Bu modulda istifadə olunan terminlərin bəziləri· aşağıda izah olunur. Bunları çap edərək modulu öyrənərkən istifadə edə bilərsiz.
Yükün aradan qaldırılması – Yükün aradan qaldırılması bədənin bir nahiyədən təzyiqi uzaqlaşdırmaq üçün bir üsuldur. Ondan tez-tez təzyiqi riskli yerlərdən, məsələn, ayaq yarasından uzaqlaşdırmaq üçün istifadə olunur.
Çıxarıla bilən sərt çəkmələr – Qoruma və dəstək üçün əlavə funksiyaları olan çıxarıla bilən məhsul və ya çəkmə. Məqsəd, yerimə zamanı ayaqların yüksək riskli nahiyələrində təzyiqi azaltmaqdır.

Münasib ayaqqabılar – Yaşadığınız yerdə ala biləcəyiniz, ayağa yaxşı oturan və ayaqları qorumağa və yıxılma riskini azaltmağa kömək edən cəhətlərə malik ayaqqabılar.


Müalicəvi ayaqqabılar – Müalicəvi ayaqqabılar yeriyə bilən, lakin ayaqlarını təzyiq və sürtünmədən qorumağa ehtiyacı olan insanlar üçün ayaqqabı və içlikdir.



Ayaq ortrezi– Ayaq ortezi xüsusi hazırlanmış ayaqqabı içliyidir. Ondan ayağı dəstəkləmək, ağrını azaltmaq və ya hərəkəti idarə etmək üçün istifadə olunur.
Ayaqqabının hissələri
İçlik – Ayaqqabının içərisində dəstək üçün yerləşdirilmiş material.
Altlıq – Ayaqqabının altında bünövrə.
Ayağın qabaq hissəsi üçün yuvarlaq platforma (altlıq) – Ayaqqabının dəyirmi formalı bünövrəsi. Dəyirmi forma yeriməyə kömək edir və ayağın altına təzyiqi azaldır. .
Tikiş- İki parçanın bir-birinə tikildiyi xətt.
Ayaq barmaqları üçün boşluğun genişliyi- Bağlı ayaqqabıda ayaq barmaqlarını əhatə edən ayaqqabının önü.
Üstlük – Ayaqqabının müxtəlif materiallardan hazırlana bilən üst hissəsi.

If you find other words that you are not familiar with, ask a colleague, your supervisor, or post a question.