Müşahidə etmək nədir?
Müalicəvi ayaqqqabını müşahidə edən zaman aşağıdakıları yoxlayın:
- İstifadə etmək təhlükəsizdirmi və xəsarət vermir ki
- Tam uyğun gəlirni və ya nizamlamağa ehtiyac varmı
- Ayaq yaralarının qarşısını almaq üçün şəxsin ehtiyacını qarşılayırmı
- Təmirə və ya əvəz etməyə ehtiyac varmı.
Həmçinin yoxlayın:
- Əgər şəxsin başqa xidmətə yönəldilməsinə ehtiyac varsa
- Növbəti müayinə nə vaxt aparılmalıdır.
Müşahidəni nə zaman aparmaq lazımdır?
Müalicəvi ayaqqabıları uyğunlaşdırdıqdan sonra aşağıdakı hər ikisindən sonra müşahidə aparılmalıdır:
- Bir həftə
- Bir ay.
Əgər hər hansı bir narahatlıq siz və ya şəxs tərəfindən müəyyən edilirsə, onu daha tez-tez müşahidə etmək lazımdır.
İki seansdan sonra şəxs 12 aydan bir ən azından bir dəfə ardıcıl olaraq müşahidəyə getməlidir. Əgər şəxsin hər hansı bir narahatlığı olarsa, o, daha tez bir zamanda xidmətlə əlaqə saxlamalıdırlar.
Sual

Jenşeni xatırlayırsınız?
Jenşenin hiss (hissiyyat) və uzun müddət ayaq yarasının ilə bağlı problemləri var. Jenşen 3 həftədir ki, müalicəvi ayaqqabı geyinir. O, ən kiçik ayaq barmağının yuxarı hissəsində qızartı müşahidə etişdir.

1. Bu nə ola bilər?
Uyğun gələnlərin hamısını seçin.
Bütün cavablar doğrudur.
Ayaq barmaqları, xüsusən də cynaqşəkilli barmaqlar geniş yayılmış xəsarət sahəsidir.
Qızarmış nahiyə qabara (döyənəyə) çevrilə bilər və bu, düzgün cavabdır.
Ayaqqabının sürtməsi nəticəsində tez-tez qızartı nahiyəsi görünə bilər və bu düzgündür.
Əgər ayaqqabının sürtməsi dəriyə zərər verməyə davam edərsə, bu, çox güman ki, ayaq yarasına çevrilir.
2. Qızartının yaranmasına nə səbəb ola bilər?
Uyğun gələnlərin hamısını seçin.
Əgər a və b-ni seçmisinizsə, haqlısınız. Ola bilsin ki, ayaqqabı Jenşenin barmaqlarına təzyiq göstərir, yaxud Jenşen barmaqlarına sürtən corablar geyinir.
3. Nə etməlisiniz?
Uyğun gələnlərin hamısını seçin.
Əgər a-nı seçmisinizsə, haqlısınız.
Əgər Jenşenin ayaqqabısı uyğun deyilsə, ona məsləhət görün ki, onları geyinməyi dayandırsın və fərqli ölçüdə ayaqqabıları qiymətləndirsin.
Jenşenin aldığı xəsarətin daha da pisləşməsinin qarşısını almaq üçün onu həmçinin ayaq klinikasına və ya yara klinikasına yönəltmək lazımdır.