Əsas məzmuna keçin
Mobillik

Qiymətləndirmə müsahibəsi: sağlamlıq və mobillik

Dərs: 2 of 5
Mövzu: 3 of 5
0% Tamamlandı

Aşağıdakı mövzular çıxarıla bilən sərt çəkmə üçün qiymətləndirmənin tamamlanması üsullarını daha ətraflı izah edir.

Yönləndirmə haqqında məlumat

Qiymətləndirmə formasının Yönləndirmə haqqında məlumat bölməsi

Məlumatları yönləndirmə formasından qiymətləndirmə formasına ötürün.

Əgər məlumat tam deyilsə və ya yönləndirmə ilə bağlı suallarınız varsa, yönləndirən şəxslə əlaqə saxlayın.

Şəxs haqqında məlumat

Qiymətləndirmə formasının Şəxs haqqında məlumat bölməsi

Məlumatları yönləndirmə formasından qiymətləndirmə formasına ötürün.

Onun düzgün olub-olmadığını şəxslə yoxlayın.

Sağlamlıq və mobillik yoxlanışı

Çıxarıla bilən sərt çəkməni təmin etməzdən əvvəl həmişə şəxsin daha ətraflı qiymətləndirilməsi və ya yönləndirilməsi lazım gələ biləcək hərəkət və ya sağlamlıq üçün hər hansı təhlükənin olub-olmadığını yoxlayın.

Ağırlıq daşıma təlimatları

Qiymətləndirmə formasının Ağırlıq daşıma təlimatları  hissəsi

Sual

Veyin yönləndirmə formasına baxın.

Vey Çen üçün doldurulmuş yönləndirmə formasının bir hissəsi. O, qadındır, 19-39 yaşlarındadır. Sol topuğunda (ayaq biləyində)  yumşaq toxuma zədələnib. Yarı ağırlıq daşıma, yuyunmaq üçün çıxarmaq və 6 həftə bölmələri işarələnib

Vey üçün yönləndirən şəxs hansı vacib təlimatı verib?



Əgər b-ni seçmisinizsə, haqlısınız.

Yönləndirici yönləndirmə formasında yarı ağırlığı daşımaq cavabını seçib.

Əgər şəxs heç bir ağırlıq daşımamaqvə ya yarı ağırlıq daşımaqseçiminə uyğun olarsa, o, yeriməyə yardımçı vasitəndən istifadə etməlidirlər.

Müvafiq yeriməyə yardımçı vasitəni seçmək üçün yeriməyə yardımçı vasitə qiymətləndirilməsini tamamlayın.

" TAP yeriməyə yardımçı vasitəmodulundan istifadə etməklə yeriməyə yardımçı vasitə üçün qiymətləndirmə üsullarını yadda saxlayın.

Khari yerdən qaldıraraq çıxarıla bilən sərt çəkməni geyinir və dirsəkaltı ağaclar ilə yeriyir

Heç bir ağırlıq daşımamaq

Vey yerə toxunan çıxarıla bilən sərt çəkmə geyinib və dirsəkaltı ağaclar ilə yeriyirYarı ağırlıq daşımaq

Sual

Vey səhiyyə işçisi ilə

Vey üçün nə etməyi planlaşdıracaqsınız ki, o, çıxarıla bilən sərt çəkmə ilə yarı ağırlığı daşıyarkən ondan təhlükəsiz istifadə edə bilsin?

Uyğun gələnlərin hamısını seçin.



Əgər b-ni seçmisinizsə, haqlısınız.

Vey çxarıla bilən sərt çəkmə geyinmiş qılçasına tam ağırlığı sala bilməz, buna görə də dəstək vermək üçün onun yeriməyə yardımçı vasitəyə ehtiyacı olacaqdır.

a və c doğru deyil.

Vey üçün çıxarıla bilən sərt çəkmə ilə yeriməyə yardımçı vasitəndən istifadə etmək daha asan və təhlükəsiz olacaqdır. Əgər Vey yeriməyə yardımçı vasitə olmadan hoppanarsa, onun yıxılmaq ehtimalı daha çoxdur. Hoppanmağı məsləhət görmək olmaz.

Vey adətən olduğu kimi yeriyə bilmir, çünki o, çıxarıla bilən sərt çəkmə vasitəsilə tam ağırlığını sala bilmir.

Əgər şəxs tam ağırlığı daşıyırsavə yıxılmaq təhlükəsi ilə üz-üzə deyilsə, ona yeriməyə yardımçı vasitə lazım deyil.

