Öyrədin

Çıxarıla bilən sərt çəkmələləri düzgün istifadə etmək lazımdır. Düzgün istifadə nəticəsində aşağıdakılar qarşısı alınır:
- Daha bir zədə (xəsarət)
- Çıxarıla bilən sərt çəkmənin içində dərinin zədələnməsi.
Çıxarıla bilən sərt çəkməni nə vaxt geyinmək lazımdır?

Şəxsin planında çıxarıla bilən sərt çəkmənin geyinilmə-çıxarılma qaydaları və geyinmə rutini təsvir olunacaqdır.
Həmişə

Əgər həkim çıxarıla bilən sərt çəkməni götürməməyi xahiş edibsə, əvvəlcə həkimlə danışmadan onu istənilən vaxt çıxarmaq olmaz. Bunu şəxsə izah edin.
Çıxarın: yatmaq və/və ya yuyunmaq üçün

Əgər həkim çıxarıla bilən sərt çəkməni şəxs yuyunarkən və ya yatarkən çıxarmaq olar desə, bu fəaliyyətlərə görə onu çıxarmaq olar.
Şəxsə izah edin:
- Çəkməni çıxarmazdan əvvəl həmişə oturun
- Çıxarıla bilən sərt çəkmə olmadan ayaq üstə dayanmayın və yeriməyin
- Əgər çıxarıla bilən sərt çəkməni yatmaq üçün çıxarırsınızsa, onu çarpayınızın yaxında saxlayın.

Cesi xatırlayırsınız?
Cessin yönləndirilməsində deyilir ki, o, yuyunmaq üçün çıxarıla bilən sərt çəkməni çıxara bilər.
Onun duşunda oturmaq üçün stulu var. Bu isə o deməkdir ki, o, yuyunarkən çıxarıla bilən sərt çəkməsız ayaq üstə dayanmalı deyil.
Çıxarıla bilən sərt çəkmənin istifadə edilməsi və ona qulluq göstərilməsi

Çıxarıla bilən sərt çəkməyə yaxşı qulluq edilərsə, onun faydalı istifadə dövrü daha uzun və təhlükəsiz olacadır.
Çıxarıla bilən sərt çəkməyə qulluq etmək barədə insanlara öyrədin. O cümlədən:
- Çöl hissəsini nəm bez ilə silmək
- Əgər çıxarıla bilən sərt çəkməni çıxara bilsələr, yumaq ehtiyacını azaltmaq üçün astarın altına corab geymək.
Çıxarıla bilən sərt çəkməni necə geymək lazımdır?
Şəxsə çıxarıla bilən sərt çəkməni üç mərhələ ilə düzgün şəkildə geyinməyi öyrədin.
1. Hazırlıq
- Geyinməmişdən əvvəl çıxarıla bilən sərt çəkmənin içində hər hansı əşyanın olub-olmadığını həmişə yoxlayın.
- Ayağınızı və qılçanızı hər hansı yeni ləkə və ya zədələnmiş dəriyə görə yoxlayın
- Uzun təmiz corab geyinin. Əgər yönəldən şəxs çıxarıla bilən sərt çəkmənin çıxarmmağın mümkün olduğunu deyibsə, hər gün corabı dəyişin.
2. Geyinmək
- Dizlərinizi əyib oturun
- Dabanınız astarın arxasında olmaqla, ayağı çıxarıla bilən sərt çəkmənin içərisinə keçirin
- Astarı ayağın ətrafına bükün və qırışların olmadığından əmin olun
- Qaytanları düzgün ardıcıllıqla yerinə bağlayın:
- Ayaq biləyi
- Ayaq
- Baldır.
3. Rahatlığı yoxlayın
Qaytanlar möhkəm olmalı, lakin heç bir ağrıya səbəb olmalı deyil.
Çıxarıla bilən sərt çəkməni özünüzə necə geyinə bildiyinizi görmək üçün bu videoya baxın.
Sual
Bu cümlələr doğrudur, yoxsa yanlış?
1. Şəxs özü çıxarıla bilən sərt çəkməni geyindikdə, çıxarıla bilən sərt çəkmədən astarı çıxarmalıdırlar.
Yanlışdır (Səhvdir) cavabını seçmisənsə, haqlısınız.
Astar çıxarıla bilən sərt çəkmədə qalmalıdır.
2. Çıxarıla bilən sərt çəkməni özü geyinən zaman şəxs ilk növbədə ayaq barmaqları qaytanlarını bağlamalıdır.
Yanlışdır (Səhvdir) cavabını seçmisənsə, haqlısınız.
İlk öncə ayaq biləyinin qaytanları yerinə bağlanmalıdır.
Çıxarıla bilən sərt çəkməni necə soyunmaq lazımdır?
Şəxsə necə etməyini göstərin:
- Bütün qaytanları açın
- Astarı açın
- Ayağı mümkün qədər az hərəkətlə çıxarıla bilən sərt çəkmədən ehtiyatla çıxarın.
Şəxsə çıxarıla bilən sərt çəkmədən astarı çıxartmamağı öyrədin.
Çıxarıla bilən sərt çəkməni necə çıxara biləcəyinizi görmək üçün bu videoya baxın.
Çıxarıla bilən sərt çəkmənin nizamlanması

