İkinci addım – Uyğunluq

Mövzunun davamı:

4 addımdan 2-cini əks etdirən qrafik.

İkinci addım köməkçi məhsulun uyğunlaşdırılmasıdır.

Xidmət təminatçısı skamyanın yanında dayanıb, əlində əl ağacını tutub.

Köməkçi məhsul seçildikdən sonra xidmət təminatçısı köməkçi məhsulun aşağıdakı kimi olmasına əmin olur:

  • Düzgün yığılıb
  • Düzgün ölçüyə uyğunlaşdırılıb
  • Şəxsin istifadəsi üçün rahat və təhlükəsizdir

Bu addım zamanı insandan birbaşa rəy almaq çox vacibdir.

Köməkçi məhsuldan asılı olaraq, onun uyunlaşdırılması prosesinə şəxsin tələbatlarına münasib olması üçün növbəti düzəlişlər (nizamlamalar) və/və ya dəyişikliklər etmək daxil ola bilər.

Bir xidmət təminatçısı Maykla görmə qabiliyyəti zəifləmiş və ya itirilmiş şəxslər üçün çubuq/ağ çəlikdən istifadə etməyi sınaqdan keçirməyə kömək edir. O, bir əli ilə Mayklın bu çubuqdan istifadə etməsində kömək edir, digər əli isə Mayklı istiqamətləndirmək üçün onun çiyninə qoyub.

Bu nümunədə Maykl ilə işləyən xidmət təminatçısının görmə qabiliyyəti zəifləmiş və ya itirilmiş şəxslər üçün çubuq/ağ çəlikin düzgün uzunluqda olduğunu yoxladığnı görə bilərsiniz. Çubuq kifayət qədər uzun olmalıdır ki, Maykl yeriyərkən qarşısındakı yeri yoxlaya bilsin.

Düzgün uyğunlaşmaq çox vacibdir. Əgər məhsul tam uyğunlaşdırılmazsa, işə yaramaz, narahat ola bilər və/və ya zərər verə bilər.

Bir xidmət təminatçısı Matiasa gəzinti üçün təkərli hərəkət vasitəsi/rollator ilə yeriməyə kömək edir. Xidmət təminatçısı Matiasın kənarında və arxasında dayanıb və hər iki əli belindədir. Matias hər iki əli ilə gəzinti üçün təkərli hərəkət vasitəsi/rollatoru tutur.

Matiası xatırlayırsınız?

Matias gəzinti üçün təkərli hərəkət vasitəsi/rollatordan istifadə edərək evinin və bağının ətrafında gəzir. O, gəzinti üçün təkərli hərəkət vasitəsi/rollatoru alanda xidmət təminatçısı onun Matias üçün lazımi hündürlükdə qurulduğunu təmin etdi. O, Matiasa gəzinti üçün təkərli hərəkət vasitəsi/rollator ilə yeriməyi məşq etməyə kömək etdi və onun özünü rahat hiss edib-etməyəcəyi barədə soruşdu. O, həmçinin yaxşı vəziyyətdə olduqlarına əmin olmaq üçün əyləcləri yoxladı və gəzinti üçün təkərli hərəkət vasitəsi/rollatorun təhlükəsizliyindən əmin oldu.

Müzakirə forumu