Cess uşağının əlindən tutub və çıxarıla bilən sərt çəkməsı ilə yeriyir

Yıxılma riski

Soruşun: Yıxılmaq sizi narahat edirmi, yaxud ötən il bir dəfədən çox yıxılmısınız?

Qiymətləndirmə formasının Yıxılma riski hissəsi

Əgər şəxs yıxılmaq təhlükəsi ilə üz-üzədirsə, ona aşağıdakılar lazım ola bilər:

  • Daha çox dəstəkli yeriməyə yardımçı vasitə
  • Təhlükəsiz yerimək üçün daha çox təlim və dəstək.

Bəzi insanlar üçün əlil arabası çıxarıla bilən sərt çəkmədən istifadə edərkən onun mobilliyi üçün ən təhlükəsiz variant olacaqdır.

Əgər şəxsin hərəkət etməsi üçün daha çox köməyə ehtiyacı varsa, o halda fiziki terapevtə yönləndirilmə faydalı ola bilər.

Yıxılma təhlükəsi ilə üz-üzə olan şəxs ilə əlaqədar narahatlıq varsa, reabilitasiya xidmətinə yönləndirilməyi nəzərdə tutun  .

Sual

Sofiya rollatoru ilə yeriyir.

Sofiyanın 68 yaşı var və o, bu yaxınlarda evində yıxılıb. Qiymətləndirmədən sonra Sofiyaya hərəkət etməsinə kömək etmək üçün rollator verilb. O, yerli mağazalara yeriməkdən zövq alıb.

Bununla belə, Sofiya gecə yenidən tualetə gedərkən topuğunu yaralayıb. Xəstəxanada o, topuğunun sındırdığını bilib. Sofiyanın sınığı sabitdir və çıxarıla bilən sərt çəkmə üçün yönəldilib.

1. Ötən il Sofiya bir dəfədən çox yıxılıb?


Əgər bəli-ni seçmisinizsə, haqlısınız.

Sofiya yıxılmaq təhlükəsi ilə üz-üzədir. O, evində yıxılmış və bu yaxınlarda gecə tualetə gedəndə yenidən yıxılmışdır.

2. Sofiya ilə hansı mümkün tədbirləri müzakirə etmək lazımdır?

Uyğun gələnlərin hamısını seçin.



Əgər a və b-ni seçmisinizsə, haqlısınız.

c doğru deyil.

Çıxarıla bilən sərt çəkmə şəxsin müvazinətini çətinləşdirir.

İrəliyə əyilməkdə çətinlik

Soruşun: Ayağınıza/ayaqlarınıza toxunmaq üçün irəliyə əyilməkdə çətinlik çəkirsinizmi?

Qiymətləndirmə formasının İrəliyə əyilməkdə çətinlik hissəsi

Bəzi insanlar çıxarıla bilən sərt çəkməni geyinmək və ya çıxaraq üçün ayaqlarına çata bilmirlər.

Əgər o, çətinlik çəkirsə, onun dayəsinin və ya ailə üzvlərinin köməyi tələb oluna bilər.

Əgər o, irəliyə əyilməkdə çətinlik çəkirsə, bu həm də onun müvazinəti ilə bağlı problemlərinin olduğu və yıxılma təhlükəsi ilə üz-üzə olmağı deməkdir.

Qollu kresloda oturan Sofiya irəli uzanır, ayaqlarına çata bilmir

Görmək, özünə qulluq etmək və ya xatırlamaqda çətinlik

Soruşun: Görmək, özünə qulluq etmək və ya xatırlamaqda çətinlik çəkənsinizmi?

Qiymətləndirmə formasının Görmək, özünə qulluq etmək və ya xatırlamaqda çətinlik hissəsi

Əgər şəxsin görmək, özünə qulluq etmək və ya xatırlamaqda çətinlikləri varsa, çıxarıla bilən sərt çəkmədən təhlükəsiz şəkildə istifadə etmək üçün onun dayəsinin və ya ailə üzvlərinin köməyi lazım ola bilər

Həmçinin digər köməkçi məhsullar üçün müayinə, qiymətləndirmə və ya yönləndirmənin lazım olub-olmadığına da diqqət yetirin.

Sual

Sofiya ahıl qadındır

Sofiyanı xatırlayırsınız?

Sofiya yıxıldıqdan və ayaq biləyinin sümüyü sındıqdan sonra çıxarıla bilən sərt çəkmə üçün yönləndirilib.

