Geyinmək və ya soyunmaq üçün müxtəlif üsullar

Mövqeyin dəyişdirilməsi

Geyinmə mövqeyini dəyişmək bu şəxslərə asanlıq yarada bilər:

  • Geyinərkən və ya soyunarkən yorulur
  • Ayaq üstə olarkən müvazinətini saxlamaqda çətinliyi var
  • Koordinasiya ilə bağlı çətinlikləri olan.

Gənc qız onu arxadan dəstəkləyən, təkərləri olan yeriməyə yardımçı (çərçivəli) vasitə ilə dayanır. Anası onun yanına dizi üstə əyilib

Aleişa ilə görüş

Aleişanın serebral iflici var və ona hərəkətlərini koordinasiya etmək və idarə etmək çətindir

Aleişa qoltuqaltıları olan kresloda oturur və yaxınlıqdakı taburedən köynəyini götürür

Oturmaq Aleişanın özünün soyunub-geyinməsini asanlaşdırır.

Müvazinət və ya koordinasiyada çox çətinlik çəkən şəxs üçün uzanmaq daha asan ola bilər.

Uzanarkən geyinmək və ya soyunmaq üçün şəxs aşağıdakıları bacarmalıdır:

  • Altlını çarpayıdan və ya döşəmədən qaldırın YAXUD
  • Bir tərəfdən digərinə yuvarlanmaq.

Əgər şəxslərın bu fiziki qabiliyyətləri yoxdursa, onlara aşağıdakılar lazım ola bilər:

  • Geyinmək üçün yardım
  • A  reabilitasiya xidmətinə yönləndirmə.

Bir kişi çarpayıda arxası üstə uzanır. Ayaqlarını döşəyin içərisinə itələyir və ombasını çarpayıdan qaldırır

Geyinməyə köməkçi vasitələrinin birləşməsi və geyinmə mövqeyinin dəyişdirilməsi şəxsə daha asan və ya daha təhlükəsiz geyinməyə və ya soyunmağa kömək edə bilər.

Sual

Deyvidlə görüş

Deyvid və Leytengi skamyada yan-yana oturublar

David həyat yoldaşı Leytengi ilə birlikdə yaşayan ahıl və zəif kişidir.
Geyinərkən, ayağına şalvar çəkməyə və ya corabını və ayaqqabısını geyinməyə uzananda özünü yorğun və müvazinətsiz hiss edir.
Deyvidin arvadı ona geyinməkdə kömək edir, lakin bu, onun tək başına etmək istədiyi özünə qulluq fəaliyyətidir.

1. Hansı geyinməyə köməkçi vasitə Deyvidin ayağından şalvarını yuxarı çəkməsini asanlaşdıra bilər?

Uyğun gələnlərin hamısını seçin.

a.  Zəncirbənd (molniya) bağlayıb-açan qarmaqlı vasitə və düymə bağlayıb-açan qarmaqlı vasitə

Zəncirbənd (molniya) bağlayıb-açan qarmaqlı vasitə

b. Uzadıcı və tutucu alət

Uzadıcı və tutucu alət

c. Geyimək üçün çubuq
Geyimək üçün çubuq
d. Corab geyinmək üçün köməkçi vasitə
Corab geyinməyə köməkçi vasitə
e. Uzunsov və əl tutacağı olan dabankeş
Uzunsov və əl tutacağı olan dabankeş

Bc seçdinizsə, haqlısınız.

Ayaq üstə şalvarı geyinmək üçün uzadıcı və tutucu alətlərdən və geyinmək üçün çubuqlardan istifadə etmək olar.

Deyvid geyinməyə köməkçi vasitənin özü üçün ən yaxşısını müəyyən etmək üçün onların hər ikisinin istifadəsini sınaqdan keçirməlidir.

