Qiymətləndirmə müsahibəsindən sonra uşaq və valideyni ilə bir plan hazırlayın. Plana aşağıdakılar daxil ola bilər:
- Eşitmənin yoxlanılması
- Mütəxəssisə yönləndirmə edilməsi
- Eşitmə cihazlarının təmin edilməsi
- Uşağa və onun baxıcısına eşitmə cihazlarından təhlükəsiz şəkildə necə istifadə etməyi öyrətmək
- Növbəti qəbulun təyin edilməsi

Eşitməni nəzarətdə saxlayın
Normal eşitmə qabiliyyəti olan uşaqları izləməli və eşitməni yenidən yoxlamaq üçün bir il ərzində təkrar müayinə planlaşdırmalısınız.
Eşitmədə dəyişiklik olarsa, uşaq və baxıcıdan daha tez müayinəyə gəlmələrini xahiş edin.
Anjunu xatırlayırsınız?

Anjunun eşitmə testinin nəticəsinə görə hər iki qulaq normal eşidir.
Səhiyyə işçisi qulaqların sağlam qalmasına kömək edəcək bir neçə asan addımları Anjuya izah edir, o cümlədən:
- Qulaqların içinə bir şey salmamalı
- Çirkli suda üzməməli
- Səs-küylü mühitlərdə qulaq tıxaclarından istifadə etməli
Səhiyyə işçisi Anju və valideynlərindən Anjunun eşitməsinə nəzarət etmək üçün bir ildən sonra təkrar eşitmə testi üçün gəlmələrini xahiş edir. Anjunun qulaq ağrısı, axıntı və ya eşitməsində dəyişiklik hiss edərsə, daha tez gəlməli olduqlarını bildirir.
Yönləndirmək
Bəzi uşaqlar qulaq və eşitmə mütəxəssisi tərəfindən daha ixtisaslaşmış müayinəyə ehtiyac duyurlar.
Eşitmə cihazları aşağıdakı hallarda istifadə olunmamalıdır:
- Ağır və dərin eşitmə itkisi olan uşaqlarda
- Asimmetrik eşitmə itkisi olan uşaqlarda - sağ və sol qulaq arasında 15 dB-dən çox fərq olduqda.
Baxıcının razılığı ilə qulaq və eşitmə mütəxəssisinə yönləndirin.
Test nəticənizdən əmin deyilsinizsə, mentorunuzla müzakirə edin və qulaq və eşitmə mütəxəssisinə yönləndirin.
Sual
Aşağıdakı araşdırmaları oxuyun.
1. Bet 13 yaşındadır. Sağ qulağının orta eşitmə həddi 67 dB-dir. Sol qulağının orta eşitmə həddi 69 dB-dir.
Eşitmə itkisi dərəcəsi cədvəlinə baxın.
| Dərəcə | Orta hesab | Tövsiyə |
| Normal diapazonda | Orta hesabla 20 dB-dən az | Böyüklər və uşaqlar: Eşitmə aparatlarına ehtiyac yoxdur. Qulağa qulluq etməyi öyrədin. Əgər şəxs və ya baxıcı eşitmə və ya qulaq sağlamlığında dəyişiklik hiss edərsə, 1 il və ya daha tez müddətdə yenidən müayinə edin. |
| Yüngül eşitmə itkisi | Orta hesabla 20-34 dB | Uşaqlar: Eşitmə cihazı taxılmalıdır. Böyüklər: 1 ildən sonra monitorinq aparın və yenidən qiymətləndirin. Qulağa qulluq etməyi öyrədin. |
| Orta dərəcədə eşitmə itkisi | Orta hesabla 35-49 dB | Böyüklər və uşaqlar: Eşitmə cihazı taxılmalıdır. |
| Ağır-mülayim eşitmə itkisi | Orta hesabla 50-64 dB | Böyüklər və uşaqlar: Eşitmə cihazı taxılmalıdır. |
| Ağır eşitmə itkisi | Orta hesabla 65-79 dB | Uşaqlar: Qulaq və eşitmə mütəxəssisinə yönləndirin. Böyüklər: Eşitmə cihazı taxılmalıdır. |
| Dərin eşitmə itkisi | Orta hesabla 80 dB-dən çox | Böyüklər və uşaqlar: Qulaq və eşitmə mütəxəssisinə yönləndirin |
Bundan sonra nə etməlisiniz?
Birini seçin.
Yönləndirmək variantı düzgündür!
Bet ağır eşitmə itkisinə malikdir. Valideynlərin razılığı ilə o, daha ixtisaslaşmış müayinə üçün qulaq və eşitmə mütəxəssisinə yönləndirilməlidir.
2. Campa 11 yaşındadır. Sağ qulağının orta eşitmə həddi 23 dB-dir. Sol qulağının orta eşitmə həddi 55 dB-dir.
Bundan sonra nə etməlisiniz?
Birini seçin.
Yönləndirmək variantı düzgündür!
Campanın sağ və sol qulaqları arasında 15 dB-dən çox fərq var. Valideynlərin razılığı ilə o, daha ixtisaslaşmış qiymətləndirmə üçün qulaq və eşitmə mütəxəssisinə yönləndirilməlidir.
Razılıq
Bəzi uşaqlar eşitmə cihazlarından faydalanacaqlar.
Eşitmə cihazlarının potensial faydalarını izah edin və qərar verməzdən əvvəl uşağa eşitmə cihazlarından istifadə təcrübəsini yaşamaq imkanı verin.
Uşaq və ya ona qulluq edən şəxs eşitmə aparatları ilə təmin olunmaq istəmirsə, gələcəkdə qərarlarını dəyişəcəkləri təqdirdə istənilən vaxt reabiliatsiya xidmətinə təkrar müraciət edə edə biləcəklərini bildirin.
Uşaq və ona qulluq edən şəxsin eşitmə cihazı təmin etməyə razılıq verib-vermədiyini qeyd edin.
Eşitmə cihazları ilə təmin olunmalıdır
Əvvəlcə mövcud variantlardan proqramlaşdırıla bilən eşitmə cihazının növünü seçin.
Formada aşağıdakılar da daxil olmaqla məlumatları qeyd edin:
- Eşitmə cihazı
- Qulaq qəlibini
- Batareya
Tövsiyə
Seriya nömrələri üçün qablaşdırmanı və istifadəçi təlimatını yoxlayın. Eşitmə cihazı qoşulduqda proqramlaşdırıla bilən eşitmə cihazının seriya nömrəsi proqram təminatında qeyd edilə bilər.
İstifadə qaydasını öyrədin
Uşağın eşitmə cihazlarından maksimum fayda əldə etməsi üçün həm uşağa, həm də ona qulluq edən şəxsə aşağıdakıları izah etmək vacibdir:
- Eşitmə cihazlarının üstünlükləri
- Eşitmə cihazlarından necə istifadə etməli və onlara necə qulluq etməli
- Batareyanın ömrünü necə yoxlamaq və batareyaları nə vaxt dəyişdirmək lazım olduğu
- Sözlərin anlamağı necə yaxşılaşdırmaq olar
Təlimat
Eşitmə cihazlarından necə istifadə etmək barədə dördüncü dərsdə daha çox məlumat əldə edin.
Növbəti müayinə üçün görüş
Uşaqların eşitmə cihazlarından istifadəyə uyğunlaşması üçün vaxt lazımdır. Sadə problemlərin həlli ilə bağlı məsləhətlər kömək edə bilər.
Uşaq və ona qulluq edən şəxs ilə iki həftə ərzində əyani əlaqə saxlayaraq onların necə olduğunu yoxlamaq vacibdir.
Təlimat
Növbəti müayinə üçün görüş haqqında beşinci dərsdə daha çox məlumat əldə edin.
Təlimat
Bəşir üçün bir plan quraraq biliklərinizi sınayın.
Sual

