Skip to main content
Görmədə

Göz sağlamlığı

Dərs: 1 of 4
Mövzu: 2 of 4
0% Complete

Sağlam gözlər necə görünür?

Məşğələ

Aşağıda təsvir olunan sağlam gözlərin nümunələrinə baxın.

Aşağıdakı xüsusiyyətlərə diqqət yetirin:

  • Gözün ağı aydındır
  • Gözün mərkəzi (bəbəyi) parlaqdır
  • Gözün mərkəzi (bəbəyi) kürə şəkillidir
  • Gözlərin ətrafında nə qızartı, nə də şişkinlik var
  • Both eyes look in the same direction.

Göz sağlamlığını yoxlayın

Göz sağlamlığı problemləri şəxsin görmə qabiliyyətinə (görməyinə) mənfi təsir edə bilər.

Halbuki, göz sağlamlığı ilə bağlı bir çox problemləri müalicə etmək və şəxsin görmə qabiliyyətini yaxşılaşdırmaq və ya tam bərpa etmək mümkündür.

Şəxsə görmə üçün köməkçi vasitəni təmin etməzdən əvvəl həmişə göz sağlamlığı ilə bağlı hər hansı problemin olub-olmadığını yoxlayın.

Sual

Şəxsin göz sağlamlığı problemi olduğunu göstərən əlamətlər hansılardır?

  • Qızartı
  • Şişkinlik
  • Gözlərdə və gözlərin yaxınlığında şişlik, qoza (çıxıntı) və ya böyümələr
  • İfrazat
  • Quru, gicişən və ya qaşınan gözlər
  • Baş ağrıları

Göz sağlamlığı ilə bağlı problemin əlamətləri

Təlimat

Göz sağlamlığı ilə bağlı problemin çox rast gəlinən nəzərəçarpacaq əlamətlərinin siyahısını oxuyun və müvafiq şəkillərə baxın.

  • Centre of the person’s eye is white or cloudy

İki göz, sol tərəfdəki göz buludludur

Mərkəzi ağ olan gözün yaxından şəkli

Bu, kataraktanın mümkün əlamətidir. Katarakta ən çox hallarda ahıllarda rast gəlinir, lakin o, cavanlara da təsir edə bilər. Katarakta şəxsin görmə qabiliyyətini əhəmiyyətli dərəcədə azaldır.

Cataracts can be treated. Referral to an eye health care professional is essential.

  • Gözdə və ya ətrafda hər hansı bir yerdə qızartı və ya şişkinlik

İki göz, sağ tərəfdəki göz çox qırmızı və şişmişdir

  • Gözün hər hansı bir nahiyəsində və ya ətrafında böyümələr, şişlər və ya qozalar

İki göz, solda olanın alt göz qapağında qırmızı şişlik var

  • Göz və ya göz qapaqlarından ifrazat

İki qırmızı göz, sağ tərəfdə olan gözdə ifrazat var

  • Göz qapaqları çox aşağıya düşüb

  • Bir göz və ya hər iki göz içəriyə və ya xaricə çevrilib (çəplik)

İki göz, biri düz irəliyə baxır, biri də içəriyə baxır.

  • Gözlərin tez-tez idarəolunmaz və ya sıçrayışlı hərəkəti
  • Bəbəklər (gözün qara mərkəzi) işığın reaksiyasında ölçüləri dəyişmir, müxtəlif ölçülərdə olur və ya kürəşəkilli deyillər.

Təlimat

Sağlam gözün işığa necə reaksiya verdiyini görmək üçün bu videoya baxın.

Xəbərdarlıq

As well as the above physical signs, loss of vision or bad headaches that last for more than a few hours, could signal a serious health problem. Refer to a doctor straight away.

Şəkərli diabet və göz sağlamlığı

Şəkərli diabet görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Halbuki, bunun qarşısını problemlərin erkən müəyyən edilməsi və müalicəsi ilə almaq olar.

Bu səbəbdən şəxsin şəkərli diabet xəstəsi olub-olmadığını soruşmaq vacibdir.

Şəkərli diabetdən əziyyət çəkən hər bir şəxs:

  • Həkim və ya diabet xidməti ilə idarəeetmə planı olmalıdır.
  • Göz sağlamlığı üzrə mütəxəssis tərəfindən onun görmə qabiliyyəti müntəzəm şəkildə nəzərdən keçirilməlidir.

Müzakirə

Həmkarlarla müzakirə edin:

  • Ərazinidə şəkərli diabetdən əziyyət çəkən şəxslər müalicə üçün hara gedirlər?
  • İnsanları bu xidmətlərə necə yönəldirsiniz?

Təlimat

Learn more about eye health and how to manage eye health problems in the TAP Primary eye care course.