2. Hansı geyinməyə köməkçi vasitələri Deyvidin corab və ayaqqabı geyinməyini asanlaşdıra bilər?

Uyğun gələnlərin hamısını seçin.

a.  Zəncirbənd (molniya) bağlayıb-açan qarmaqlı vasitə və düymə bağlayıb-açan qarmaqlı vasitə
Zəncirbənd (molniya) bağlayıb-açan qarmaqlı vasitə
b. Uzadıcı və tutucu alət
Uzadıcı və tutucu alət
c. Geyimək üçün çubuq
Geyimək üçün çubuq
d. Corab geyinmək üçün köməkçi vasitə
Corab geyinməyə köməkçi vasitə
e. Uzunsov və əl tutacağı olan dabankeş
Uzunsov və əl tutacağı olan dabankeş

Əgər de seçmisinizsə, haqlısınız.

Deyvidə corab geyinmək üçün köməkçi vasitə ilə corabları geyindirə bilərdilər. Uzun dabankeş ona ayaqqabısını geyindirməyə kömək edə bilərdi.

3. Deyvidə hansı mövqe daha asanlıqla geyinib-soyunmağa kömək edə bilər?

Səhvdir.
Deyvid paltarlarını soyunub soyunarkən özünü yorğun və müvazinətsiz hiss etdiyi üçün, ayaq üstə durmaq onun üçün heç də yaxşı deyil.

Doğrudur.
Çarpayı və ya stulun kənarında oturmaq Deyvidə daha asan şəkildə müvazinətini saxlamağa kömək edə bilər. O, həmçinin geyinmək üçün daha az enerji sərf edəcək və fasilələr verə bilər. Bu, onun geyindikdən və ya soyunduqdan sonra daha az yorulmasına kömək edəcəkdir.
Seçilmiş geyinməyə köməkçi vasitələrindən oturarkən də asanlıqla istifadə oluna bilər.

Yanlışdır
Geyinmək üçün uzanmaq müvazinət və koordinasiyada çox çətinlik çəkən şəxslər üçündür. Deyvid uzanma mövqeyində dəyişiklik etməyi düşünməzdən əvvəl geyinmək və soyunmaq üçün geyinməyə köməkçi vasitələrdən istifadə etməyə və oturmağa çalışmalıdır.

Sual

Verna ilə görüş
Verna yardımla çarpayıdan tualetə transfer edir

Vernanın 89 yaşı var və əri Leyfi ilə yaşayır. Verna zəifdir, asanlıqla yorulur və ayaq üstə duranda müvazinətini saxlamağa çətinlik çəkir.

Vernanın əri ona özünə qulluq etməkdə, o cümlədən geyinməyində və soyunmağında kömək edir.

1. Verna üçün hansı geyinmə mövqeyi daha asan ola bilər?

Yanlışdır
Verna yorulur və ayaq üstə dayanarkən müvazinətini saxlamaqda çətinlik çəkir. Vernanın geyinməsi üçün fərqli mövqeyi müzakirə edin.

Doğrudur
Oturmaq Verna üçün daha az yorucu ola bilər. Bu, ona müvazinətini saxlamaq və özünü geyindirməyi asanlaşdıra bilər.

Doğrudur
Vernanın oturmağa daha asan olub-olmadığını görməklə başlayın. Əgər onun müvazinətini saxlamaq çətindirsə, uzanmağa çalışın.

2. Əgər o, uzanıb geyinməyə üstünlük verirsə, Verna daha nələrə diqqət etməlidir?

Uyğun gələnlərin hamısını seçin.

a.  Zəncirbənd (molniya) bağlayıb-açan qarmaqlı vasitə və düymə bağlayıb-açan qarmaqlı vasitə
b. Uzadıcı və tutucu alət
c. Geyimək üçün çubuq

Əgər ab seçmisinizsə, haqlısınız.

Əgər Verna uzanmış vəziyyətdə geyinirsə, bir tərəfdən digərinə yuvarlanmaq və ya altını qaldırmaq vacib bacarıqlardır.

Şəxsin həmişə hansı mövqedən və hansı metoddan istifadə etməyə üstünlük verdiyini müzakirə edin.

Digər yollar

Şəxsə aşağıdakılar vasitəsilə geyinmək və ya soyunmaq tərzi daha asan ola bilər:

  • Onların necə geyindiklərini və ya soyunmalarını dəyişmək
  • Müxtəlif növ geyim və ayaqqabıların seçilməsi.