Qiymətləndirmə müsahibəsi zamanı Sofiya izah edir ki, ayaqlarına çatmaq üçün irəliyə əyilmək onun üçün asan deyil.

Səhiyyə işçisi: Bu, özünə qulluq etməyi, yəni paltar geyməyi və ya yuyunmağı çətinləşdirirmi? Sofiya: Bəli, oğlum mənə paltar geyinməyə kömək edir. O, ayaqlarımı yumağa da kömək edir.Səhiyyə işçisi, Sofiya və oğlu kreslolarda üz-üzə oturublar

Səhiyyə işçisi: Görməkdə çətinliyiniz varmı? Ayaq dərisini yoxlaya biləcəksənmi? Sofiya: Mənim gözlərim əvvəlki kimi yaxşı görmür. Ayaqlarımın altını yoxlamaq çətin olsa da, oğlum mənə kömək edir.

Səhiyyə işçisi, Sofiya və oğlu kreslolarda üz-üzə oturublar

Səhiyyə işçisi: Planlaşdırma və ya xatırlamaq ilə bağlı hər hansı çətinliyiniz vamı? Sofiya: Xeyr, əslində yoxdur. Bəzi işləri görmək üçün sadəcə köməyə ehtiyacım varSəhiyyə işçisi, Sofiya və oğlu kreslolarda üz-üzə oturublar

Sofiyanın oğlu: Məncə, yaxşı yaddaşın var!Səhiyyə işçisi, Sofiya və oğlu kreslolarda üz-üzə oturublar

1. Sizcə, Sofiyanın çıxarıla bilən sərt çəkməsıni geyinmək və çıxarmaq üçün köməyə ehtiyacı varmı?


Əgər bəli-ni seçmisinizsə, haqlısınız.

Sofiya öz ayaq barmaqlarına toxunmaq üçün irəliyə əyilməkdə çətinlik çəkdiyini bildirib. Ayağına çatmaq üçün irəliyə əyilməkdə çətinlik çəkən şəxsin çıxarıla bilən sərt çəkməsini geyinmək və çıxarmaq üçün ailə üzvlərinin və ya dayənin köməyinə ehtiyacı olacaqdır.

2. Sofiyada görmək, özünə qulluq etmək və ya xatırlamaq çətinlikləri varmı?

Uyğun gələnlərin hamısını seçin.



Əgər a və b-ni seçmisinizsə, haqlısınız.

Sofiya əvvəlki kimi görmə qabiliyyətinin olmadığını izah etdi. Bu, çəkmənin qaytanlarını düzəltməyi və ayağındakı dəridə sürtünmə əlamətlərini yoxlamağı çətinləşdirə bilər.

Sofiya həm də geyinmək və yuyunmaq ilə bağlı çətinliklərini izah etdi. O, görmə və özünə qulluq üçün digər köməkçi məhsullardan da faydalana bilər.

c doğru deyil.

Sofiya və oğlu onun düşünmək və ya xatırlamaq ilə bağlı hər hansı çətinliyinin olmadığını bildirdi.

Düşünməkdə və xatırlamaqda çətinlik çəkən şəxsin çəkmələrini nə vaxt çıxarmağı və nə vaxt geyinməli olduğunu yadda saxlamaq üçün köməyə ehtiyacı ola bilər.

Şişkinlik

Soruşun: Qılçalarınızda və ya ayaqlarınızda şişkinlik varmı?

Qiymətləndirmə formasının Ayaqlarda şişkinlik hissəsi

Əgər şəxsdə şişkinlik varsa, o, müntəzəm olaraq çıxarıla bilən sərt çəkmələrin uyğunluğunu yoxlamalıdırlar.

Əgər gün ərzində şəxsin ayağı və ya ayaq biləyinin ölçüləri dəyişirsə, ola bilsin ki, çəkmə həmişə rahat şəkildə uyğunlaşdırılmasın. Qaytanların nizamlanması kömək edəcəkdir.

Plana çıxarıla bilən sərt çəkmənin nizamlanası qaydasının öyrədilməsini daxil edin.

Vey çıxarıla bilən sərt çəkmənin qaytanlarını nizamlayır.

Veyi xatırlayırsınızmı?

Vey ilk dəfə xəsarət alanda onun ayaq biləyi çox şişmişdi. Çıxarıla bilən sərt çəkmə uyğunlaşdırmaq üçün nizamlanmışdır.

Bir neçə gündən sonra şiş çəkildi və o, ayağını çəkmədə boş hiss etdi. Vey qaytanları yenidən nizamladı ki, çıxarıla bilən sərt çəkmənin uyğunluğu yaxşı qalsın.