İzah edin:
Əgər çıxarıla bilən sərt çəkmədə özünü həddindən artıq boş və ya sıx hiss edirsinizsə, qaytanları nizamlayın ki, özünüzü rahat hiss edəsiniz.
Əgər çıxarıla bilən sərt çəkmə həddən artıq boşdursa, ayaq biləyini və ayağı düzgün dəstəkləməyəcək.
Fəaliyyət
Şəxsə izah edin ki, bəzi fəaliyyətlər sərt çəkmə geyinərkən əlavə qulluq tələb edir.
- Şəxs pilləkənlə yuxarı və aşağı yeriyərkən məhəccərdən istifadə etməlidir
- Şəxs yamaclarda yuxarı-aşağı yeriyərkən yeriməyə yardımçı vasitəyə ehtiyacı ola bilər
- Əgər şəxs qılçasında/ayağında ağırlıq daşıya bilmirsə, duş qəbul edərkən duş kreslosuna ehtiyacı ola bilər
Bəzi fəaliyyətlərin icrası çıxarıla bilən sərt çəkmə geyinərək mümkün deyil, o cümlədən:
- Maşın və ya motosiklet sürmək
- Tez qaçmaq və ya yerimək
- Tullanmaq.
Çxarıla bilən sərt çəkmənin islanmaqdan qorunası

İzah edin:
Çıxarıla bilən sərt çəkmələr suda istifadə edilməməlidir.
Əgər həkim çıxarıla bilən sərt çəkmələri çıxarmamağı məsləhət görübsə, şəxs yuyunarkən onları qorumaq olar.
Müzakirə
Şəxs yuyunan zaman çıxarıla bilən sərt çəkmənin çıxarıla biləcəyini həkim söyləyənədək onu çıxarmaq olmaz.
Çıxarıla bilən sərt çəkmənin üstündəki plastik torba çəkməyə suyun daxil olmasının qarşısını almağa kömək edə bilər.

Şəxs yuyunarkən çəkməni çıxarmaq mümkün deyilsə, onu qorumağın başqa üsullarını düşünə bilərsinizmi?
Sual

Cozefinanı xatırlayırsınız?
Cozefina balıqçıdır və o, qayığında və sahildə xeyli vaxt keçirir. Onun ayağında yumşaq toxuma zədələnib və onun sağala bilməsi üçün çıxarıla bilən sərt çəkmə lazım olub. Cozefina şəkər xəstəsidir və ayaq yaraları riski altındadır.
Çıxarıla bilən sərt çəkmədən suya yaxın yerdə istifadə etmək barədə Cozefinaya nə deyərdiniz?
Uyğun gələnlərin hamısını seçin.
Əgər a və b-ni seçmisinizsə, haqlısınız.
Çimərlikdə və suda çıxarıla bilən sərt çəkmə getməyin riskləri barədə Cozefina ilə danışmaq çox vacibdir. Cozefinaya məsləhət görün ki, o, dabanları yaralı vəziyyətdə balıq tutmağa davam edə bilməz.
Cozefinanın ayaq yarası riski yüksəkdir. Əgər onun ayağı çıxarıla bilən sərt çəkmənin içində islanarsa, bu, yeni ayaq yarasına səbəb ola bilər.
Çıxarıla bilən sərt çəkmə islanırsa, nə etməli olduğunu da izah etmək vacibdir.
c doğru deyil.
Çıxarıla bilən sərt çəkməni suda istifadə etmək olmaz.
Yatarkən çıxarıla bilən sərt çəkmədən istifadə etmək
İzah edin:
Əgər çıxarıla bilən sərt çəkməni yatmağa görə çıxarmaq mümkün deyilsə, onu daha rahat etmək üçün ətrafına yumşaq material sarımağa çalışın.

