TAP-ın istifadəsi

TAP-la öyrənməyə başlayın

1. Giriş

2. Qeydiyyatdan keçin

3. Sistemə daxil olun

Əgər siz təşkil olunmuş təlim kursunun bir hissəsisinizsə, sizdən kursu üzrə qəbul sorğusuna daxil olmaq xahiş oluna bilər. Ölkəniz üçün düzgün kursu üzrə qəbul sorğusu tapın.

4. Öyrənməyə başlayın

5. Öyrənməyə davam edin

Modulun quruluşu

TAP modulları 6 axındadır:

  • İdrak
  • Ünsiyyət
  • Görmə
  • Eşitmə
  • Özünə qulluq
  • Hərəkət.

Hər bir axının giriş modulu, ardınca məhsul haqqında modullar var.

TAP-dan istifadə etmək üçün həmişə:

  • İlk olaraq köməkçi məhsullara giriş haqqında modulu tamamlayın
  • Axından məhsul haqqında modulları keçmədən əvvəl hər bir axın üçün giriş modulunu tamamlayın.

TAP modullarının üç qatını göstərən qrafik.

Modulun məzmunu

TAP modulları öyrənənin sürətinə uyğun keçirilməsi  üçün nəzərdə tutulub. Lazım olan vaxtın həcmi moduldan və öyrənəndən asılı olaraq 1 – 4 saat arasında dəyişir.

Modullara daixildir:

  • Moduldan əvvəl və sonra test sorğusu
  • Mətn, illüstrasiyalar və videolar
  • Yüklənilə bilən köməkçi məhsul üzrə müayinə və qiymətləndirmə formaları, açar sözlər və əsas mesajların icmalları
  • İnteraktiv suallar və fəaliyyətlər
  • Təcrübə mübadiləsi və sualların verilməsi üçün müzakirə forumu.

TAP öyrənənləri aşağıdakıları bacaracaq mentorlardan faydalanacaqlar:

  • Hər bir modulun keçilməsi üçün lazım olan məhsulları və digər resursları hazırlayın
  • Öyrənənlər hər modulu keçərkən dəstək verin və həmkarların qarşılıqlı müzakirələrini koordinasiya edin
  • Məşq etmək və bacarıqları inkişaf etdirmək üçün nəzarətli seanslar təşkil edin.

TAP-ın tədarükü

TAP yerli səhiyyə sistemlərini və köməkçi avadanlıq təminatı üçün təlimləri dəstəkləmək üçün uyğunlaşdırılmış çevik modulyar təlim resursudur. Bu, onlayn öyrənmənin və tibbi təcrübənin bir-birinə qarışdırılması nəticəsində əldə edilir və o, yerli mentorlar tərəfindən köməkçi məhsullar üçün yönləndirmə və onların təmin edilməsi üçün səriştələr əldə etmək məqsədilə dəstəklənir. Yerli mentorların rolu aşağıdakılardan ibarətidr:

  • Hər bir modulun keçilməsi üçün lazım olan məhsulları və digər resursları hazırlayın
  • Öyrənənlər hər modulu keçərkən dəstək verin və həmkarların qarşılıqlı müzakirələrini koordinasiya edin
  • Məşq etmək və bacarıqları inkişaf etdirmək üçün nəzarətli seanslar təşkil edin.

TAP-ın tədarükü üçün köməkçi məhsullarn tədarükü də daxil olmaqla xidmət sistemlərinin yerində olması tələb olunur. TAP platformasına TAP-ın tədarükünü koordinasiya edən hər kəs üçün (məsələn, xidmət menecerləri, klinikanın rəhbərləri, pedaqoqlar, icra agentlikləri) mövcud xidmətlərin həyata keçirilməsinə dəstək üçün resursların dəstəklənməsi daxildir.

ÜST-nin veb səhifəsində  daha çox məlumatı oxuya bilərsiniz.

TAP Sertifikatları

Hər bir modulun sonunda Uyğunluq Sertifikatı yüklənə bilər. Bu modulu tamamlamalı və modul sonrası test sorğusunda  60%-dən yuxarı bal toplamalısınız.

TAP ilə əlaqə

TAP ilə bağlı əlavə sualılarınız varsa, [email protected]ə ÜST-nin Köməkçi Avadanlıq komandası ilə əlaqə saxlayın.