Tualet və ya duş kreslosu üzrə müşahidə

Mövzunun davamı:

Müşahidə etmək

İnsanların bilməsi vacibdir ki, tualet və ya duş kreslolarında problem yaranarsa, istənilən vaxt xidmətlə əlaqə saxlaya bilərlər.

Bəzi xidmətlər məhsulun üzərində xidmətlə əlaqə məlumatları olan stikerlər yapışdırırlar.

Adətən, tualet və ya duş kreslosunu istifadə edən şəxsin başqa köməkçi məhsulları da olur. Əgər siz başqa bir köməkçi məhsul üçün müşahidə aparırsınızsa, şəxsin həm də tualet və ya duş kreslosunu yoxlayın.

Ahıl qadın duş kreslosunun, yeriməyə yardımçı vasitənin yanında oturur və bir kiçi isə kağız üzərində yazı yazır.

Müşahidə etmək aşağıdakılar barədə məlumat əldə etməyə sizə kömək edəcəkdir:

  • Tualet və ya duş kreslosu hələ də şəxsin ehtiyaclarını qarşılayırmı
  • Tualet və ya duş kreslosunun hər hansı təmirə və ya əvəz olunmasına ehtiyac varmı

Tualet və ya duş kreslosunun hələ də şəxsin ehtiyaclarını qarşılayıb-qarşılamadığını başa düşmək üçün aşağıdakı sualları şəxsə verin:

  • Tualet, yaxud duş kreslonuzdan istifadə edirsiniz?
  • Tualet və ya duş kreslosundan istifadədə hər hansı bir probleminiz varmı?
  • Tualet və ya duş kreslonuzla bağlı suallarınız varmı?

Əgər şəxs tualet və ya duş kreslosundan istifadə etmirsə, yaxud ondan istifadədə problem yaranarsa, səbəbini öyrənin. Sonra birlikdə çıxış yolu tapa bilərsiniz.

Topladığınız məlumatlardan istifadə edərək hər hansı bir tədbirə ehtiyac olub-olmadığını həmin şəxslə birgə qərar verin. Ümumi tədbirlər aşağıda göstərilmişdir.

Kresloya qulluq və ya təmiri

Boşalmış vint və ya əyləcləri sadə alətlərlə bərkitmək olar.

Deyvid və Leytenqi skamyada yan-yana əyləşiblər.

Deyvidi xatırlayırsınızmı?

Deyvid arvadı Leitengi ilə birlikdə yaşayan zəif və ahıl kişidir. O, tualet və duş kreslosundan istifadə edir.

Müşahidə zamanı Deyvid izah edir ki, duş kreslosundan istifadə edəndə titrəyir. Siz kreslonu yoxlayırsınız və nizamlanan ayaqlardan birinin boş olduğunu görürsünüz. Siz onu bərkidirsiniz və Deyvidə və onun arvadı Leitengiyə bir daha bu ihal baş verərsə bunu necə edəcəyini göstərirsiniz. Kreslo indi təhlükəsiz və sabitdir.

Hissələri əvəz edin (dəyişdirin)

Əgər tualet kreslosunun çıxarıla bilən vedrəsi zədələnsə, bunu bütün kreslonu əvəz etmədən dəyişdirmək olar.

Hansı ehtiyat hissələrinin anbarda saxlanması barədə düşünün.

Sual

Adətən lazım olan ehtiyat hissələrini müəyyən etməkdə sizə kim kömək edə bilər?

  • İstehsalçılar yeni məhsul almağa ilk dəfə başlayanda hansı ehtiyat hissələrinin adətən lazım olduğunu biləcəklər.
  • Xidmətinizin həyata keçirdiyi təmir işləri barədə qeydlər aparın. Vaxt keçdikcə bu məlumatlar hansı hissələrin tez-tez əvəz edilməsinin lazım olduğunu müəyyən etməyə kömək edəcəkdir.

