Çıxarıla bilən sərt çəkmələr adətən qısa müddətli istifadə üçün nəzərdə tutulur. Hər kəsin səhiyyə işçisinin müşahidəsinə ehtiyac yoxdur
Aşağıdakı hallarda bir çox insan yönləndirilmə həkimləri tərəfindən müşahidə olunacaqdır:
- Yaxşı mobillik
- Tam hissiyyat
- Heç bir dəri probleminin olmaması
Əgər şəxsin narahatçılığı varsa, onu bir həftədən sonra müşahidə etmək lazımdır.

Yönləndirən həkimə qayıtmazdan əvvəl insanların müşahidədən nə vaxt faydalanacağı haqqında daha çox öyrənmək üçün oxumağa davam edin.
Sual

Mario xatırlayırsınız?
Mario ayaq biləyindən əməliyyat olunduqdan sonra çıxarıla bilən sərt çəkmədən istifadə edirdi. Mario şəkər xəstəsidir və ayaqlarında hisslərlə bağlı problemlər yaşayır.
Mario yenicə çıxarıla bilən sərt çəkmə ilə təchiz edilib.
Onu nə zaman müşahidə etmək lazımdır?
Əgər a-nı seçmisinizsə, haqlısınız.
Mario ayaqlarında hissetməni (hissiyatı) itirib, buna görə də ayaq yaraları təhlükəsi ilə üz-üzədir. Onun üçün heç bir problem yaratmaması üçün çıxarıla bilən sərt çəkmədən istifadədən bir həftə sonra onu müşahidə etmək lazımdır.
b, c və ya d-ni seçmisinizsə, haqlı deyilsiniz.
Müşahidə aparmağa başlamaq dörd-altı həftədən sonra çox gecdir. Mario ayaq problemləri təhlükəsi ilə üzləşdiyi üçün daha tez müddətdə müşahidə edilməlidir.
Mario artıq çıxarıla bilən sərt çəkməyə ehtiyacı olmadığı halda belə, həkim müşahidə aparacaqdır.
Bir həftədən sonra müşahidə aparmaq
Yoxlayın:
- Çıxarıla bilən sərt çəkmə dəri problemləri və ya ayaqlarında hiss (hissiyyat) problemi olan insanlar üçün heç bir problemi daha da ağırlaşdıra bilməz .
- Çıxarıla bilən sərt çəkmə şişkinliyi olan insanlar üçün tam uyğunlaşdırlır.
- Əgər sizi narahat edirsə, o, çıxarıla bilən sərt çəkmə ilə təhlükəsiz şəkildə yeriyə bilər.
Sual

Mario xatırlayırsınız?
Marionun ilk müşhidəsi zamanı o, evdə qaldığını söylədi, çünki çıxarıla bilən sərt çəkmədən çöldə
istifadə etməkdə çətinlik çəkir.
Mario üçün nə edərdiniz?
Uyğun gələnlərin hamısını seçin.
Əgər a və b-ni seçmisinizsə, haqlısınız.
Marionun açıq havada yeriməyi izləmək onun hərəkət etməsi üçün yeriməyə yardımçı vasitəyə ehtiyacı olub-olmamasına qərar verməyə kömək edəcəkdir.

Mario ilk dəfə üşahidə zamanı açıq havada yeriyərkən nə yaxşı görünürdü, nə də ki, özünü yaxşı müvazinətdə hiss edirdi. Marionun səhiyyə işçisi onu yeriməyə yardımçı vasitə üçün qiymətləndirmək qərarına gəldi.
Artıq o, özünə dəstək vermək üçün əl ağacından istifadə edir. O, həmçinin açıq havada çıxarıla bilən sərt çəkməsındən istifadə etməyə daha əmindir və yerli mağazaya yeriyrək gedə bilir.
Sual

Veyi xatırlayırsınızmı?
Vey zəng və xahiş edib müşahidəyə yazıldı, çünki çıxarıla bilən sərt çəkmədə özünü boş hiss edirdi. O, qaytanlardan birini itirmişdi.
Vey üçün nə edərdiniz?
Uyğun gələnlərin hamısını seçin.
Əgər a və b-ni seçmisinizsə, haqlısınız.
İtmiş qaytanı əvəz edin. Əgər qaytanı əvəz etdikdən sonra çıxarıla bilən sərt çəkmə tam uyğun gəlmirsə, onu yenisi ilə əvəz edin.
c doğru deyil.
Ölçünü dəyişməzdən əvvəl onu yoxlamaq lazımdır.
Altı həftədən sonra müşahidə
Altı həftədən çox çıxarıla bilən sərt çəkmədən istifadə edən şəxs müşahidə edilmlidir.
Bu müşahidə zamanı nəyinsə işlənib aşındığını və ya sındığını görmək üçün çıxarıla bilən sərt çəkməni yoxlayın.
Yoxlayın:
- Qaytanlar hamısı yerindədir, qırılmayıb
- Altlıq yaxşı vəziyyətdədir.
Altı həftədən sonra astar adətən çirkli olur. Bu zaman onu təmiz astarla əvəz edin.

Əgər çıxarıla bilən sərt çəkmədə çatlar əmələ gəlibsə və ya çıxarıla bilən sərt çəkmənin altlığı xarab olubsa, onu əvəz etməyiniz lazım gələcəkdir.
Əgər məhsul təmir olunursa və ya əvəz olunursa, o, yenidən şəxs üçün təchiz olunmalıdır.