Düzgün ölçünü seçin və uyğunluğunu yoxlayın

Sağlamlıq və mobillik qiymətləndirməsini tamamladıqdan sonra növbəti addımlar aşağıdakılardır:
- Çıxarıla bilən sərt çəkmənin düzgün ölçüsünü seçin
- Uyğunluğu yoxlayın.
Çıxarıla bilən sərt çəkmənin asan və təhlükəsiz istifadə edilməsi üçün onun düzgün ölçüdə olmağı vacibdir.
Tayı və ölçüsü

Şəxsin sol və ya sağ ayağı üçün çəkməyə ehtiyacının olub-olmadığını yoxlayın.
Bəzi çıxarıla bilən sərt çəkmələr ölçü cədvəli ilə təmin edilir. Hansı ölçülü çkmənin ən çox uyğun olmasına qərar vermək üçün ölçü cədvəlindən və şəxsin ayaqqabı ölçüsündən istifadə edin.
Əgər ölçü cədvəli yoxdursa, onda şəkməni şəxsin ayağının yanında tutun ki, ölçülərini hesablamaq mümkün olsun. Təmin edilən çəkmə şəxsin ayağından ən azı 1sm uzun olmalıdır.
Sual

Veyi xatırlayırsınızmı?
Onun hansı ölçüdə çıxarıla bilən sərt çəkməyə ehtiyacı olduğunu necə müəyyən edirsiniz?
Uyğun gələnlərin hamısını seçin.
Əgər a və c cavabını vermisinizsə, haqlısınız.
Vey ayaqqabı ölçülərini ölçü cədvəli ilə müqayisə edərək müvafiq ölçünü seçmək olar. Düzgün ölçüləri hesablamaq üçün ayaqqabını Veyin ayağına yaxın tutmaq da olar.
b doğru deyil.
Çıxarıla bilən sərt çəkmələr müxtəlif ölçülərdə istehsal olunur və hər bir şəxs üçün ən uyğun ölçünü seçmək vacibdir.
Sıradan çıxmış və ya zədələnmiş çıxarıla bilən sərt çəkməni heç vaxt uyğunlaşdırmayın.
Çıxarıla bilən sərt çəkmələr digər şəxslər üçün xidmət tərəfindən yenidən istifadə edilməməlidir.
Fəaliyyət
Xidmətdə mövcud olan sərt çəkmələrə baxın. Onların ölçü cədvəli varmı?
Həmkar və ya dost üçün lazımi ölçüdə çıxarıla bilən sərt çəkmə seçməyi məşq edin.
Çıxarıla bilən sərt çəkməni uyğunlaşdırmaq üçün hazırlayın
Çlxarıla bilən sərt çəkmənin sabitləşdirici dayaqlarının içərisində, astara yapışan yapışqan yamaqların üzərində örtük ola bilər.
- Sabitləşdirici dayaqlar düzgün vəziyyətdə olduqdan sonra örtüyü çıxarın ki, astar yerinə yapışsın.
- Əgər sabitləşdirici dayaqlarda örtük yoxdursa, astara ilişməsin deyə, yapışqan sahələri lentlə örtmək faydalıdır.

Uyğunlaşdırmaq üçün astar çıxarılıb
Şəxsin kresloda və ya çarpayıda rahat oturduğundan əmin olun.

Çıxarıla bilən sərt çəkmənin geyinilməsi
- İlk olaraq astarı yerləşdirin və ayağı çıxarıla bilən sərt çəkmənin içərisinə keçirin
- Ayağın və yan sabitləşdirici dayaqların mövqeyini yoxlayın
- Qaytaları düzgün ardıcıllıqla bərkidin.
Çıxarıla bilən sərt çəkmənin uyğunlaşdırma qaydasını görmək üçün bu videoya baxın.
Sual
1. Çıxarıla bilən sərt çəkməni geyinərkən addımların (mərhələlərin) düzgün ardıcıllığı yadınızdadırmı?
Addımları (mərhələləri) 1-dən 3-ə qədər sayaraq düzgün ardıcıllıqla yerləşdirin.
Düzgün addımlar (mərhələlər) aşağıdakılardır:
1.Ayağın və qılçanın üzərinə astarı yerləşdirin və ətraflarına onu təhlükəsiz şəkildə bükün.
2.Yoxlayın ki, astarda qırışlar olmasın.
3.Sabitləşdirici dayaqları yavaş-yavaş açın, ayağı və qılçanı çıxarıla bilən sərt çəkməyə taxın.
2. Qaytanları bərkimək üçün düzgün ardıcıllığı xatırlayırsınızmı?
Addımları (mərhələləri) 1-dən 3-ə qədər sayaraq düzgün ardıcıllıqla yerləşdirin.
Düzgün addımlar (mərhələlər) aşağıdakılardır:
1.Qaytanları ayaq biləyinin üzərindən bağlayın
2.Qaytanları ayağın üzərindən bağlayın
3.Qaytanları qılçaya bağlayın
Çıxarıla bilən sərt çəkmənin uyğunluğunu yoxlayın

