Tamamlanmış yönləndirmə formasını aldıqdan sonra növbəti addım çıxarıla bilən sərt çəkmə qiymətləndirməsini tamamlamaqdır.
Qiymətləndirmə yolu ilə siz şəxsin sağlamlığı və mobilliyi haqqında məlumat toplayacaqsınız

Yönləndirmə formasından əldə edilən məlumat və qiymətləndirməniz sizə aşağıdakılarda kömək edəcəkdir:
- Düzgün taylı və ölçülü çıxarıla bilən sərt çəkmə seçmək.
- Çıxarıla bilən sərt çəkmənin uyğunluğunu və mobilliyini yoxlamaq
- Şəxsə nəyi öyrətmək lazım olduğunu planlaşdıraq
- Müşahidəni planlaşdırmaq
- Digər xidmətlərə yönləndirmələr hazırlamaq.
Qiymətləndirmə formasına şəxsə sual vermək üçün suallar daxildir. Həmçinin onda şəxslə plan qurmaq üçün müvafiq yer var.
Əgər siz hələ TAP çıxarıla bilən sərt çəkmələr üzrə qiymətləndirmə formasını yükləməmisinizsə, onu yükləyin və nüsxəsini çap edin.
Əgər formanı yükləyə bilmirsinizsə, narahat olmayın. Formadakı sualların hər biri modulun bu bölməsini keçərkən aydın şəkildə göstərilir.


Şəxslə oturmaq və qiymətləndirmə formasını tamamlamaq üçün sakit, şəxsi yer tapın.
Şəxsə izah edinki, bu suallar onun üçün münasib olan çıxarıla bilən sərt çəkmənin yoxlanılmasına kömək edir.
Qiymətləndirmə prosesinəşəxsin və/və ya dayənin cəlb edilməsi vacibdir.