Bu mövzuda siz artıq ayaq yaraları və münasib ayaqqabılar haqqında artıq öyrəndiklərinizi təkmilləşdirəcəksiniz.
Ayaq yarasının risk əlamətlərinin nə olduğunu xatırlamırsınızsa və ya əmin deyilsinizsə, geri qayıdın və TAP Hərəkət etməyə köməkçi məhsullar
modulunda ayaq yaraları mövzusunu nəzərdən keçirin.
Əgər münasib ayaqqabıların xüsusiyyətlərini xatırlamırsınızsa və ya əmin deyilsinizsə, TAP Hərəkət etməyə köməkçi məhsullar
moduluna qayıdın və Öyrədin mövzusunu nəzərdən keçirin.
Müalicəvi ayaqqabı nədir?
Dünyanın hər yerində hər otuz saniyədən bir kimsə şəkər xəstəliyi nəticəsində amputasiya keçirir. Bu amputasiyaların əksəriyyəti ayaq yarası inkişaf etdikdən sonra baş verir.
Müalicəvi ayaqqabılar şəxsin ayaqlarını qorumağa və dəstəkləməyə kömək edən konkret xüsusiyyətlərə malik ayaqqabılardır. Onlar şəxsin ayaq yarası inkişaf riskini azaldır.

Müalicəvi ayaqqabından kimlər faydalana bilər?
Artıq ayaq yarası olmayan və ayaq yaraları riski orta və yüksək səviyyəli olan insanlar müalicəvi ayaqqabılardan faydalana bilərlər.

Jenşenlə görüş
Jenşenin 60 yaşı var və o, şəkərli diabet xəstəsidir.
Jenşenin şəkərli diabet xəstəliyi ayaq yarasının inkişaf riskini artırır. Jenşenin riskinin nə qədər yüksək olduğuna qərar vermək üçün səhiyyə işçisi ayaq müayinəsi həyata keçirdi.
Səhiyyə işçisi Jenşenin ayaq yarasının yaranma riskinin yüksək olduğunu müəyyən etdi.
Jenşen aşağıdakılarla əlaqədar müalicəvi ayaqqabından faydalana bilər:
- Ayaqlarını qorumaq və dəstəkləmək
- Ayaq yarasının qarşısını amlaq.
Münasib ayaqqabılar
Ayaq yaraları riski aşağı olan insanlar üçün münasib ayaqqabılar məsləhət görülür.

Sual
TAP Hərəkət etməyə köməkçi məhsullar modulunda münasib ayaqqabıların xüsusiyyətləri verilib. Buradakı xüsusiyyətlərə dair yaddaşınızı yoxlayın.
Aşağıdakı xüsusiyyətlərdən hansı münasib ayaqqabıda olmalıdır?
Uyğun gələnlərin hamısını seçin.
Əgər siz cavabların hamısını seçmisənsə, haqlısınız. Bunların hər biri münasib ayaqqabıda olmalı olan xüsusiyyətlərdir.
Əgər siz bütün xüsusiyyətləri seçməmisinizsə və ya əmin deyilsinizsə, TAP Hərəkət etməyə köməkçi məhsullar
moduluna qayıdıb yaddaşınızı yeniləyin.
Artıq ayaq yarası olan insanlar
Müalicəvi ayaqqabılar cari ayaq yarasının müalicəsi və ya idarə edilməsi üçün istifadə olunmur.
Ayaq yaraları üçün tibbi müalicə və müntəzəm sarğı lazımdır. Onlar üçün yaranın təzyiqini götürən yükün aradan qaldırılması məhsulları da lazım gələ bilər.
Ayaq yarası olan şəxsləri ayaq yarası klinikasına yönəltmək lazımdır.