Səpki və ya dəri problemləri

Soruşun: Sizdə səpki və ya dəri problemləri varmı?

Qiymətləndirmə formasının Səpki və ya dəri problemləri hissəsi

Bəzən dəri çəkmə ilə örtülü qaldıqda bu, səpkilər və ya digər dəri problemlərini daha da ağırlaşdıra bilər.

Müntəzəm dəri müayinələri vacibdir.

Müzakirə

Çıxarıla bilən sərt çəkmədə daha da ağırlaşa biləcək hər hansı dəri problemləri fikrinizə gəlirmi?

Ayaq və ya ayaq barmaqlarında qeyri-adi hisslər

Soruşun: Ayaq və ya ayaq barmaqlarında qeyri-adi hisslər varmı?

Qiymətləndirmə formasının Ayaq və ya ayaq barmaqlarında qeyri-adi hisslər haqqındakı hissəsi

Bəzi insanların qılçalarında, ayaqlarında və ayaq barmaqlarında qeyri-adi hisslər yarana bilər. Ola bilsin ki, onlar dərilərinə sürtünməni və ağrıları hiss etməsinlər.

Qılça və ayağı və ya rəngi dəyişmiş dəri nahiyələrini yaralar üzrə müntəzəm yoxlamaq vacibdir.

Həmçinin dəridəki problemləri yoxlamaq üçün şəxsin daha tez-tez müşahidə edilməsi lazım gələ bilər.

Üçüncü dərsdə müntəzəm dəri yoxlamaları haqqında daha çox məlumat əldə edəcəksiz.

Sual

Mario çıxarıla bilən sərt çəkmə geyinib

Mario xatırlayırsınız?

Mario ayaq biləyinin zədəsi sağaldığı müddətdə çıxarıla bilən sərt çəkmədən istifadə edir. O, şəkər xəstəsidir və ayaqlarında hiss (hissiyyat) ilə bağlı problemlər yaşayır. Marionun bəzən istidə ayaqlarında səpkilər də olur.

Mario üçün hansı tədbirləri məsləhət görərdiniz?

Uyğun gələnlərin hamısını seçin.



B və c-ni seçmisinizsə, haqlısınız.

Mario üçün qılçasınıı və ayağını yoxlamaq çox vacibdir, çünki problem yaranarsa, hiss etməyəcəkdir.

a doğru deyil.

Çıxarıla bilən sərt çəkmə düzgün geyinilməzsə, ayaqda və ya qılçada problem yarada bilər.

Müşahidə etmək haqqında dördüncü dərsdə daha ətraflı məlumat alacaqsınız.

Şəxsin ayaqqabısını yoxlayın

Diqqət edin: Şəxsin ayaqqabıları münasibdirmi?

Qiymətləndirmə formasının Şəxsin ayaqqabısını yoxlayın hissəsi

Çıxarıla bilən sərt çəkmələr qalın altlığa malikdir.

Digər ayağında qalın altlıqlı münasib ayaqqabı geymək şəxsin yeriyərkən müvazinətini hiss etməsinə kömək edəcəkdir.

Münasib ayaqqabı şəxsin digər ayağını da zədədən qoruyacaqdır.

Aşağıdakı suala cavab verməklə münasib ayaqqabılar haqqında biliklərinizi sınayın.

Sual

Bu, Marionun adətən geyindiyi ayaqqabıdır.

Nizalanan qaytanları və ya daban dəstəyi olmayan  burnu açıq səndəl.

Marionun ayaqqabısı münasibdirmi?


Əgər xeyr-i seçmisinizsə, haqlısınız.

Marionun ayaqqabısı münasib deyil. Ayağına qəti dəstək yoxdur, bu da yıxılma riskini artırır. Bu ayaqqabı onun ayağını xəsartdən qorumayacaqdır.

Marioya münasib ayaqqabı lazımdır ki, o, çıxarıla bilən sərt çəkmədən istifadə etməklə təhlükəsiz vəziyyətdə olsun. Ayaqlarında hiss (hissiyyat) ilə bağlı problemlər olduğu üçün onun yaralanma riski daha yüksəkdir.

Marioya münasib ayaqqabılar haqqında məsləhət vermək lazımdır.

Əgər sualı düzgün başa düşmədinizsə və ya ondan əmin olmadınıza, geri qayıdıb TAP Hərəkət etməyə köməkçi məhsullar modulunda Öyrədin mövzusunu nəzərdən keçirin.