin.
Sizin struktur bölmənizdə fərqli bir müraciət forması tətbiq olunursa, bu məsələni birbaşa rəhbərinizlə müzakirə edin.
TAP Qulaq Sağlamlığı Skrininqi, uşaqlarda və ya böyüklərdə qulaq problemi və/və ya eşitmə çətinliyi olub olmadığını müəyyən etmək üçün aparılan sadə bir prosesdir.
TAP Qulaq Sağlamlığı Skrininqi, fərdin aşağıdakılara ehtiyacı olub-olmadığını müəyyən etməyə kömək edir:
- Quru təmizləmə və ya qulağın yuyulması
- Fərdin TAP siyahısındakı eşitmə aparatlarından və ya digər köməkçi cihazlardan faydalana bilməsi üçün eşitmə testi
- Müayinə üçün qulaq və eşitmə mütəxəssisinə yönləndirmə
- Digər köməkçi məhsullar üçün tövsiyə.
TAP Qulaq Sağlamlığı Skrininq Formasından istifadə etməklə:
- Qulaq sağlamlığı müayinəsi addımlarında sizə rəhbərlik edəcək
- Müayinənin nəticələrini qeydə alacaqsız
- Atılacaq addımları planlaşdıracaqsız
Təlimat
Bu işarəni nə vaxt görsəniz bu o deməkdir ki, həmin şəxsin yönləndirilməyə ehtiyacı ola bilər.
Məkan və avadanlıqlar
Qulaq sağlamlığı müayinəsini aparmaq üçün sizə qeyd olunan avadanlıqlarla təchiz olunmuş bir yer lazımdır:
- Pasiyent və sizin üçün kreslo
- Hər bir pasiyenti müayinədən əvvəl və sonra əllərinizi yuya biləcəyiniz bir yer
Sizə lazımdır:
- Otoskop və spekulum
- Quru təmizləmə üçün salfetlər
- Qulaq yuyucu dəsti
- Hər bir pasiyent üçün bir TAP Qulaq Sağlamlığı Skrininq Forması.
Pasiyentə izah edin:
Qulaq problemlərinin əlamətlərini yoxlayacaqsınız.
Skrininq zamanı yoxlayacaqsınız:
- Qulaqların sağlamlığını
- Qulaq və eşitmə mütəxəssisinə müraciət edib-etməməli olmaqlarını
- Eşitmə testi ilə bağlı pasiyentə kömək edib-etməyəcəyinizi
Təlimat
Soruşun:
- Hər hansı bir sualınız varmı?
- Qulaq skrininqini həyata keçirməyə icazə verirsinizmi?
Uşaqları müayinə edirsinizsə, uşaqdan və onların valideynindən və ya qəyyumundan icazə alın.

Pasiyent haqqında məlumat
TAP Qulaq Sağlamlığı Skrininqinin ilkin mərhələsi, adı, cinsi, yaşı, telefon nömrəsi və ünvanı daxil olmaqla, şəxs haqqında əlaqə məlumatlarının toplanmasını əhatə edir.
Təlimat
Əvvəlcə pasiyent haqqında ümumi məlumat toplayın.
Yaş
Beş yaşdan kiçik uşaqların daha mürəkkəb ehtiyacları var. Ailə üzvünün razılığı ilə qulaq və eşitmə mütəxəssisinə yönləndirin.
Təlimat
Qulaq sağlamlığı müayinəsindən əvvəl aşağıdakıları bilmək vacibdir:
- Otoskopdan necə istifadə etmək
- Qulağın quru üsulla təmizlənməsi və yuyulması
Bu bacarıqlar haqqında üçüncü və dördüncü mövzularda məlumat əldə edəcəksiniz.