 Fəaliyyət

1. Kresloda oturun və bir qolunuzu qucağınızda saxlayın.

Bir qolunuzu yuxarı qaldırmadan və ya bədəninizdən uzaqlaşdırmadan paltarınızın üstünə köynəyi geyinin və çıxarın.

  • Sizə nə çətin gəldi?
  • Asan olsun deyə hərəkətinizi necə dəyişdiniz?
  • Qolu əvvəlcə hərəkət etməyən qolun üzərinə sürüşdürün
  • Köynənin arxadan keçməsini asanlaşdırmaq üçün qolu çiyninə qədər sürüşdürün
  • Arxadan köynəyi tutmaq üçün qabağa əyilin
  • Köynəyin qalan qoluna hərəkət edən qolu ən sonda keçirin.

2. Bu məsləhətlərdən istifadə edərək köynəyi yenidən geyindirməyə çalışın. Bu, daha asan oldumu?

Həmkarlarınızla müzakirə aparın, fikirlərinizimüzakirə forumunda yerləşdirin.

Bir qolunda və ya qılçasında zəiflik olan şəxs, məsələn, insultdan sonra, əvvəlcə zəif tərəfini geyinib-soyunmaq ona asan gəlir

Geymək və çıxartmaq asan olan bəzi paltar və ayaqqabılar. Məsələn:

  • Uzanan və ya boş paltarlar
  • Düyməsiz və zipsiz geyimlər
  • Qaytansız ayaqqabılar, məsələn, slipon ayaqqabılar və ya yapışqan ilə bağlanan ayaqqabılar.

Şamuel təyinatlı eynək taxır və ağ lövhəsinin qarşısında dayanır. O, lövhəsi oxuyur: duş qəbul etmək, səhər yeməyi yemək, çantanı xatırlamaq

Samuellə görüş

Samuel daun sindromlu yeniyetmədir. Şamuel plan qurmaqda çətinlik çəkir və paltarını geyinmək kimi işləri tamamlamaq fikrindədir.

O, geyinərkən barmaqları ilə paltarını düymələmək və ayaqqabı bağlarını bağlamaq kimi tapşırıqlar üçün koordinasiyada çətinlik çəkir.

Samuel etməli olduğu şeyləri yadda saxlamağa kömək etmək üçün digər köməkçi məhsullardan istifadə edir.

Samuel köynəyini düymələmək üçün düymə bağlayıb-açan qarmaqlı vasitədən istifadə edir

Özünə geyinməyə kömək etmək üçün Samuel zəncirbənd (molniya) bağlayıb-açan qarmaqlı vasitə və düymə bağlayıb-açan qarmaqlı vasitədən istifadə edərək köynəyinin düymələrini açır.

Samuel qaytanları düzəltmək və açmaqda çətinlik çəkir.

Sağlamlıq işçisi Samueli müxtəlif növ ayaqqabıları sınamağa təşviq edir. O özünü tənzimlənən qayışlı ayaqqabılarda qaytanlı ayaqqabılardan daha rahat hiss edir.

Tənzimlənən qayışı olan müalicəvi ayaqqabılar

 Müzakirə

  1. Paltarlarını və ya ayaqqabılarını daha asan geyinmək və ya soyunmaq üçün onları nizamlayan birini tanıyırsınız?
  2. Paltarı geyinməyi və ya soyunmağı asanlaşdırmaq üçün hər hansı bir fikriniz varmı?

Bu sualları həmkarlarınızla müzakirə edin. Fikirlərinizi müzakirə forumuna yerləşdirin.

Reabilitasiya

Əgər şəxs geyinməyə köməkçi vasitələrin  və müxtəlif üsulların istifadəsinə cəhd etdikdən sonra geyinməkdə və ya soyunmaqda çətinlik çəkirsə,  şəxsi reabilitasiya xidmətinə yönəldin.

Birinci dərsi tamamladınız!.

Hər hansı sualınız və ya şərhiniz varsa, onu müzakirə forumunda yerləşdirin.