Veyi xatırlayırsınızmı?
Vey yatdığı zaman onun üçün daha rahat olması üçün çəkməsini köhnə yastıq üzünə büküb. Bu isə çıxarıla bilən sərt çəkmənin digər ayağına sürtməyinin qarşısını alır. Vey əlavə rahatlıq üçün dizləri arasında yastıq qoyub yatır.
Təhlükəsiz hərəkət etmək

İzah edin:
Çıxarıla bilən sərt çəkmə ilə yeriməyə başlamazdan əvvəl:
- Çıxarıla bilən sərt çəkmənin düzgün geyinildiyini yoxlayın
- Həmişə o biri ayağa qalın altlıqlı münasib ayaqqabı geyinin
- Çəkmə geyindiyiniz qılçanız ayaqqabı geyindiyiniz qılçanızdan daha uzun ola bilər. Münasib ayaqqabı yeriyən zamanı özünüzü daha müvazinətli hiss etməyinizə kömək edəcəkdir.
Ayaq üstə duranda, oturarkən və çıxarıla bilən sərt çəkmə ilə yeriyərkən təhlükəsizlikdə olmaq vacibdir. Əvvəlcə sizi dəstəkləyəcək bir şəxsin olması nəticəsində özünüzü daha çox təhlükəsizlikdə hiss edə bilərsiniz.
İlk dəfə çıxarıla bilən sərt çəkmədən istifadə edərkən:
- Ağırlıq hiss edəcəksiniz
- Müvazinəti çətinləşdirə bilər
- Əgər lazım gələrsə, müvazinətinizi saxlamaq üçün yeriməyə yardıçı vasitədən istifadə edilməlidir.

Tam ağırlıq daşımaqla yerimək
Çıxarıla bilən sərt çəkməyə tam ağırlığınızı salmaqla normal yeriməyə çalışın.
Çıxarıla bilən sərt çəkməyə tam ağırlığı salmaqla yerimə qaydasını görmək üçün bu videoya baxın.
Yarımçıq ağırlığı daşımaqla yerimək
Çıxarıla bilən sərt çəkməyə yalnız bir az ağırlıq salmaqla yeriməyə yardımçı vasitədən istifadə edin.
Çıxarıla bilən sərt çəkməyə yarımçıq ağırlıq salmaqla istifadə qaydalasını görmək üçün bu videoya baxın.
Heç bir ağırlıq daşımadan yerimək
Çıxarıla bilən sərt çəkməyə heç bir ağırlıq salmadan yeriməyə yardımçı vasitəndən istifadə edin.
Çıxarıla bilən sərt çəkməyə heç bir ağırlıq salmadan istifadə etmək qaydasını görmək üçün bu videoya baxın.
Sual
Cesi xatırlayırsınız?
Cess ilk dəfə çıxarıla bilən sərt çəkməsindən istifadə edəndə onunla hansı müzakirələr aparardınız?
Uyğun gələnlərin hamısını seçin.
B, c və d-ni seçdinizsə, haqlısınız.
Cess əvvəlcə hamas səth üzərində məşq etməli, sonra isə kənarda vəkələökötür yerdə məşq etməlidir. Bəzi insanlar üçün çıxarıla bilən sərt çəkmə ilə müvazinəti qorumaq çətin ola bilər.
a səhvdir.
Bütün insanlar üçün çıxarıla bilən sərt çəkmədən istifadə etmək həmişə asan olmur.
Təhlükəsiz hərəkət etmək və yeriməyə yardımçı vasitələrindən istifadə edərək şəxsə dəstək olmaq barədə xatırlatmaq üçün TAP Yerməyə köməkçi vasitələr modulunu nəzərdən keçirin.
Xəbərdarlıq əlamətləri

Hər hansı bir xəbərdarlıq əlaməti görsə, şəxsə izah edin ki, sizinlə və ya həkimi ilə əlaqə saxlasın.
Sual
Cessə həkimin köməyindən nə vaxt istifadə edəcəyi barədə nə deyərdiniz?
Uyğun gələnlərin hamısını seçin.
Hamısı doğrudur.
Əgər Cessin hər hansı bir problemi varsa və ya çıxarıla bilən sərt çəkmədən istifadə edərkən hissləri (hissiyyatı) ilə bağlı fərqli bir şey görürsə, o, səhiyyə işçisi ilə əlaqə saxlamalıdır. Əgər çıxarıla bilən sərt çəkməsi ilə bağlı narahatlığı varsa, səhiyyə işçisi və ya zədəsi ilə bağlı narahatlığı varsa, həkimi ilə əlaqə saxlamalıdır.