Göz sağlamlığının yoxlanılmasından sonra həyata keçirilən iki sadə görmə testi var. Bunlara daxildir:
- 8 yaş və daha yuxarı yaşda olan insanlar üçün sadə uzaq görmə testi
- 40 yaş və daha yuxarı yaşda olan insanlar üçün sadə yaxın görmə testi.
TAP görmə yoxlaması E-Cədvəli
TAP görmə yoxlaması yalnız yoxlama üçün istifadə olunmalıdır, tam görmə qiymətləndirməsi üçün deyil.
Cədvəllər müxtəlif istiqamətlərə baxan müxtəlif ölçülü "E" hərflərindən ibarətdir.
Onlardan həm sadə uzaq görmə testi, həm də sadə yaxın görmə testi aparmaq üçün istifadə etmək olar.
Hər bir test üçün insanlar E hərfinin 'ayaqları'nın 'açıq' ucunun istiqamətini göstərir.
Əgər onlar doğru cavab versələr, bu onu göstərir ki, şəxs E-ni aydın görə bilər.




Tövsiyə
E hərflərinin hər bir cərgəsinin yanındakı rəqəmlər E hərflərinin ölçüsünü təsvir edir.
Şəxsin hazırlanması
Şəxsdən stulda oturmasını xahiş edin və E-Cədvəlləri göstərin.
Onlara izah edin:
- Onların uzağı və yaxını (yaxınlığı) nə dərəcədə yaxşı gördüklərini öyrənmək üçün cədvəllərdən istifadə edəcəksiniz.
- Uzaqgörmə testi üçün şəxsin hər dəfə bir gözünü yoxlamaq üçün ondan bir gözünü açıb digərini yummağı xahiş edin.
- Test zamanı siz ondan cədvəldəki E-lərə baxmağı xahiş edəcəksiz.
- Göstərdiyiniz hər bir E hərfi üçün o, hər bir “E”-nin “ayaqlarının” istiqamətini göstərməlidir. O, bunu əlləri və ya sözləri ilə edə bilər.
Onlarla məşq edin ki, başa düşdüklərini biləsiniz.

