Əsas məzmuna keçin
Mobillik

Yönləndirmə

Dərs: 2 of 5
Mövzu: 1 of 5
0% Tamamlandı

Əgər siz hələ TAP çıxarıla bilən sərt çəkmələr üzrə yönləndirmə formasını yükləməmisinizsə, onu yükləyin və nüsxəsini çap edin.

Əgər formanı yükləyə bilmirsinizsə, narahat olmayın. Formanın əsas bölmələri aşağıda aydın şəkildə göstərilib və izah olunub.

Yönləndirmədə tələb edilən ən əhəmiyyətli məlumatların nümunəsi bu mövzuda təqdim olunan yönləndirmə formasında verilib.

Sual

Bu cümlə doğrudur, yoxsa yanlış?

Həkimin yönləndirilməsi olmadan çıxarıla bilən sərt çəkməni təmin etmək təhlükəsizdir.


Yanlışdır (Səhvdir) cavabını seçmisənsə, haqlısınız.

Həkimin yönləndirilməsi olmadan çıxarıla bilən sərt çəkməni təmin etmək təhlükəsiz deyil .

Həkim bunun şəxs üçün düzgün məhsul olub-olmadığını müəyyən edəcək.

Əgər çıxarıla bilən sərt çəkmə şəxsə münasib deyilsə, bu, onun xəsarətlərinin yaxşılaşasına kömək etməyəcək və vəziyyəti daha da ağırlaşdıracaqdır.

Sual

Yönləndirmə aldıqdan sonra çıxarıla bilən sərt çəkmə nə qədər tez müddətdə təmin edilməlidir?

Doğrudur.

Şəxsin zədələrinə dəstək göstərmək üçün o, dərhal çıxarıla bilən sərt çəkmə ilə təmin olunmalıdır.

Səhvdir.

Şəxs bir həftə gözləyə bilməz. Dəstək və mühizə olmadan onun xəsarəti xeyli ağırlaşa bilər.

Səhvdir.

Şəxs bir ay gözləyə bilməz. Bir ay gecikmə onun xəsarətini xeyli ağırlaşdıra bilər.

Müzakirə

Xidmətinizdə bir şəxslə əlaqədar eyni gündə baxılması tələb edilən başqa yönləndirmələr alırsınızmı?

Bunun öhdəsindən necə gəlirsiniz?

Vacib məlumatlar

Yönləndirmə formasının yuxarı hissəsində çıxarıla bilən sərt çəkmənin nə vaxt istifadə edilə biləcəyi və istifadə edilə bilməyəcəyi barədə yönləndirən şəxs üçün vacib məlumatlar var.

Yönləndirən şəxs bu məlumatlardan çıxarıla bilən sərt çəkmənin münasib olduğuna əmin olmaq üçün istifadə edir.

Sual

Yönləndirmə formasına baxın və həkimlərə yönləndirmə üçün məlumatları oxuyun.

Aşağıdakı səbəblərdən hansına görə şəxsi çıxarıla bilən sərt çəkmə üçün yönəltmək olmaz?

Doğrudur.

Qeyri-sabit sınığı olan şəxsi yönəltmək olmaz.

Çıxarıla bilən sərt çəkmə qeyri-sabit sınığa kifayət qədər dəstək verə bilməz.

Şəxsin çıxarıla bilən sərt çəkməni çıxarma ehtimalı var ki, bu da onda qeyri-sabit sınığı daha da ağırlaşdıra bilər.

Səhvdir.

Şəxsin ayaq biləyində qeyri-sabit sınığı varsa, onu çıxarıla bilən sərt çəkmə üçün yönəltmək olar.

Doğrudur.

Əgər hər iki qılçası zədələndisə, şəxsi yönəltmək olmaz. Onun yerimə çətinlikləri olacaq və onu reabilitasiya xidməti görməlidir. Onun təhlükəsiz hərəkət etməyi üçün əlil arabasına ehtiyac yarana bilər.

Səhvdir.

Şəxsin yumşaq toxuma zədəsi olduqda çıxarıla bilən sərt çəkmə üçün yönəldilə bilər.

Doğrudur.

Əgər şəxsin zədəsinin yaxşı sağalması üçün 90 dərəcədən başqa bir vəziyyətdə dəstək lazım gələrsə, onu reabilitasiya xidmətinə yönəltmək lazımdır ki, çıxarıla bilən sərt çəkmədə dəyişikliklər edilsin və ya şəxsə alternativ məhsul təmin olunsun.

Sual

Bu cümlə doğrudur, yoxsa yanlış?

Bu yönləndirmə forması şəkərli diabetlə bağlı ayaq yarası olan şəxs üçün istifadə edilməli deyil .


Əgər siz doğrudur cavabını seçmisinizsə, haqlısınız.

Əgər şəxsdə diabetik ayaq yaraları varsa, onu yük aradan qaldırma və ya yaralara qulluq xidmətinə yönəltmək lazımdır.

Yönləndirən şəxs, müraciət edən şəxs və onun sağlamlıq problemi haqqında məlumat

Hər hansı bir yönləndirmə daxil olduqdan sonra məlumatın tam olduğunu müəyyən etmək vacibdir.
Yönləndirən şəxs, müraciət edən şəxs və onun sağlamlıq problemi haqqında məlumat, o cümlədən yaralanma və ya ağrılarının növü və ya nahiyəsi haqqında məlumatın tam olduğunu yoxlayın.

