Skip to main content
Eşitmə

Eşitmə testi

Dərs: 2 of 6
Mövzu: 2 of 3
0% Tamamlandı

Eşitmə testi uşağın sağ və sol qulaqlarını ölçərək eşitmə itkisini yoxlayacaq. Nəticələr sizə, uşağa və ona baxan şəxsə eşitmə cihazlarının kömək edib-etməyəcəyinə qərar verməyə kömək edəcək.

Təlimat

Uşağın eşitmə itkisinin olub-olmadığını öyrənmək üçün qiymətləndirmə formasının eşitmə testi bölməsindən istifadə edin və eşitmə itkisinin dərəcəsi cədvəlinə baxın.

Sual

Eşitmə qüsurlu uşağın dediklərinizi daha asan başa düşməsi üçün nə edə bilərsiniz?

İki variant seçin.





Əgər c və d-ni seçdinizsə, doğrudur!

Uşaqla eyni səviyyədə oturun. Dediklərinizi daha asan başa düşməsi üçün aydın və yavaş danışın, işığın üzünüzə yaxşı düşdüyündən əmin olun.

Uşaq yönümlü yanaşma

Uşağı eşitmə testinə sadə və əyləncəli bir şəkildə hazırlayın.

Eşitmə testi zamanı nə baş verəcəyini bilmələri üçün avadanlığı göstərin.

Təlimat

Eşitmə testini izah etmək üçün uşaq yönümlü yanaşmadan istifadə edən bir tibb işçisinin videosuna baxın.

Sual

Bu şəkildə isə səhiyyə işçisi uyğun yanaşma ilə uşağa avadanlığı göstərir.

A smiling health worker kneels next to a child who is seated in a chair. The health worker looks at the child and holds an otoscope. The child reaches to touch the otoscope.

1. Bu yanaşmanı uşaqlar üçün əlverişli edən nədir?

  • Uşağın səviyyəsində oturmaq
  • Gülümsəyərək uşağa baxmaq
  • Uşağa avadanlığı göstərmək

2. Eşitmə testi zamanı uşağı sakitləşdirməyin başqa yolları hansılardır?

Uşağı sakitləşdirməyin digər yollarına aşağıdakılar daxildir:

  • Səmimi bir səsdən istifadə
  • Yavaş-yavaş izah etmək və uşağın sizi başa düşdüyündən əmin olmaq
  • Müayinə zamanı uşağa motivasiya vermək

Eşitmə testinin aparılması

Uşaqla eşitmə testi apararkən:

  1. Eşitmə testinin nə olduğunu izah edin
  2. Testin cavabını təcrübədən keçirin
  3. Eşitmə testini həyata keçirin
  4. Orta eşitmə həddini hesablayın
  5. Hər qulaq üçün nəticəni qeyd edin

A child wears headphones. The child has their hand raised. A health worker stands behind the child holding a tablet audiometer.

1. Testi izah edin

Uşağın eşitmə qabiliyyətini onun eşidə biləcəyi ən alçaq səsi (eşitmə həddini) ölçməklə yoxlayacağınızı izah edin.

2. Testin cavabını təcrübədən keçirin

Uşağın sizi aydın görə bilməsi üçün onun qarşısında əyləşin.

A health worker speaking to a child. There is a phone connected to headphones on the table. The child is raising their right hand in a practice test response.

İzah edin:

  • Səsi eşidən kimi cavab düyməsini bas və ya əlini səslə eyni tərəfə qaldır
  • Səsi eşitmədiyin anda düyməni burax və ya əlini aşağı sal
  • Qulaqlıqları taxmazdan əvvəl cavab testini məşq et
  • Uşaq cavab verdikdə, ona motivasiya verin və həvəsləndirin

Tövsiyə

Uşaq testə cavab vermirsə, bunlar kömək edə bilər:

  • Uşağı prosesdə iştiraka həvəsləndirmək üçün oyuncaqlardan və ya stikerlərdən istifadə edin
  • Şərti reaksiya metodunu (cavab reaksiyasını) dəyişdirin, məsələn, uşağın səsi qəbul etdiyi an əl yelləməsi və ya oyuncağı qaba buraxması kimi hərəkətləri əsas götürülə bilər
  • Uşağın baxıcısının iştirakı ilə əyani şəkildə nümayiş etdirin
  • Onlara tapşırığı yerinə yetirən başqa bir uşağın videosunu göstərin

A child wearing headphones connected to a phone in the hands of a health worker. The child is raising their right hand in a practice test response.