Bəşiri xatırlayırsınızmı?
Bəşir altı yaşındadır və beş yaşlı bacısı Siti ilə birlikdə məktəbə gedir. Məktəb müayinəsindən sonra Bəsir eşitmə testi üçün göndərilib. Bəşirdə eşitmə itkisi aşkarlanıb. Nəticələr göstərir ki, Bəşirin sağ qulağında orta eşitmə həddi 53,75 dB, sol qulağında isə 56,25 dB-dir.
Eşitmə itkisi dərəcəsi cədvəlinə baxın.
| Dərəcə | Orta hesab | Tövsiyə |
| Normal diapazonda | Orta hesabla 20 dB-dən az | Böyüklər və uşaqlar: Eşitmə aparatlarına ehtiyac yoxdur. Qulağa qulluq etməyi öyrədin. Əgər şəxs və ya baxıcı eşitmə və ya qulaq sağlamlığında dəyişiklik hiss edərsə, 1 il və ya daha tez müddətdə yenidən müayinə edin. |
| Yüngül eşitmə itkisi | Orta hesabla 20-34 dB | Uşaqlar: Eşitmə cihazı taxılmalıdır. Böyüklər: 1 ildən sonra monitorinq aparın və yenidən qiymətləndirin. Qulağa qulluq etməyi öyrədin. |
| Orta dərəcədə eşitmə itkisi | Orta hesabla 35-49 dB | Böyüklər və uşaqlar: Eşitmə cihazı taxılmalıdır. |
| Ağır-mülayim eşitmə itkisi | Orta hesabla 50-64 dB | Böyüklər və uşaqlar: Eşitmə cihazı taxılmalıdır. |
| Ağır eşitmə itkisi | Orta hesabla 65-79 dB | Uşaqlar: Qulaq və eşitmə mütəxəssisinə yönləndirin. Böyüklər: Eşitmə cihazı taxılmalıdır. |
| Dərin eşitmə itkisi | Orta hesabla 80 dB-dən çox | Böyüklər və uşaqlar: Qulaq və eşitmə mütəxəssisinə yönləndirin. |
Bəşir üçün hansı tədbir görülməlidir?
Birini seçin.
Eşitmə cihazları təmin etmək düzgündür!
Bəşirin hər iki qulağında orta dərəcədə ağır eşitmə itkisi var. Eşitmə cihazı taxılmalıdır.