İstifadə üçün təlimatlar

Yönləndirmə formasının sonuncu hissəsində şəxsin zədələri sağaldığı halda onun çıxarıla bilən sərt çəkməsini necə istifadə etməli olduğu barədə yönləndirən şəxsin göstərişləri (təlimatları) verilmişdir.
Bu məlumatlara aşağıdakılar daxildir:

Formanın İstifadə üçün təlimatlar bölməsi

Ağırlıq daşımaq

Bu, şəxsin çıxarıla bilən sərt çəkməli qılçasına nə qədər ağırlıq salma imkanıdır.

Yönləndirmə formasının Ağırlıq daşımaq hissəsi

Heç bir ağırlıq daşımamaq

Şəxs çıxarıla bilən sərt çəkməli qılçasına heç bir ağırlıq salmamalıdır.

Khari yerdən qaldırıb sərt çəkmə geyinir və dirsəkaltı ağaclarla yeriyir

Yarı ağırlıq daşımaq

Şəxs çıxarıla bilən sərt çəkməli qılçasına bir qədər ağırlıq sala bilər.

Vey yerə toxunan çıxarıla bilən sərt çəkmə geyinib və dirsəkaltı ağaclar ilə yeriyir

Tam ağırlığı daşımaq

Şəxs hər iki qılçasına tam ağırlıq sala bilər.

Cess uşağının əlindən tutub və çıxarıla bilən sərt çəkməsı ilə yeriyir

Geyinmə rutini

Şəxsin istənilən vaxt, məsələn, yuyunmaq və ya yatmaq üçün çıxarıla bilən sərt çəkməsini çıxarmağa icazə verilib-verilmədiyini təsvir edir.

Yönləndirmə formasının Geyinmə rutini hissəsi

Cess dəsmala bürünüb və duşda duş stulunda oturub. Onun çıxarıla bilən sərt çəkmələri yaxınlıqdadır

Cesi xatırlayırsınız?

Cessə yatmaq üçün deyil, yuyunarkən çıxarıla bilən sərt çəkməni çıxarmaq üçün icazə verilib.

İstifadə müddəti

Şəxsin çıxarıla bilən sərt çəkməni nə qədər geyinməli olduğunu göstərir.

Yönləndirmə formasının İstifadə müddəti hissəsi

Vey yerə toxunan çıxarıla bilən sərt çəkmə geyinib və dirsəkaltı ağaclar ilə yeriyir

Veyi xatırlayırsınızmı?

Vey basketbol oynadıqdan sonra onun yumşaq toxuması xəsarət alıb.

Həkim Veydən xahiş edib ki, yarası sağaldığı müddətdə ən azı altı həftə çıxarıla bilən sərt çəkməsini geyinsin.

İstifadə üçün təlimatlar haqqında daha çox məlumatı üçüncü dərsdən əldə edəcəksiniz.

Baxış

Həkim zədəsinə baxış keçirmək üçün şəxsi yenidən görmək istədikdə.

Yönləndirmə formasının Baxış hissəsi

Sual

Mario ahıl kişidir.

Həkim Marionun yönləndirmə formasını doldurub. Formaya baxın və aşağıdakı suallara cavab verin.

Mario Viktor üçün doldurulmuş yönləndirmə formasının bir hissəsi. O, kişidir, yaşı 55-dən çoxdur, telefon nömrəsi: 123456789, ünvanı: 3-cü Hap yolu. Onun zədəsi yumşaq toxuma və əməliyyatla bağlıdır və sağ topuğundadır. O, tam ağırlığı daşıya bilər və yuyunmaq və yatmaq üçün çıxarıla bilən sərt çəkməni çıxara bilər. İstifadə müddəti və ya baxış tarixi qeydə alınmayıb.

1. Marionun hansı qılçası üçün çəkmə lazımdır?


Əgər sağı seçmisinizsə, haqlısınız.

Yönləndirmə formasında həkim xəsarətin sağ topuğun üzərində olduğunu bildirib.

2. Ağırlıq daşımaq. Mario çıxarıla bilən sərt çəkmədə nə qədər ağırlıq daşıya bilər?



Əgər c-ni seçmisinizsə, haqlısınız.

3. Geyinmə rutini. Mario ümumiyyətlə çəkəmsini çıxarmağı bacarırmı?



Əgər a-nı seçmisinizsə, haqlısınız.

Mario yuyunub yatdığı üçün onu çıxara bilər.

4. İstifadə müddəti. Marionun formasında nə baxış tarixi, nə də istifadə müddəti var. Nə edəcəksiniz?



Əgər a-nı seçmisinizsə, haqlısınız.

Marionun çıxarıla bilən sərt çəkmədən nə qədər istifadə etməli olduğunu müəyyən etmək üçün yönləndirən şəxslə əlaqə saxlayın.

b və c doğru deyil.

Mario çıxarıla bilən sərt çəkməni çıxarmaqla özünü rahat hiss edə bilər, lakin onun zədəsi tam sağalmaya bilər. Çıxarıla bilən sərt çəkmə olmasa, onun zədəsi daha da ağırlaşa bilər.