Əvvəlcə uşaqla 1000 hers (Hz) və 40 desibel (dB) tezliyində məşq edin:

  • Uşaqdan səs-küy boğucu qulaqlıq taxmasını xahiş edin
  • Qulaqlıqların düzgün vəziyyətdə olduğunu yoxlayın
  • Hər qulaqda iki dəfə məşq edin

Tövsiyə

Uşaq sınaq səsini eşidə bilmirsə, səs səviyyəsini 10 dB artırın və təkrarlayın.

3. Eşitmə testini həyata keçirin

  • Uşağa səs-küy boğucu qulaqlıq taxın
  • Qulaqlıqların düzgün vəziyyətdə olduğunu yoxlayın
  • Uşağın daha yaxşı eşidən qulağında testə başlayın - əgər daha yaxşı eşidən qulağı məlum deyilsə, sağ qulağından başlayın
  • Tezlik yığımını 1000 Hz, intensivliyi isə 40 dB olaraq təyin edin

Tövsiyə

Daha dəqiq test üçün:

  • Özünüzü elə mövqeləndirin ki, səsi verərkən uşaq sizi görə bilməsin.
  • Səs siqnallarının verilmə intervalını dəyişdirin. Bu, pasiyentin növbəti siqnalın zamanını əvvəlcədən təxmin etməsinə mane olmaq məqsədi daşıyır.

A child sits at a table with their left hand raised. The chid wears headphones. The headphones are connected to a phone. The phone is in the hands of a health worker who is standing behind the child.

1000 Hs yüksək tezlikli səsləri eşitmək adətən daha asandır və eşitmə testinin əvvəlində uşağa özünəinam verir.

  • Düyməni 2-3 saniyə basın və uşağın əlini qaldırıb-qaldırmadığına baxın:
    • Uşaq əlini qaldırırsa, intensivlik səviyyəsini 10 dB azaldın
    • Uşaq reaksiya vermirsə, intensivlik səviyyəsini 5 dB artırın
  • Uşağın eşidə biləcəyi ən aşağı səsi tapana qədər davam edin:
    • Eşitmə həddini təsdiqləmək üçün səsi üç dəfə təkrarlayın
    • Əgər uşaq sınaqdan keçirilən tezlikdə üç dəfədən ən azı ikisində düzgün cavab verirsə, həddi formada qeyd edin
  • 2000 Hz, 4000 Hz və 500 Hz tezliklərində sınaq üçün təkrarlayın
  • Uşağın sol qulağında təkrarlayın.

Təlimat

Bu videoda uşaq eşitmə testindən keçir.

Məşğələ

Qruplarla eşitmə itkisi olmayan bir uşaqla eşitmə testi aparmağı məşq edin.

Hazırlaşın:

  • Məkanı müəyyənləşdirin
  • Səs səviyyəsinin uyğunluğunu səs səviyyəsi ölçən cihazdan və ya yüklənmiş cihazdan istifadə edərək yoxlayın hearWHO app:
    • Səs səviyyəsi ölçən cihaza daxil olmaq üçün "eşitmənizi yoxlayın" düyməsini basın
    • Səsi ölçmək üçün cihazda icazə verin.

Test:

  • Testi uşaqlara uyğun şəkildə izah edin
  • Testi uşağın daha yaxşı eşidən qulağında və ya sağ qulağında 1000, 2000, 4000 və 500 Hz tezliklərdə aparın.
  • Hər tezlik üçün uşağın eşidə biləcəyi ən aşağı səsi qeyd edin
  • Digər qulaqda təkrarlayın

Doğruluq testi

Eşitmə testi apararkən, test nəticələrinə nə dərəcədə əmin olduğunuzu nəzərə alın.

Sizi testin doğruluğuna güvənə bilərsiz, əgər uşaq:

  • Təqdim olunan səslərə ardıcıl olaraq cavab verirsə
  • Hər bir tezlik üçün eşitmə həddi müəyyən edilirsə

Testin doğruluğuna inanmamalısız, əgər uşaq:

  • Təqdim olunan səslərə təsadüfi cavab verirsə
  • Səs təqdim olunmasa belə cavab verirsə
  • Yalnız test cihazının hərəkət etdiyini gördükdə cavab verirsə

Əgər testin doğruluğuna inanırsızsa, davam edin.

Əgər testə inamınız aşağıdırsa, mentorunuzla məsləhətləşdikdən sonra qulaq və eşitmə mütəxəssisinə yönləndirin.