Şəxsin eynəyinin olub olmadığını yoxlayın
Şəxsdən onlara təyin olunmuş eynəklərinin olub-olmadığını soruşun.
Əgər belədirsə, eynəklərin aşağıdakılar üçün olub-olmadığını soruşun:
- Uzaq görmə, yaxud
- Yaxın görmə
Əgər eynəklər uzaq məsafəni görmək üçündürsə, onlar uzaq görmə testi zamanı bu eynəyi taxmalıdırlar.
Əgər eynək yaxından görmək üçündürsə, yaxın görmə testi zamanı bu eynəyi taxmalıdırlar.
Əgər onlar əmin deyillərsə və ya eynəklər onlar üçün fərdi olaraq təyin edilməyibsə, test zamanı onları taxmamalıdırlar. Bu, səhv test nəticəsinə səbəb ola bilər.
Yerin hazırlanması
Sadə uzaq görmə testi 3 metr məsafədən E-Cədvələ baxan şəxs ilə aparılır.
Yaxud:
- Şəxsin görməsi üçün E-Cədvəli qarşınızda tutun, YAXUD
- E-Cədvəli divara yapışdırın.
Testdə iştirak edən şəxs oturmalıdır.
Yeri hazırlamaq üçün:
- Əgər cədvəli tutacaqsınızsa – duracağınız yeri işarələyin.
- Əgər cədvəl divara yapışdırılıbsa, onu oturmuş şəxsin göz səviyyəsinə yerləşdirin.
- Kreslonu elə yerləşdirin ki, söykənəcək cədvəldən 3 m məsafədə olsun.
- Kreslonun qoyulmalı olduğu yeri işarələyin ki, əgər onu başqa yerə aparsalar, onu asanlıqla düzgün yerinə qaytarmağınız mükün olsun.
Əgər siz müxtəlif yerlərdə görmə müayinəsi aparırsınızsa, məsafəni qısa müddətdə işarələmək üçün sizdə istifadə edə biləcəyiniz 3m uzunluğunda ip olmalıdır.
Sadə uzaq görmə test metodu
Şəxsdən 3 metr aralıda dayanaraq E-Cədvəli tutun.
Hər dəfə bir gözü test edin.
1. Əvvəlcə sağ gözü yoxlayın.
2. Şəxsdən sol gözünü əlinin içi ilə yavaşca örtməsini xahiş edin. Güclə basmadığından əmin olun.
3. E hərfinin yuxarı sətrinə işarə edin. E hərfini əlinizlə və ya göstəricinizlə örtmədiyinizdən əmin olun. Şəxsdən E hərfinin istiqamətini göstərməsini xahiş edin.
- Əgər şəxs yuxarı sətirdəki 4 E-dən 2 və ya daha çoxunun düzgün istiqamətini göstərə bilirsə, Bəli qeyd edin və son sətirə keçin.
- Əgər şəxs yuxarı sətirdəki 2-dən az E hərfinin düzgün istiqamətini göstərirsə, Xeyr qeyd edin və sol gözə keçin.
4. E hərfinin son sətrini göstərin. Şəxsdən E hərfinin istiqamətini göstərməsini xahiş edin.
- Əgər şəxs aşağı sətirdəki 5 E-dən 3 və ya daha çoxunun düzgün istiqamətini göstərə bilirsə, Bəli qeyd edin.
- Əgər şəxs aşağı sətirdəki 3-dən az E hərfinin düzgün istiqamətini göstərirsə, Xeyr qeyd edin.
5. Sol göz üçün 1-dən 4-ə qədər addımları təkrarlayın.
6. Formada qeyd edin:
- Əgər Bəli hər iki gözdə yuxarı və aşağı sətirlərə qədər uzaq görmə yoxlmaasından keçiblər. Yoxlayın:
- Əgər şəxs 40 yaşdan kiçikdirsə Planlaşdırmağa davam edin.
- Əgər şəxs 40 yaş və ya daha böyükdürsə Yaxın görmə testinə davam edin.
- Əgər Xeyr hər hansı biri;
- Yuxarı sətir Təcili olaraq göz sağlamlığı mütəxəssisinə yönləndirin.
- Aşağı sətir Göz sağlamlığı mütəxəssisinə yönləndirin.
- Əgər şəxs son 3 ayda göz sağlamlığı mütəxəssisinə müraciət edibsə, görmə qabiliyyətinin zəifliyi üçün köməkçi məhsulları qiymətləndirin.
Əgər şəxs təlimatları başa düşə və ya yerinə yetirə bilmirsə, uzaq görmə testinə davam etməyin. Qeyd uzaq görmə testini tamamlaya bilmir. Göz sağlamlığı mütəxəssisinə yönləndirin.

Təlimat
Sadə uzaq görmə testinin necə aparılacağını görmək üçün videoya klikləyin.
Sadə yaxın görmə testi metodu
Şəxsdən E-Cədvəlini qarşısında tutmasını xahiş edin. Əgər onu asanlıqla tuta bilməsə, onu siz də tuta bilərsiniz.
E-Cədvəl ilə şəxsin gözləri arasındakı məsafə təxminən 40sm və ya onun oxumaq üçün E-Cədvəli tutması üçün rahat olan məsafə olmalıdır.
Hər iki gözü eyni anda yoxlayın (hər iki göz açıq vəziyyətdə).
1. 5 E hərflərinin sırasını göstərin (sadə yaxın görmə testi E-lər). Şəxsdən sıradakı hər bir E hərfi üçün ayaqların istiqamətini göstərməsini xahiş edin.
- Əgər şəxs 3 və ya daha çox E hərflərinin istiqamətini düzgün göstərirsə, yaxın görmə eynəyinə ehtiyac yoxdur.
- Əgər şəxs 3 və ya daha çox E hərflərinin istiqamətini düzgün göstərmirsə, yaxın görmə eynəyi tələb oluna bilər.
2. Nəticələri görmə yoxlaması formasında qeyd edin.
Təlimat
Sadə yaxın görmə testinin necə aparılacağını görmək üçün videoya klikləyin.

