Köməkçi məhsullar (TAP) üzrə təlimə xoş gəlmisiniz. Zəhmət olmasa, təlimə başlamazdan əvvəl aşağıdakı məlumatları oxuyun və bu formanın A və B hissəsini doldurun.
Georgia mentors enrolment survey
İştirakçının məlumat vərəqəsi
Welcome to Training in Assistive Products (TAP). This training is the first step of the TAP Georgia project led by Ken Walker Medical Rehabilitation University Clinic and the World Health Organization. This project is intended to help make assistive products such as walking aids and toilet chairs more accessible for people accessing health or social welfare services in Georgia.
Zəhmət olmasa, təlimə başlamazdan əvvəl aşağıdakı məlumatları oxuyun və A (razılaşma) hissəsini və B hissəsini (qəbul sorğusunu) doldurun
TAP haqqında məlumat: TAP - mövcud və ya gələcək işçilər üçün onlayn öyrənmə proqramıdır:
- Köməkçi məhsullara ehtiyacı olan insanları müəyyən etmək, onları düzgün xidmətə və ya şəxsə yönəltmək və/və ya
- Köməkçi məhsulların sadə növləri ilə təmin etmək.
TAP-a kompüter, planşet və ya smartfon vasitəsilə daxil olmaq mümkündür. TAP öyrənənləri həmçinin mentorların üz-üzə dəstəyindən istifadə edə biləcəklər. Mentor kimi rolunuza hazırlaşmaq üçün TAP modullarını keçəcəksiniz.
İndi və ya bu təlimdən keçərkən hər hansı bir sualınız olarsa, siz:
- Layihə koordinatoru ilə müzakirə edin
- Suallarınızı mentor brifinqinə gətirin
Sizin rəyləriniz vacibdir: Təlimin sonunda sizdən 90 dəqiqəyə qədər qrup müzakirəsi (fokus qrupu) vasitəsilə rəyverməyiniz xahiş oluna bilər . Qrup müzakirəsində iştirakınız könüllüdür. Onlar iş saatlarında, özünüz və xidmət meneceriniz / nəzarətçiniz üçün əlverişli bir vaxtda həyata keçiriləcəkdir.
TAP məlumatlarının toplanması: TAP qəbul sorğusu (20 dəqiqəyə qədər) və rəy sorğusu (yalnız öyrənənlər) vasitəsilə TAP öyrənənləri və mentorları (siz də daxil olmaqla) haqqında məlumat toplayır. Test sorğusu balları və digər məlumatlar, məsələn, neçə və hansı modulları tamamladığınıza dair məlumatlar da toplanır. Öyrənənlər və ya mentorlar rəy bildirmək üçün müzakirə qruplarında iştirak etdikləri zaman bu müzakirələrin audioyazısı aparılacaqdır və bu audioyazılar daha sonra yazılı hesabatı tərtib etmək üçün istifadə olunacaqdır. Budan sonra audioyazılar silinəcəkdir.
Bu məlumat istifadə edilməzdən əvvəl anonimləşdiriləcəkdir. Bu, o deməkdir ki, adlar və şəxsi məlumatlar silinəcəkdir. Bu yolla məlumatlara baxan heç kəs onun kimin məlumatı olduğunu bilməyəcəkdir. Anonimləşdirilmiş məlumatlar sonra bu TAP təlimi haqqında hesabat hazırlamağa və aşağıdakıları anlamağa kömək etmək məqsədilə araşdırmalar aparmaq üçün istifadə olunur:
- TAP öyrənənlər və mentorlar üçün nə dərəcədə işləkdir və onu necə təkmilləşdirmək olar?
- Öyrənənlərin və mentorların köməkçi məhsullarn təmin edilməsi haqqında fikirləri
- Köməkçi avadanlığa çıxış imkanlarının yaxşılaşdırılması üçün daha hansı tədbirlər görmək olar?
Anonimləşdirilmiş məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təhlükəsiz şəraitdə saxlanır. Bu, TAP-ın digər layihələrinin məlumatları ilə birləşdirilə bilər və bu, nəşrlər və hesabatlar vasitəsilə layihə tərəfdaşları, donorlar, tədqiqatçılar və marağı olan daha geniş icma ilə paylaşıla bilər.
TAP-ın məlumat toplusu ilə bağlı hər hansı sualınız yaranarsa, layihə koordinatoruna, yaxud e-poçt vasitəsilə müraciət edə bilərsiniz: [email protected]