Təlimat
Bu modulda istifadə olunan terminlərin bəziləri aşağıda izah olunur. Bunları çap edərək modulu öyrənərkən istifadə edə bilərsiz.
Tətbiq – Müəyyən bir işi yerinə yetirmək üçün smartfonda və ya planşetdə istifadə edilən rəqəmsal bir vasitə.
Audioqram – Müxtəlif səs tezliklərində fərdin minimal eşitmə hədlərini (qəbul edə bildiyi ən aşağı intensivlikdə səsləri) vizuallaşdıran qrafik təsvir.

Audiometr - eşitməni ölçmək üçün istifadə olunan eşitmə cihazı.



Audiometriya (eşitmə testi) – Bir insanın nə dərəcədə yaxşı eşitdiyini ölçən test. Əgər hər hansı bir eşitmə itkisi varsa, nəticələr itkinin səviyyəsini göstərir.
Orta eşitmə həddi – 500 Hz, 1000 Hz, 2000 Hz və 4000 Hz həd dəyərlərinin toplanması və sonra dördə bölünməsi ilə hesablama.
Qulaq və eşitmə mütəxəssisi – Qulaq və eşitmə problemlərini müayinə edən, nəzarətdə saxlayan və müalicə edən mütəxəssislər.
Akustik əks-əlaqə (fit səsi) – Gücləndirilmiş səsin xarici qulaq keçəcəyindən sızaraq yenidən aparatın mikrofonuna daxil olması və qapalı dövrə yaradaraq kəskin fit generasiya etməsi prosesi.
Tezlik – Səs dalğasının bir saniyədəki titrəyiş sayıdır. Səslər spektrinə görə fərqlənir: alçaq tezlikli (bəm) səslərə misal olaraq nağara/təbil, yüksək tezlikli (zil) səslərə isə fit səsi nümunə göstərilə bilər. Tezliyin beynəlxalq ölçü vahidi hertsdir (Hz).


Eşitmə çətinliyi – Yüngül və ağır eşitmə itkisi olan, normal eşitmə qabiliyyətinə malik insan qədər yaxşı eşidə bilməyən şəxs üçün istifadə olunan termin.
Eşitmə həddi - Bir insanın müxtəlif səs tezliklərində eşidə biləcəyi ən zəif səs.
Hers (Hs) – Periodik proseslərin saniyədəki dövr sayını ifadə edən beynəlxalq tezlik vahididir. Nümunə üçün, səs dalğası bir saniyə ərzində 100 tam rəqs icra edirsə, onun tezliyi 100 Hz olaraq qəbul edilir.
Ling səsləri – Altı xüsusi səsdən ibarət test dəsti. Bunlar aşağı və yüksək tezliklərdəki nitq səslərinin tam spektrini əhatə edir.

Standart qulaq qəlibi – Müxtəlif qulaq ölçülərinə uyğun gələcək şəkildə istehsal olunan hazır formalı ucluq. Səsötürən boru vasitəsilə eşitmə cihazına birləşdirilərək gücləndirilmiş səsin qulaq pərdəsinə ötürülməsini təmin edir.

Stetoklip (dinləmə borusu) – Dinləmə borusu kimi də tanınır və normal eşitmə qabiliyyəti olan bir insanın eşitmə cihazının yaxşı işlədiyini izləməsinə imkan verir.

Təlimat
Tanış olmadığınız başqa sözlərlə qarşılaşsanız, həmkarınızdan və ya mentorunuzdan soruşun.