Xəbərdarlıq

Eşitmə cihazlarının düzgün proqramlaşdırılması üçün dəqiq test nəticələri vacibdir.

4. Orta eşitmə həddini hesablayın

  • 500 Hz, 1000 Hz, 2000 Hz və 4000 Hz dəyərini toplayaraq və sonra dördə bölməklə orta dB-ni tapın.
  • Sağ və sol qulağın orta hədlərini müqayisə edin:
    • İki qulaq arasındakı fərq 15 dB-dən azdırsa, davam edin
    • 15 dB və ya daha çox fərq varsa, qulaq və eşitmə mütəxəssisinə yönləndirin.

    Birtərəfli (birtərəfli eşitmə itkisi) və asimmetrik eşitmə itkisi (sağ və sol orta hədlər 15 dB-dən çox fərqli) olan uşaqlarda daha peşəkar müayinə tələb oluna bilər. Qulaq və eşitmə mütəxəssisinə yönləndirin.

Təlimat

TAP Əvvəlcədən Proqramlaşdırılmış Eşitmə Cihazları modulundan biliklərinizi sınamaq üçün aşağıdakı sualları cavablandırın.

Sual

Anju ilə tanış olun

Anju altı yaşındadır və məktəbə gedir.

Anju qulaq infeksiyasından müalicə alıb. O, valideynləri ilə birlikdə qulaq sağlamlığı müayinəsi və eşitmə testi üçün yerli səhiyyə mərkəzinə gəlir.

Səhiyyə işçisi qulaq sağlamlığı müayinəsi aparır. Hər iki qulağı sağlamdır. Onlar eşitmə testinə davam edirlər. Anju eşitmə testi zamanı inamla cavab verir.

Hər tezlik üçün eşitmə hədlərinə baxın.

Tərəf500 Hz1000 Hz2000 Hz4000 Hz
Sağ15102010
Sol10101515

1. Anju'nun sağ qulağı üçün düzgün orta eşitmə həddi nədir?

13.75 dB doğrudur!

Bu, bütün ədədlərin toplanması və dördə bölünməsinin ortalamasıdır.

2. Anju-nun sol qulağı üçün düzgün orta eşitmə həddi nə qədərdir?

12.50 dB doğrudur!

Bu, bütün ədədlərin toplanması və dördə bölünməsinin ortalamasıdır.

3. Anjunun sağ və sol qulaqları arasında 15 dB-dən az fərq varmı?

Birini seçin.


Bəli cavabı doğrudur!

Fərq 15 dB-dən azdır. Davam edə bilərsiniz.

DərəcəOrta hesab
Normal diapazondaOrta hesabla 20 dB-dən az
Yüngül eşitmə itkisiOrta hesabla 20-34 dB
Orta dərəcədə eşitmə itkisiOrta hesabla 35-49 dB
Ağır-mülayim eşitmə itkisiOrta hesabla 50-64 dB
Ağır eşitmə itkisiOrta hesabla 65-79 dB
Dərin eşitmə itkisiOrta hesabla 80 dB-dən çox

4. Anjunun sağ qulağının eşitmə itkisi dərəcəsi nədir?

Birini seçin.






Normal eşitmə diapazonu düzgündür!

13.75 dB normal eşitmə diapazonundadır.

5. Anjunun sol qulağının eşitmə itkisinin dərəcəsi nədir?

Birini seçin.






Normal eşitmə diapazonu düzgündür!

12.50 dB normal eşitmə diapazonundadır.

5. Hər qulaq üçün nəticəni qeyd edin

  • Orta eşitmə dərəcələrini formanın eşitmə testi bölməsinə yazın
  • Testin doğruluq dərəcəsini qeyd edin
  • Sağ və sol qulaq üçün eşitmə dərəcəsini qeyd edin

Eşitmə itkisi dərəcəsi cədvəlində tapılan eşitmə itkisi səviyyəsi üçün tövsiyə olunan addımı həyata keçirin.

Test nəticələrini izah edin

Eşitmə testini tamamladıqdan və eşitmə itkisinin dərəcəsini müəyyən etdikdən sonra nəticələri və uşağın eşitmə cihazlarından faydalana biləcəyini izah edin.

Anjunu xatırlayırsınız?

Anjunun eşitmə testinin nəticələrini Anju və valideynlərinə izah edirsiniz. Anjunun eşitməsi normaldır. Onun eşitmə cihazına ehtiyacı yoxdur.