Skip to main content
Hərəkət etməkdə

Texniki qulluq və təmir işləri

Dərs: 4 of 5
Mövzu: 3 of 4
0% Complete

Əgər məhsul təmir olunubsa və ya əvəz olunubsa, yadda saxlayın ki, o, şəxsə müvafiq olması üçün yenidən uyğunlaşdırılmalı və nizamlanmalıdır.

Zədələnmiş ayaqqabı

Zədələnmiş ayaqqabı təminatçı tərəfindən yoxlanılmalıdır.

Ayaqqabı zədələnsə, şəxsə kimlə əlaqə saxlaya biləcəyini bildirin.

Zədələrin geniş yayılmış növləri

Ən geniş yayılmış təmir edilə bilən zədələr bunlardır:

  • Zədələnmiş içlik
  • Qayışların üzərindəki yapışqan artıq yapışmır
  • Qayışda yırtıq
  • Üstlük hazırlanmış materialın üzərində yırtıq
  • Zədələnmiş altlıq.

Necə təmir etmək lazımdır?

Təmir işləri təlim keçmiş peşəkar tərəfindən yerinə yetirilməlidir. Müalicəvi ayaqqabını təmir etmək sizdən tələb olunmamalıdır.

Təmir prosesi mövcud olan yerli xidmətlərdən asılı olacaqdır.

Yeni tənzimlənən qayış kimi sadə təmir işləri yerli ayaqqabı istehsalçısı və ya ayaqqabı təmiri xidməti tərəfindən yerinə yetirilə bilər.

Müalicəvi ayaqqabıların əvəz edilməsi (dəyişdirilməsi)

Ayaqqabını əvəz edin və yenidən uyğunlaşdırın, əgər:

  • Uyğun deyilsə
  • Ayaqqabılar zədələnib və onları təmir etmək mümkün deyilsə.

 Sual

Cospehina ayağını yuxarı qaldırır ki, tibb işçisi onun müalicəvi ayaqqabısını yoxlaya bilsin.

Cozefinanı xatırlayırsınız?

Cozefina 12 aydır ki, burnu açıq səndəl olan müalicəvi ayaqqabı geyinir. İndi onlarda bir neçə zədə aşkar edilib.

Tənzimlənən qayışlar cırılıb və yaxşı işləmir

Cozefina nə etməlidir?



Əgər a və b-ni seçmisinizsə, haqlısınız.

Ən yaxşısı imkan olduqda xüsusiyyətləri bərpa etmək, ən yaxşı uyğunluğu təmin etmək, müdafiə və dəstəyi təmin etməkdir.

c səhvdir.

Əgər bu ayaqqabılar Cozefinanın yeganə ayaqqabısıdırsa, o, bu ayaqqabıları təcili təmir etməli, lakin geyinməyə davam etməlidir.

Əgər Cozefinanın geyinməli başqa ayaqqabıları varsa, o, zədələnmiş ayaqqabıları geyinməməlidir. Tənzimlənən qayışlar uyğunlaşdırma prosesində vacib rol oynayır. Əgər qırılıbsa, o, zəif uyğunlaşmaya və ayaq yaralarına gətirib çıxara bilər.