Köməkçi məhsullardan istifadə edən şəxslər

Mövzunun davamı:

Bir çox insanlar köməkçi məhsullardan istifadə edirlər. Bura daxildir:

  • Uşaqlar, böyüklər və ahıllar
  • Əlilliyi olan şəxslər
  • Sağlamlıq problemi olan şəxslər

İnsanlara çox vaxt birdən çox köməkçi məhsul lazım olur. Məsələn:

  • Hərəkət etməkdə və görməkdə çətinlik çəkən uşaq hərəkət üçün əlil arabasından, rahat oturmaq üçün yastıqdan və görmə qabiliyyətini yaxşılaşdırmaq üçün eynəkdən istifadə edə bilər.
  • Ahıl şəxsə ayaq yaralarının qarşısını almaq üçün yeriməyə yardımçı vasitələr, eşitmə cihazları və müalicəvi ayaqqabılar lazım ola bilər.

Ju öz əlil arabasında oturub, ünsiyyət lövhəsindən istifadə edir. Bu lövhəni Ju üçün bir qadın əlində tutub.

Ju ilə görüş.

Junun hərəkətinə və nitqinə mənfi təsir edən serebral iflic xəstəliyi var. O, əlil arabası ilə hərəkət edir və dik oturmaqda ona kömək edirlər. O, həmçinin dostları və ailə üzvləri ilə ünsiyyətə qurmaq və məktəbdə iştirak etməkdə ona köməklik göstərən ünsiyyət lövhəsindən istifadə edir.

Matias qarşısında gəzinti üçün təkərli hərəkət vasitəsi/rollatoru ilə birlikdə geniş skamyada oturub. Onun saçları ağarıb və ahıl adama oxşayır

Matias ilə görüş.

Matias həyat yoldaşı ilə bir evdə yaşayır. O, şəkər xəstəsidir və zəifləyib. Matias gəzinti üçün təkərli hərəkət vasitəsi/rollatordan istifadə edərək evinin və bağının ətrafında yeriyir.

Matias cəmiyyət arasına çıxarkən absorbent bezlərdən istifadə edir. Bu isə hərdən sidiyini saxlaya bilməmə problemi ilə üzləşdiyinə görə Matiasa çölə çıxmaqda əminlik yaradır.

Samuel təyinatlı eynək taxır və ağ lövhəsinin qarşısında dayanır. Lövhəsində yazılır: duş qəbul etmək, səhər yeməyi yemək, bel çantasını xatırla.

Şamuel ilə görüş.

Samuel daun sindromlu yeniyetmədir. O, təyinatlı eynək taxır və rəqəmsal eşitmə cihazından istifadə edir. Samuelin tez-tez diqqəti yayınır və nə etməli olduğunu həmişə xatırlamır. O, evində ağ lövhədən və mobil telefon proqramından istifadə edir. Hər ikisi ona etməli olduğu işləri və getməli olduğu görüşləri xatırlamağa kömək edir.

Müzakirə forumuna qatılın

  • Özünüzü və haradan gəldiyinizi təqdim edin.
  • Köməkçi məhsullardan özünüz istifadə edib-etmədiyinizə və/və ya bu modulu nə üçün tamamladığınıza dair fikirlərinizi bölüşün.

Birinci dərsi tamamladınız!.

Müzakirə forumu