Çıxarıla bilən sərt çəkməni geyindikdən sonra uyğunluğu yoxlayın.
Çəkmənin şəxsin ayağından daha uzun olub-olmadığını yoxlayın.
Yoxlayın: Ayaq barmaqlarının ucundan ən azı bir baş barmağın enində boş yer

Çəkmənin uzunluğunun şəxsin dizindən aşağıda olub-oladığını yoxlayın.
Yoxlama: Çıxarıla bilən sərt çəkmənin üst hissəsinin şəxsin diz qapağının aşağısında üç əl barmağı enində boş yerin olması

Uyğun oturması və ya uzanmasını yoxlayın
- Rahatlığı yoxlayın.
- Əgər oturmağı və ya uzanmağı uyğun deyilsə, ayaq üstə durmazdan əvvəl uyğunluğu nizamlayın və ya ölçüləri dəyişin.
Uyğunluğu şəxsin ayaq üstə durduğu vəziyyətdə yoxlayın
- Şəxsdən çıxarıla bilən sərt çəkməsini geyinərkən ayaq üstə durmağı xahiş etməzdən əvvəl o biri ayağına münasib ayaqqabı geyindiyini yoxlayın.
- Ayaq üstə duranda uyğunluq bir az dəyişə bilər. Ayaq üstə duranda uyğunluğu yenidən yoxlamaq vacibdir.
Çıxarıla bilən sərt çəkmənin uyğunluğunu yoxlamaq üçün yenidən uyğunlaşdırma haqqındakı videoya baxın.
Fəaliyyət
Aşağıdakı şəkillərə baxın.
Hansı şəkillərdə çəkmənin tam uyğunlaşdırılması göstərilir?

Səhvdir.
Çıxarıla bilən sərt çəkmə çox böyükdür. Bu, yeriməyi daha da çətinləşdirə və şəxs büdrəyib yıxıla bilər.

Doğrudur.
Bu, şəxs üçün ən rahat uyğunluğu təmin edəcək və şəxsin yeriməyini asanlaşdıracaqdır.

Səhvdir.
Ayaq barmaqları çıxarıla bilən sərt çəkmənin ucunda asılı vəziyyətdə qalmışdır. Bu, narahatlıq yaradacaq və şəxsi ayağını sürtmək və ya ayaq yaraları yaranmaq təhlükəsi ilə üz-üzə qoya bilər.

Doğrudur.
Çıxarıla bilən sərt çəkmənin üst hissəsinin şəxsin diz qapağından aşağısında üç əl barmağı enində boş yer olmalıdır. Bundan da aşağı olsa, o işə yaramayacaqdır. Daha yuxarı olarsa, şəxs üçün narahatlıq yaradacaqdır.

Səhvdir.
Bu çox yüxarıdır və şəxs üçün narahatlıq yaradacaqdır.
Əgər münasib çıxarıla bilən sərt çəkməyə çıxışınız yoxdursa, yönləndirən şəxslə başqa variantlar barədə söhbət edin.
Müzakirə
Çıxarıla bilən sərt çəkmənin rahat olduğunu yoxlamaq üçün şəxsə hansı sualları vermək olar?
- Çıxarıla bilən sərt çəkmədə ayaq biləyinizin sümüklərinin ətrafını rahat hiss edirsinzmi?
- Qılçanızın və ayağınızın hər hansı bir yerində ağrı var?
- Qılçanızda və ya ayağınızda qeyri-adi hisslər varmı?
Ola bilsin, başqa fikirləriniz də var.
Çıxarıla bilən sərt çəkmələrin uyğunlaşdırılmasını məşq edin
Fəaliyyət
Çıxarıla bilən sərt çəkməni uyğunlaşdırmağı dost və ya həmkar ilə məşq edin.
Xidmətinizdə olan müvafiq ölçünü seçin.
- Onu geyinməyi və nizamlamağı məşq edin
- Uyğun oturması və ya uzanmasını yoxlayın.
- Rahatlığı yoxlayın.
- Ayaq üstə uyğunaşdırma və rahatlıq yoxlamalarını təkrarlayın.
Düşünmək üçün sual
Çıxarıla bilən sərt çəkməni uyğunlaşdırarkən hansı iş asan və ya çətin oldu?
Şəxsin mobilliyini yoxlayın
Uyğunluğu yoxladıqdan sonra şəxsin çıxarıla bilən sərt çəkməni geyərkən təhlükəsiz şəkildə yeriyə bildiyini yoxlayın.
Fəaliyyət
Çıxarıla bilən sərt çəkmənin düzgün şəkildə uyğunlaşdırılmasını məşq edin.
Bayıra və pilləkənləri çıxıb-düşməyi sınaqdan keçirin.
Düşünmək üçün sual
Çıxarıla bilən sərt çəkməni geyinərkən nə hiss etdiniz?
Sual
Bu cümlə doğrudur, yoxsa yanlış?
Çıxarıla bilən sərt çəkmə geyinmək ayaqqabıdan daha çətindir.
Əgər siz doğrudur cavabını seçmisinizsə, haqlısınız.
Şəxsin müvazinətini saxlmaq çətin ola bilər və çıxarıla bilən sərt çəkmə geyinərkən ona əlavə dəstək lazım ola bilər.
Yoxlayın: Təlimata əsasən, çıxarıla bilən sərt çəkmələri və ağırlığı ilə şəxs ayaq üstə dayanıb təhlükəsiz şəkildə yeriyə bilərmi?