Kreslonun əvəz edilməsi

Pas və ya çatlar tapılarsa, kreslonu əvəz etmək lazımdır.

Kreslonun çərçivə və ya oturacağındakı pas və ya çatlar təhlükəli ola bilər.

Əlavə təlim

Şəxs və onun dayəsinin kreslodan necə istifadə etmək və ya oturub-durmaq və ona necə transfer etmək barədə əlavə təlimə ehtiyacları ola bilər.

Aida adlı qadın rəfiqəsinin yanında əl ağacı ilə yeriyir.

Aidanı xatırlayırsınız?

Aida gün ərzində unitazın üstündə yerləşdirilmiş tualet kreslosundan istifadə edir və qızı ona ora çatmağa kömək edir.

Gecələr Aidanın çarpayısının yanında tualet kreslosu var.

Müşahidə zamanı siz Aidadan “Tualet və ya duş kreslonuzdan istifadə ilə bağlı hər hansı probleminiz varmı?” deyə soruşursunuz.Aida izah edir ki, bəzən tualetə vaxtında çatmaq üçün kifayət qədər sürətli hərəkət edə bilmir. Bu, bir neçə utandırıcı çətin vəziyyətlərə səbəb olub.

İzah edirsiniz ki, müntəzəm olaraq (gün ərzində) tualetə getmək qrafikini müəyyən etmək kömək edə bilər.

Aida və qızı bunu hər 2 saatdan bir sınamağa razılaşırlar. Siz də razılaşırsınız ki, heç bir dəyişiklik yoxdursa, Ada heç bir sağlamlıq problemi olmadığından əmin olmaq üçün səhiyyə mütəxəssisinin qəbulunda olmalıdır.

Təkrar qiymətləndirmə

Əgər ehtiyacları dəyişibsə, şəxsin fərqli növ tualet kreslosu, duş kreslosu və ya digər köməkçi məhsul üçün yeni qiymətləndirməyə ehtiyacı ola bilər.

Yönləndirmə

Səhiyyə mütəxəssisia yönəldin:

  • Əgər şəxsin sağlamlığı sizi narahat edirsə
  • Onun mobilliyi və ya tualet ehtiyacları son dövrlərdə çox dəyişibsə

Əgər şəxs sizin təmin edə bilməyəcəyiniz köməkçi məhsullardan faydalana bilərsə, başqa xidmətə yönəldin.

Əgər şəxs özünə qulluq ehtiyaclarını idarə etməkdə kömək etmək üçün reabilitasiyadan faydalana bilərsə, onu reabilitasiya xidmətlərinə yönəldin.

Sual

Kali qızı ilə birlikdə başqa bir qadınla üz-üzə stullarda oturub. O, əlində lövhə-planşet və qələm tutub.

Kalini xatırlayırsınız?

Müşahidə zamanı Kali sizə deyir ki, onun səhhəti daha da pisləşib və indi duş stulundan istifadə edərkən özünü təhlükəsiz hiss etmir. O, dəstək olmadan dik oturmaqda çətinlik çəkir və stuldan yıxıla biləcəyindən narahatdır.

Kali və qızı ilə hansı tədbirləri müzakirə edəcəksiz?

  • Kalinin səhhəti pisləşdiyinə görə ondan sön dövlərdə tibb mütəxəssisinin qəbulunda olub-olmadığını soruşmalısınız. Əgər olmayıbsa, onu yönəldin.
  • Kalinin ehtiyacları dəyişdiyinə görə tualet və duş kreslosu üçün yeni qiymətləndirmə aparmalıdır
  • Qiymətləndirmə zamanı Kaliyə çətin gələn digər fəaliyyətlərin olub-olmadığını öyrənin. O, digər köməkçi məhsullardan da faydalana bilər.

Beşinci dərsi tamamladınız!

Hər hansı sualınız və ya şərhiniz varsa, onu müzakirə forumunda yerləşdirin.

Müzakirə forumu yeni tabulyasiyada/pəncərədə açılır