Ayaq üstə dayanmağa hazırlaşın
Şəxsi xəbərdar edin ki, çəkmə ilə ayağını digər ayağından bir az daha uzun hiss edə bilər.
Əvvəlcə, təlimata əsasən, şəxsın təhlükəsiz şəkildə ayaq üstə dayana biləcəyini (lazım gələrsə, yeriməyə yardımçı vasitədən istifadə etməklə) ağırlıq daşıya biləcəyini yoxlayın.
Növbəti mərələdə isə yeriyərkən şəxsin mobilliyini yoxlayın.
Əgər şəxs güvənsiz görünürsə və ya hiss edirsə, onun aşağıdakılara ehtiyacının olub-olmadığını nəzərdən keçirin:
- Fərqli yeriməyə yardımçı vasitə
- Əlil arabası
- Reabilitasiya üçün yönləndirmə.
Sual
Heç bir ağırlıq daşımadan və ya yarı ağırlığı daşıyarkən yeriməyi tələb olunan şəxs yeriməyə yardımçı vasitədən istifadə etməlidir.
Əgər siz doğrudur cavabını seçmisinizsə, haqlısınız.
Təhlükəsiz şəkildə yerimək üçün heç bir ağırlıq daşımadan və ya yarı ağırlığı daşıyarkən yeriyən şəxs yeriməyə köməkçi vasitədən istifadə etməlidir
Sual
Sofiyanı xatırlayırsınız?
Sofiya evində yıxıldıqdan sonra onun ayaq biləyində sabit sınıq əmələ gəlib və o, çıxarıla bilən sərt çəkmə üçün yönəldilib. Yıxılmadan əvvəl Sofiya rollatorla yeriyirdi. Sofiya çıxarıla bilən sərt çəkməsini geyindikdən sonra onun mobilliyini yoxlayırsınız.
1. Sofiyadan çıxarıla bilən sərt çəkməsini geyinib ayaq üstə durub yeriməyi xahiş etməzdən əvvəl nə edərdiniz?
Uyğun gələnlərin hamısını seçin.
Hamısı doğrudur.
2. Sofiyanın yönləndirmə formasında bildirir ki, o, tam ağırlığını daşımaqla yeriməyi bacarır.
Sofiyanın mobilliyini yoxlayarkən yeriməyə yardımçı vasitədən istifadə etməsi lazımdırmı?
Əgər bəli-ni seçmisinizsə, haqlısınız.
Sofiya yıxılmamışdan əvvəl rollatordan istifadə edirdi. Ona tam ağırlığı daşımaqla yeriməyinə icazə versələr də, çox güman ki, hələ də rollatora ehtiyacı var. Sofiya çıxarıla bilən sərt çəkməsını geyərkən rollator ilə təhlükəsiz şəkildə yeriyə biləcəyini də görmək vacibdir.
3. Sofiya ayağa qalxması üçün bir qədər yardıma ehtiyacı var və yeriyərkən narahatlıq hiss etdiyini deyir. O, sabit hərəkət edə bilmir və bir neçə addım atdıqdan sonra oturmağı xahiş edir.
Sizcə, Sofiyanın mobilliyi onun rollatoru ilə təhlükəsizdir?
Əgər xeyr-i seçmisinizsə, haqlısınız.
Sofiya narahat idi və ayaq üstə durmaq üçün köməyə ehtiyacı var idi. O, həm də müvazinətiniı qorumaqda çətinlik çəkir və bir neçə addım atdıqdan sonra oturmalı olurdu.
Sofiyanın özünü təhlükəsizlikdə hiss etməsi və evə getməzdən əvvəl mobilliyinin təhlükəsiz görünməsi vacibdir. Əlil arabası kömək edə bilər.
Sofiya ilə əlil arabasının qiymətləndirilməsi üçün yönləndirməni müzakirə edin.
Üçüncü dərsdə çıxarıla bilən sərt çəkmə ilə necə yerimək barədə daha çox öyrənin.